Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QəhramanlarEdilov Yelmar Şahmar oğlu

Edilov Yelmar Şahmar oğlu

10 aprel 1946-cı ildə Ağdam rayonunda anadan olmuşdur. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. 1988-ci illərdə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavab vermişdilər. 1994-cü il 11 aprel düşmən böyük qüvvə ilə hücuma keçir, düşmənə sol cinahdan əks Ardı »

QəhramanlarSalatın Əsgərova

Salatın Əziz Qızı Əsgərova
1962 - 1991

Azərbaycan

RESPUBLIKASININ PREZİDENTİNİN

FERMANINDAN:


Qarabağın dağlıq hissesinde baş veren hadiselerin respubilka ve dünya ictimaiyyetine çatdırımasında xüsusi xidmetlerine, xidmeti borcunu yerine yetirerken igidlik ve şücaet gösterdiyine gore “ Molodyoj Azerbaydjana” qezetinin müxbiri Salatın Eziz qızı Esgerovaya “AZERBAYCANIN MİLLİ QEHREMANİ” adı verilsin (ölümünden sonra)…




Bakı şeherinde anadan olmuşdur. 18 saylı şeher orta mektebini bitirdikden sonra Azerbaycan Neft ve Kimya İnstitutuna daxil olmuş, 1984-cü ilde geofizika ixtisası üzre mühendiz diplomu almışdır.
Derin müşahide, gördüklerini tehlil etmek qabliyyetine malik olan bu qızı jurnalistika özüne daha çox celb edirdi. O , 1984-cü ilden Ardı »

QəhramanlarƏlif Hacıyev

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli qəhrəmanı" adı verilmişdir.

Hacıyev Əlif Lətif oğlu 24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur.

1970-ci ildə Əlif orta məktəbi bitirərək sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidməti Minsk şəhərində keçmişdir.

1974-84-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuş və 1979-cu ildə həmin məktəbi bitirərək, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

1990-cı ildə Daxili İşlər orqanlarında Xocalı təyyarə Ardı »

QəhramanlarNəsibov Kamil Balədə oğlu

Nəsibov Kamil Balədə oğlu

8 oktyabr 1946-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirir və ordu sıralarına çağırılır. Üç ildən sonra ordudan tərxis edilir və Vətənə qayıdır. 1973-cü ildə Azərbaycan Politexnik İnstituna daxil olur. 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qalırdı. Kamil könüllü özünümüdafiə bölüyü yaradır və bu bölüyün komandiri olur. 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanalılar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdi. Kamil döyüşçülərlə kəşfiyyata çıxar, əhəmiyyətli məlumatlar əldə edərdi. 29 iyun 1992-ci il Qonaqgörməz yüksəkliyi uğrunda qanlı döyüş gedirdi. Qəfil snayper gülləsi cəsur komandiri ağır yaraladı döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istədilər lakin Ardı »

QəhramanlarÇobanov Şamoy Məhyəddin oğlu

Çobanov Şamoy Məhyəddin oğlu

19 yanvar 1965-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1982-ci ildə 1 saylı məktəbi bitirdikdən sonra avtonəqliyyat müəssəsində işləmişdir. Şamoy 1983-cü ildə Sovet ordu sıralarına hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Qazax rayon polis şöbəsinə işə qəbul olunur, o zamanlar erməni quldurlarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücumları ara vermirdi. 19 avqust 1990-cı il Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. “Qanlı dərə” adlanan yerdə erməni silahlıları avtobusa qəfil hücum edirlər. Şamoy döyüşə girir düşmən geri oturulsada sərnişinlərdən ölən və yaralananlar var idi. Həmin döyüşdə Qazax eli bir igidi də itirdi bu kənd camatının hörmətini qazanmış Ardı »

QəhramanlarMustafayev Çingiz Fuad oğlu

Mustafayev Çingiz Fuad oğlu

Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol Ardı »