Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QəhramanlarAqarunov Albert Aqarunoviç

Aqarunov Albert Aqarunoviç

25 aprel 1969-cu il Bakı Şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir. 8 may 1992... Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, yenidən irəli Ardı »

Qəhramanlarİbrahimov Mübariz Ağakərim oğlu

İbrahimov Mübariz Ağakərim oğlu

İbrahimov Mübariz Ağakərim oğlu (7 fevral 1988, Əliabad, Biləsuvar, Azərbaycan SSR - 19 iyun 2010, Çaylı kəndinin yaxınlığı, Tərtər, Azərbaycan) — Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanda "ilin adamı" (2010).

Həyatı

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində Ardı »

QəhramanlarHümbətov Fərhad Qənbər oğlu

Hümbətov Fərhad Qənbər oğlu

10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunda doğulmuşdur. 1983-cü ildə burada məktəbin səkkizinci sinfini bitirmişdir. 1986-cı ildə ordu sıralarına çağırılmışdır. 1988-ci ildə erməni millətçi irqçilərinin törətdikləri vəhşiliklər onun ailəsindən də yan keçmir Fərhad ailəsini Bakıya apararaq onlara sığınacaq tapır. 1990-cı il 20 yanvar hadisəsi zamanı isə təsadüf nəticəsində sağ qalır. 1991-ci il o, könüllü olaraq yenicə yaranan batalyonlardan birinə daxil olur. 1992-ci il 7 mart tarixində Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüşlər keçirir və erməni işğalçılarının 5 postunu dağıdır. 29 mart 1992-ci il Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girir, yaralıları təhlükəsiz yerə çıxara bilsədə Fərhad bu Ardı »

QəhramanlarMəmmədov Əli Hüseyn oğlu

Məmmədov Əli Hüseyn oğlu

11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır, Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. 1992-ci ildən cəbhəyə getməyə başlayır. 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr səhər tezdən güclü hücuma məruz qalırlar yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır, cəsur döyüşçü bu yaradan da, əbədiyyətə qovuşur.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən Ardı »

QəhramanlarBağırov Tahir Əminağa oğlu

Bağırov Tahir Əminağa oğlu

14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Karasnovodsk şəhərində anadan olmuşdur. 1957-ci ildə ailəsi ilə birlikdə Əli Bayramlı şəhərinə köçmüşdür. 1977-ci ildə burada hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə ordudan tərxis olunmuşdur. Tahir 1988-ci illər Milli Azadlıq Hərəkatının iştirakçısı olmuşdur. 1990-cı il qanlı Yanvar hadisəsi zamanı yaralılara kömək edərək onları təhlükəsiz yerə aparmışdır. 1992-ci il o könüllü olaraq özünü müdafiə dəstələrindən birinə yazılır. “N” saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin edilir. Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin çıxarılmasında böyük rəşadət göstərmişdir. Tahir Füzuli, Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi fərqlənmişdir. 1992-ci il oktaybrın 11-i Laçının Səfiyan kəndi uğrunda gedən döyüşdə əsir Ardı »

QəhramanlarYusif Mirzəyev

Həyatı

1958-ci il 23 may Babək rayonunda anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur.

Döyüşlərdə iştirakı

1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Yusif tez bir zamanda taborun ən ad-sanlı döyüşçülərindən birinə çevirilir. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edə bilmişdi. Yusif Mirzəyev 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak oldu.

Ailəsi

Ailəli idi, bir övladı qalıb.
Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Naxçıvan şəhərinin Ardı »

QəhramanlarƏhmədov Əsəd Cəlal oğlu

Əhmədov Əsəd Cəlal oğlu

15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniya tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi. O, Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. O, 1992-cı il iyulun 31-də Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında Ardı »

QəhramanlarBabayev Nazim Abbas oğlu

Babayev Nazim Abbas oğlu

7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1992-ci ildə kənd orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır. O torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşurdu. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak edirdi və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Salyan rayon Qaraçala kənd qəbristanlığında dəfn edilmişdir. Salyan şəhərindəki mərkəzi parkda büstü qoyulmuşdur. Ardı »