Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siyasətçilərİlham Əliyev

İlham Heydər oğlu Əliyev (d. 24 dekabr 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının Baş Naziri (2003), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Yeni Azərbaycan Partiyasının Sədri (2005-ci ildən).

Həyatı

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı[1] şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.

MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə özəl biznes sahəsində Ardı »

SiyasətçilərCəfərqulu xan Naxçıvanski

Cəfərqulu Xan Naxçıvanski (5 fevral, 1859 — 1929) – görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası.

Fəaliyyəti

Cəfərqulu Xan Naxçıvanski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan bölgəsinin ictimai-siyasi həyatında və bölgənin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır. Cümhuriyyətin yaranması ərəfəsində və onun fəaliyyətinin ilk çağlarında Naxçıvan Milli Komitəsinin sədri kimi bölgənin erməni təcavüzündən müdafiəsində, əhalinin daşnakların törətdikləri qırğınlardan xilas edilməsində fəal iştirak etmişdir. Araz-Türk Cümhuriyyətinin süqutundan sonra Kalbalı xan və Kərim xan Irəvanski ilə birlikdə mahalda yeni qurum–Müvəqqəti hökumət yaratmış və onun sədri olmuşdur.

Naxçıvandakı ingilis general-qubernatoruna ünvanladığı 1919-cu il 26 fevral tarixli məktubda Ardı »

SiyasətçilərMəmməd Əmin Rəsulzadə

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, Ardı »

SiyasətçilərBöyük Britaniya kraliçası-II Yelizaveta

[color=#c238dd]Kraliça II Yelizavetanın Edinburq hersoqu, şahzadə Filiplə brilliant toyu münasibətilə Bukingem sarayı tərəfindən onların nikahı barədə bəzi faktlar açıqlamışdır. İndiki kraliça - özünün brilliant toyunu tarixdə ilk dəfə qeyd edən Britaniya monarxıdır. Şahzadə Yelizaveta və Filip 1934-cü ildə Filipin qohumu, yunan şahzadəsi Marina və şahzadə Yelizavetanın qohumu Kent hersoqunun toyunda tanış olmuşlar.
Şahzadə Yelizaveta və leytenant Filip Mauntbattenin nişanlanması haqqında 1947-ci il iyulun 9-da elan edilmişdir. Yunanıstan və Danimarka şahzadəsi Filip Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasında xidmətə 1939-cu ildə daxil olmuş və İkinci Dünya Müharibəsindən sonra 1947-ci ilin fevralında Britaniya vətəndaşlığı almışdır. Donanmada gələcək işini davam etdirmək üçün şahzadə Filip özünə Ardı »

SiyasətçilərVəfa Quluzadə

Vəfa Quluzadə — Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti. Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri olmuşdur.

Həyatı

Vəfa Quluzadə 21 dekabr, 1940-cı ildə, Bakıda anadan olmuşdur. Anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır

1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur. V.Quluzadə iki il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı almışdır.
[redaktə]
Siyasi fəaliyyəti

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlamışdır. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın Ardı »

SiyasətçilərAdolf Hitler

Adolf Hitler Kimdir?
HƏYATİ...
Adolf Hitler Bioqrafiyası
(1889 - 1945)

Adolf Hitler, 20 Aprel 1889-cu ildə Yuxarı Avstriyanın Braunau qəsəbəsində doğuldu. Bir gömrük məmuru olan Alois Hitler (1837-1903) və Klara Pölzl (1860-1907) 'ün altı uşağından dördüncüsüdür.
İlk təhsilini doğulduğu qəsəbədə, orta təhsilini Linz şəhərində etdi. On üç yaşında vərəmdən atasını (Hitlerin məmur olmasını istəyən atası Alois Hitler ilə arası açılmışdı çünki özü sənətçi olmaq istəyirdi), on səkkiz yaşında (1907) anasını itirdi. Orta təhsilini müvəffəqiyyətsiz bitirincə rəssam olma ümidiylə Viyana Gözəl Sənətlər Akademiyası imtahanına girdi ancaq müvəffəqiyyətsiz oldu.
Alman Tarixi dərslərində Akademiyadakı professorların Yəhudi olduğu, və Yəhudilərə qarşı ilk kinin burada meydana gəldiyi Ardı »

SiyasətçilərJan Pol Bokassa-adamyeyən prezident

[color=#039b80]Jan Bedel Bokassaya ilk şöhrəti gətirən hadisə 1966-cı ildə dövlət çevrilişi etməsidir. İkincisi isə prezident olandan sonra da adam yemək şakərini tərgidə bilməməsidir. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini sözün həqiqi mənasında yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük duxovkada qızardıb süfrəyə çəkərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.
Prezidentliyə doğru

Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Ardı »

SiyasətçilərTeodor Ruzvelt

6 sentyabr 1901-ci il tarixində Buffaloda panamerikan sərgisində ABŞ prezidenti Vilyam Makkinlinin (William McKinley) həyatına sui-qəsd edilmişdi. Tapança gülləsi ilə qarın nahiyəsindən yaralanan Makkinli bir neçə gündən sonra vəfat edir. ABŞ Konstitusiyasına əsasən gələn seçkilərə qədər dövlət başçısı vəzifəsini vitse-prezident həyata keçirməli idi.
Bu postu, yaxınlarda, dünyaya səs salmış ispan-amerikan müharibəsində fərqlənən polkovnik Teodor Ruzvelt (Theodore Roosevelt) tutmağa nail oldu. Ömrünün 20 ilini siyasətə, tarixə, publisistikaya, ova və hərbə (iki ay Kubadakı hərbi fəaliyyət və 10 ildən az olmayaraq hərbi təbliğat) həsr edən 43 yaşlı Ruzvelt artıq kifayət qədər siyasi təcrübə və nailiyyət əldə etmiş, hədsiz dərəcədə şöhrətpərəstlik və ondan da Ardı »