Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanAta

Ata üstündür ata ucadır
Ona ağ olmayın vallah xatadır
Ona hörmət edib izzət göstərin
Ataya hörmət et olar hörmətin

Atalar evin uca dirəyidir
Atalar sinədə döyünən ürəkdir
Atasız ailə qanasız quşdur
Göyde Allahdır yerdə atadır

Mən haqq elçisiyəm silahım qələm
Kim ataya hörmət etmir canı cəhənnəm
Atanın üzünə ağ olmayın əsla
Vay o gündən kimsə atasız qala Ardı »

Azerbaycan EdebiyyatindanVefasiz(Sabir Rustemxanli)

Yarimçıq bir eşqdən doymadı ürək,
Yarımçıq bir həyat, de, nəyə qərək ?!
Ayrıyıq, ya birik, bilmirəm, özün de.
Heç kimi qınama, eşqimlə gəl oynama.

Ya qəl, al qəlbimi,
Ya qet, çıx yolumdan!
Eşqim, vəfasızım mənim.

Qəl məndən soruşma, kimdir qünahkar.
Ya sənsən, ya mənəm, fərqi yox, qayıtma,
Qəlbimdə həsrəti oyatma, sən oyatma! Ardı »

Azerbaycan EdebiyyatindanBir Masanin Arxasinda Ikimiz

Bir masanin arxasinda ikimiz
Gelen günden eyleşirik yanaşi.
Neçe dostdan eşitmişik burda biz:
"Gör nece de bir-birine yaraşir!"

Üreyimi açmasam da özüne,
Tekce onu düşünürem,aniram.
Bir gözalti baxmaq üçün üzüne,
Defterine gizlice boylaniram.
Bir oğlan var,
burda qazdan ayiqdir.
Vizildayir qulağima ari tek:
--Ele baxma müellimden ayibdir,
Gelsene öz yerimizi deyişek?

Yox,-- deyirem,--gözüm bura öyreşib,
Burdan yaxşi eşidirem dersi men.
Görürem ki,qiz rahatca eyleşib,
Gülümseyir,--
razi qalib sözümden.
Qelbimizin her sevinci,her qemi
Dinmesek de gözümüzden oxunur.
Mürekkebe batiranda qelemi,
Ellerimiz bir-birine toxunur.

Sevgi var ki,vurulasan uzaqdan,
Sevdiyini ilde bir yol göresen.
Ne yamanmiş nefesini duyasan,
Üreyini açmayasan ona sen!

Men qizlarla Ardı »

Azerbaycan EdebiyyatindanYAŞ YORĞUN GÖZLƏRİN TƏRİDİ…

Yuxu dərmanıymış içimdə qəhər -
udub bu günü də yatdım bir təhər…
Gün döydü, qapı tək açıldı səhər,
gördüm gecə çıxır işıq içindən.

Üzü dönük baxtın üzü bəridi…
Yaş – yorğun gözlərin axan təridi…
Dünya – altı sümük üstü dəridi,
biz də bu bədənin boşuq içində.

Qələm – barmaqların altında tətik…
Ömrün daxılında hər gün bir qəpik…
Torpaq yeyir bizi bişdik - bişmədik,
gedirik bir taxta qaşıq içində. Ardı »

Azerbaycan EdebiyyatindanSəni Sevmək Mənimçün Elə çətindir Gülüm.

Səni sevmək mənimçün elə çətindir, gülüm,
Çözəli bir düyünsən,
Hə açmaq istəyirəm, amma aça bilmirəm.
Sənə olan sevgimdən mən qaçmaq istəyirəm,
Özüm sevgim boydayam, sevgim dünya boydadır,
Dünyadan mən heç yana, gülüm, qaça bilmirəm.

Səni sevmək mənimçün elə çətindir, gülüm,
Mən hey qanad çalıram,
amma, uça bilmirəm,
Xəyallarımda sənə bu qədər yaxın ikən
Qollarımı açıram, amma quca bilmirəm…

Səni sevmək mənimçün elə çətindir, gülüm,
Bu sevgimlə Allahın qarşısında suçluyam,
Tövbəyəmi başlayım, yoxsa, suça...
…bilmirəm…
Bu sevda boy verərmi, yoxsa, dönərmi puça?...
-bilmirəm…
Bircə onu bilirəm, gözümdən axan yaşsan…
Nə qurumaq bilirsən,
Nə də ki, mən silmirəm !… Ardı »

Azerbaycan EdebiyyatindanToyuna Gələcəyəm

Yaddırsa,qəlbinə ətirli bahar,
Ürəkdən sevinib,gülmək çətindir.
Ayrılıq çox eşqin taleyində var,
Söyləmək asandır,görmək çətindir...


Yaxınlaşır toy günün,öldü gümanlar belə,
Mən dərdi gizli tutdum,məni kim anlar belə...
Qopsa da,varlığımda,böyük tufanlar belə,
Söyləyib xoş arzular,sevinib güləcəyəm,Toyuna gələcəyəm.


Kor olsun qara bəxtim,bizimki bura qədər,
Səməndər həyatlıyam - can yarı,ömür hədər.
Üz gülər,dildə təbrik,könüldə qüssə-kədər,
Gül də verərək sənə,xoşbəxt ol deyəcəyəm,Toyuna gələcəyəm.


Meh getdi düşmənlərə,səmumlar əsdi mənə,
Həyat bu - üzü toydu,arxası yasdı mənə.
Başqa dərd istəmirəm,elə bu bəsdi mənə,
Bəlkə də,mən bu dərdin əlində öləcəyəm, Toyuna gələcəyəm.


Bu qəlbin qərarıdı,gərək,toyuna gəlim.
Qorxma bədduam yoxdu,etsəm,od tutar dilim.
Xoşbəxtlik yaraşandı gül ürəyinə,gülüm,
Sənin ətrinə belə oynayıb güləcəyəm,Toyuna gələcəyəm.


Yenə də güləcəyəm,qüssə məni yıxanda.
"Dərdi dərd deyil!" - deyir hər qıraqdan baxan da,
İxtiyarsız olaraq göz yaşlarım axanda,
Çəkilib Ardı »

Azerbaycan EdebiyyatindanQABİL - AXŞAM QƏRİBLİYİ

Yenə axşam çökür yamanca-yala,
Sükuta qərq olur bağça da , bağ da.
Tək olsan gözlərin dolar az qala
Elə bu məqamda, elə bu çağda.

Asiman qaralır, üfüq qaralır,
ƏL-ayaq çəkilir yoldan cığırdan,
Adam ixtiyarsız xəyala dalır,
Nəyisə, kimisə anır bu zaman.

Gözün bir nöqtəyə zillənir müdam,
Bir yerə cəm olur fikrin düşüncən.
Hey köks ötürürsən düşdükcə axşam
Səbəbi naməlu bir qüssəylə sən.

Örüşdən çəkilib gedir mal-qara,
Kəsilir quşların qəlb açan səsi.
Sakitlik endikcə çıxır aşkara
Çayın dərədəki həzin nəğməsi.

Bulağı tərk edir axırıncı qız,
O, evə tələsir çiynində sənək.
Bulaq doluxsunur qalınca yalqız,
Sən də kövrəlirsən həmin çeşmətək.

Ən acı, ən şirin xatirələrlə
Qovuşub gedirsən, axıb gedirsən.
Səbəbi naməlum qəmlə-kədərlə
Qaralan dağlara baxıb gedirsən.

Gedirsən, gedirsən başı aşağı,
Nəyi seyr edəsən, nəyə baxasan?
Elə bil udmuşdur Ardı »

Azerbaycan EdebiyyatindanZƏLİMXAN YAQUB - EY DÜNYA

Ey dünya, qovğadan açılmır başın,
Gündə bir savaşın,barışığın var.
Qocasan, cavansan, anlamaq olmur,
Alnında nə qədər qırışığın var.

Yüklədin ürəyə qəm üstən qəmi,
Qurumaq bilmədi gözlərin nəmi.
Adəmin buğdası qatıb aləmi,
Çox yerdə haramnan qarışığın var.

Açılmır insanın qanadı, qolu,
Yüzdən o tərəfə bağlanıb yolu.
Vaxt gəlib çatanda zəhərlə dolu
Hər insan ömrünə bir qaşığın var.

Düzlərin genişdi, dağların uca,
Qol çatmaz başabaş dünyanı quca.
Doymadım baxsam da yollar boyunca,
Maşallah, nə gözəl yaraşığın var.

Sevgin başımızın qızıl tacıdı,
Ruhların əbədi ehtiyacıdı.
Hər oğlun görkəmdə sərv ağacıdı,
Hər qızdan bir yaşıl sarmaşığın var.

Dəryalar qoynunda düşdüm üzməyə,
Vayda ağlamağa, toyda süzməyə.
Sənin dərdlərini sapa düzməyə,
Zəlimxan adında bir aşığın var. Ardı »