Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanSƏN DƏ GƏL GET CƏZANI AL

Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü. Ardı »

Azerbaycan EdebiyyatindanAY NARAHAT, DARIXMA

Sən mənim yolayrıcımdın,
səndən yüz yana döndüm.
Gah sağa döndüm, gah sola
və bir gün sona döndüm.

Ağla göz yaşlarınla yu –
sifətini ağ saxla…
Məni dilinin ucunda
dişindən uzaq saxla.

Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy –
başını qat, darıxma. Ardı »

Azerbaycan EdebiyyatindanMƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla. Ardı »

Azerbaycan EdebiyyatindanYasa Ureklerde Yasa Mubariz

Müqəddəs yurdunda sərt doğulmusan
Düşmən ürəyinə dərd doğulmusan
Anadan dünyaya mərd doğulmusan
Səninlə fəxr edir bir ölkə sənsiz

Danışan dillərdə sözün qalıbdı
Düşmən ürəyində közün qalıbdı
Qəhrəman oğulsan izin qalıbdı
Səninlə fəxr edir bir ölkə sənsiz

Qardaşı düşəndə yada qardaşım,
Atarmış özünü oda qardaşım.
Getmədi həyatın bada qardaşım
Səninlə fəxr edir bir ölkə sənsiz

Milyonlar dilində tutulub ağın,
Canından çox sevdin vətən bayrağın
Ölərkən qucduğun ana torpağın-
Qübar dənizində batıbdır sənsiz Ardı »

Azerbaycan EdebiyyatindanEsl Dostlara...;)

Ne sen gunahkarsan,ne men gunahkar,
Bir gelbde yashayir hemin gunahkar.
Deyirler,shushedir,dostlug bir shushe
Dushdu elimizden niye sinmadi?
Bir ulduza dondu uca goylerde
Neche ulduz axdi,o hech sonmedi.
Her seher ulduzlar sonende bir-bir
Bizim ulduzumuz parladi,yandi.
Sholesi sene de ,mene de geldi.
Yatmish xatireler bir gun oyandi.
Asilib saaatin egreblerinden,
Onu var guvvemle firladacagam...:(
Bu teze gan axan yaralari men
Zaman melhemiyle isladacagam...:(
Ne sen gunahkarsan,ne men gunahkar
Bir gelbde yashayir hemin gunahkar...
Pasha Gelbinur Ardı »

Azerbaycan EdebiyyatindanMƏMMƏD ARAZ - ÖLÜM YAXŞILIĞİ

Yamanlıqdan yaxşılığa dönübdə
Bəzən asan körpü olur ölüm də.

Ölüm adlı bir “bələdçi” apardı onu,
Fərqi yoxdu: hava günlü buludlu...
Ömür boyu yaxşılıqdan yoxsulluğunu,
Unudulmaz pisliyini hamı unutdu.

Son məzilin son çağrışı yudu günahı,
Bu məqamda nə sual ver, nə cavab istə...
Quru səhra sahibkarı, gül-çiçək şahı
Gedən yolla o da getdi çiyinlər üstə.

(Qəmli, dalğın baxan vardı cənazəsinə,
Pis köçürsə, gərək ona bir əvəz ola.
Bəd əməllər gərək olsa yer kürəsinə,
Yaxşıların yaxşılığı görünməz olar.)

Bu dəmlərdə bir möcüzə istəyir adam:
Məzarının qapısında mərhum oyana,
Görə: ölüm sağlığını çıxarıb yaddan
Pak əllərdə gedir indi torpaq qoynuna.

Son divandan qaça bilmir pislikli pislər
Toz kimi də yapışsalar daşa divara;
Yer altında itib batır qurama izlər,
Meydan qalır yaxşılara, yaxşılıqlara:

Meydan qalır... meydan acı Ardı »

Azerbaycan EdebiyyatindanƏZRAİLİN İSTEFASI

Əzrail ərz edərək söylədi: “Ey rəbbi-ənam...
Bir təbib, iştə, bu il qullarını qırdı təmam.
Mən edincə hələ bir ölməli bimarı həlak,
O alır ölməməli min nəfərin canını pak.
Verdiyin canları min-min ki, bu zalım alacaq,
De görüm, qul deyə, yahu, sənə bəs kim qalacaq?
Qoy alım canını bari, qoparım məhşərini,
Yoхsa, billah, qıracaq qullarının əksərini.
Bu təmənnamı qəbul eyləməz olsan

hala,
Kərəm et, ta əməlimdən verəyim iste’fa.
Başqa bir хidmətə nəsbən məni qıl minnətdar,
Əzrail olmağı ver işbu təbibə zinhar”. Ardı »

Azerbaycan EdebiyyatindanAyriliq

Bir qiyam qopartdım, fəryad eylədim,
Azalmaq yerinə çoxaldı dərdim.
Torpağa kök saldım, ucaldı qəmim.
Ayağımı yerdən alan Ayrılıq!

Kabusmu, gerçəkmi?! Bilmək olmayır
Ürək necə atır, necə yaşayır?!
Ölmək ki, asandır, yaşamaq ağır,
Yaşaraq öldürüb, gülən Ayrılıq!

Ömür yollarıma körpülər saldım
Yolçu çıxıb getdi çarəsiz qaldım.
Sevgimlə uca bir bina qaldırdım
Bir baxdım yox olub, sökən Ayrılıq!

Qoca bir qartalam, məskənim dağlar,
Təbrizim, Dərbəndim gözümdə ağlar,
İrəvan, Kərküküm məni axtarar,
Köksümə dumanı çəkən - Ayrılıq! Ardı »