Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QəhramanlarHeç kəs unudulmur! Heç nə yaddan çıxmır!

[color=#fe8c8c]Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqust ayının 29-da hərbçi ailəsində dünyaya gəlib, adını ana babası qoyub. Bu ad onun qəhrəman əmisinin adı idi.
Milli vətənpərvərlik ruhunda tərbiyə olunub, həmçinin çılğınlığı və fəallığı ilə həmyaşıdlarından fərqlənib. Beşinci sinifdə təhsilini C.Naxçıvanski adına hərbi məktəbdə davam etdirib. Doqquzuncu sinifdə oxuyarkən səhhəti ilə əlaqədar yenidən təhsil aldığı 167 saylı məktəbə qayıdıb.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur və 1983-cü ildə oranı bitirir. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə ucalır. Elə həmin il «Ekspront» verlişini açır. Həftənin dörd günü Dəvəçidə-xəstəxanada, üç günü isə Bakıda işləyir.
Ardı »

QəhramanlarNəcəfov Yunis İsa oğlu

Nəcəfov Yunis İsa oğlu

31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başladı... 1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis “N” saylı bölüyə komandir təyin edildi. Yunis bir neçə şəhər və rayonlarda şərəfli döyüş yolu keçmişdir. O, Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində Ardı »

QəhramanlarRəhimov Cavanşir İzzət oğlu

Rəhimov Cavanşir İzzət oğlu

5 iyun 1973-cü ildə Qax rayonunda dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayon 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddər təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Daha sonra könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Polovinko Ruslanın komadiri olduğu Mİ-24 vertolyotuna bort-atıcı təyin etdilər. Hava şahinləri erməni silahlılarının başına od ələyirdilər. Dəfələrlə təhlükəli Ardı »

QəhramanlarNovruz Qurbanov

Həyatı
1975-ci il 2 iyun tarixdə Ağstafa rayonunda anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.
Döyüşlərdə iştirakı
“N” saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu
Ailəsi
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra “Azərbayvcanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir.
Göycəli kəndində büstü qoyulmuşdur. Ardı »

QəhramanlarAslanov Niyazi Şərəfxan oğlu

Aslanov Niyazi Şərəfxan oğlu

25 dekabr 1960-cı ildə Goranboy rayonunda anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusianın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Goranboy rayonunda özünü müdafiə dəstələri yaradılırki buraya ilk yazılanlardan biri də Niyazi idi. Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşlrı ilə silah axtarırdı onlar iki tank tapırlar onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il, 4 may Tap-Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən vətənimizin igid oğlu qəhrəmancasına həlak olur.

Ailəli idi, Ardı »

QəhramanlarMəcidov Zakir Nüsrət oğlu

Məcidov Zakir Nüsrət oğlu

1956-cı il 26 iyun Neftçala rayonunda anadan olmuşdur. 1963-cü ildə Bakı şəhərində 17 saylı orta məktəbi bitirmişdir. 1974-cü ildə Ryazan vilayətində Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1980-cı ildə Zabrat qəsəbəsindəki aviadəstənin AN-2 təyyarəsinin komandiri təyin edilir. Daha sonra Mİ-2 vertolyotunda təkmilləşmə kursu keçdikdən sonra Qarabağa uçuşlar edərək erməni işğalçılarının canlı qüvvə və texnikalarını raket zərbələri ilə məhv edirdi. 1992-ci ilin fevralında Mİ-24 vertolyotlarından birinə komandir təyin edilir, Ağdərəinin Aterk kəndində yerləşən erməni quldurlarının bütün texnikasını demək olarki sıradan çıxarmışdı, düşmən xeyli canlı qüvvə də itirmişdi. 1992-ci ilin avqustun 6-da Zakir erməni yaraqlılarının Kasapet yüksəkliyində üç mövqeyini susdurdu elə bu zaman Ardı »

QəhramanlarMəhərrəmov Asif Yusif oğlu

Məhərrəmov Asif Yusif oğlu

26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı məktəbi bitirmişdir. Uşaqlıqdan kasıblıqla yaşayan Asif məktəbi bitirən kimi işləməli olur. Haqq, Ədalət, Namus, Qeyrət prinsipləri ilə yaşayan Asifin həyat yolu hamar olmur o həbsxana həyatı keçirir...1971-ci il 30 oktyabr kinoteatra gedir axşam burada dava düşür onu həbs edirlər, 2 il iş kəsilir 9 ayını türmədə yatır qalanı isə məcburi işlə əvəz olunur. Bir müddət sürücü işləyən Asif təsadüf nəticəsində “Təcili yardım” maşınını vurur həbs edilir 3 il 8 ay həbsxana həyatı yaşayır. Azad edildiyi vaxt ermənilər azərbaycanlıları öz yurdlarından zorla çıxarmağa başlamışdılar bununla barışmayan Asif Ağdamda könüllü Ardı »

QəhramanlarBehbudov Səfiyar Abuzər oğlu

Behbudov Səfiyar Abuzər oğlu

18 iyun 1967-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirmişdir. Daha sonra Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O Bərdədə “Soy” adlı təşkilat yaradaraq gəncləri öz ətrafında toplayırdı. Xocalı faciəsindən sonra Səfiyar Bərdə özünümüdafiə batalyonuna daxil oldu. Onu bacaracağına görə komandir təyin edirlər. Daha sonra onu Ağdam cəbhəsinə vuruşmağa göndərirlər. 1992-ci il mart ayının 11-i həyəcan siqnalı verilir erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edirlər Səfiyar PDM-si ilə döyüşə girir. O burada döyüşçülərimizi xilas edir özü isə Əsgəran rayonu istiqamətində irəliləyir. Qaraqaya deyilən yerdə Səfiyar erməni basqınçılarının Ardı »