Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SiyasətçilərRəsul Quliyev

Rəsul Quliyev (d. 10 dekabr 1947, Qazançı, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri.

Həyatı

Rəsul Bayram oğlu Quliyev 10 dekabr 1947-ci ildə Naxçıvan MSSR-in Qazançı kəndində anadan olub.

Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur.

Rəsul hələ balaca ikən - 9 yaşında atası vəfat etmişdir. Çoxuşaqlı ailənin maddi problemlərini ödəmək üçün kiçik yaşlarından o, digər qardaşları ilə birlikdə çalışmaq, evə qazanc gətirmək məcburiyyətində qalır.

1965-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Neft ve Kimya İnstitutuna daxil olur.

Tələbəlik illərində ədəbiyyata bağlı olduğundan kiçik şerlər Ardı »

SiyasətçilərMircəfər Bağırov

Mircəfər Bağırov (tam adı: Bağırov Mircəfər Abbas oğlu; d. 17 sentyabr 1896-cı il, Quba, Bakı quberniyası, Rusiya İmperiyası – ö. 26 may 1956-cı il, Bakı, Azərbaycan SSR) — Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi (1933 – 12 iyul 1953); Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (oktyabr 1932 – dekabr 1933; aprel-iyul 1953); General-Polkovnik.

Həyatı

Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur.
[redaktə]
Ailəsi

Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaqdır, 2 bacısı olub. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur.

Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və Ardı »

SiyasətçilərNəsib bəy Yusifbəyli

Yusifbəyli Nəsib bəy Yusif oğlu – siyasi və dövlət xadimi, publisist.
[redaktə]
Həyatı

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur[1]. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin hüquq fakültəsinə daxil olmuş, amma universiteti bitirə bilməmişdir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Baxçasaray (Krım) şəhərinə getmiş və burada İsmayıl Qaspiralının "Tərcüman" qəzetiylə əməkdaşlıq etməyə başlamışdır. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirmişdir.

1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə də məşğul olmuşdur. Az sonra Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda Ardı »

SiyasətçilərUinston Çörçill

Ser Uinston Leonard Spenser Çörçill – (ing. Sir Winston Leonard Spencer-Churchill) 30 noyabr, 1874 – 24 yanvar, 1965 – ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri.


Həyatı

Uinston Çörçill 1874-cü ildə Blenheym şəhərində qadınların soyunma otağında dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı.

Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899-1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı “Morninq Post” qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Uinston siyasi Ardı »

SiyasətçilərNəriman Nərimanov

Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlu (14 aprel 1870, Tiflis, Gürcüstan – 19 mart, 1925, Moskva, Rusiya) — ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925).

Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramartuq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi milli romanımızın (Bahadır və Sona) ve ilk Ardı »

SiyasətçilərMehriban Əliyeva

Əliyeva Mehriban Arif qızı — Azərbaycan Respublikası Milli Məclisiin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri namizədi (2005). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı.

Həyatı

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmli filoloq və ərəbşünas olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1992-ci Ardı »

SiyasətçilərTarixin şəxsiyyət yaddaşı | Uinston Çörçill

[color=#b53dd2]Əsl tarixi şəxsiyyətlər o kəslər sayılır ki, onlar tarixin özünü yaradırlar. Böyük Britaniya Krallığının yarım əsrlik bir dövründə liderlik mövqeyini əldən verməyən Uinston Çörçill də belə şəxsiyyətlərdən biri olub. İyirmi beş yaşından ciddi siyasi fəaliyyətə başlayan Çörçilin siyasətçi adının qarşısına başqa adlar da əlavə etmək olar - memar, rəssam, jurnalist, tarixçi, yazıçı, yaxud sadəcə şlyapalı adam, Tanrı ilə görüşə hazır olan, Tanrının isə bu çətin sınağa hazır olduğuna sübhə ilə yanaşan...

Bu nəhəng və maraqlı siyasətçinin dünyaya gəlişi də maraqlı olub. Uinston 1874-cü ildə Blenheym şəhərində anasının hamiləliyinin yeddinci ayında qarderobda - qadınların soyunma otağında dünyaya göz açıb. O ata tərəfdən hersoq Ardı »

SiyasətçilərVladimir Lenin

«Nacins, mənəvi cəhətdən sarsaq, əbləh olan Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi, bir neçə milyon insanı qırdı. İndi dünya o qədər havalanıb ki, onun dahi, yoxsa İblis olması barədə mübahisələr də eləyir. Qanlı taxtına dırmaşanda artıq o, 4 əlli dayanmışdı. İngilis fotoqrafları onun şəklini çəkmək istəyəndə o, dilini çıxarıb hırıldayırdı. Təkcə Rusiyaya görə yox, bütün Avropaya görə narahat olursan. Axı, Allahın qəzəbi mütləq insanların başına düşəcək, bu, həmişə belə olub…».
Bunin

«Heç bir Asiya istilaçısı, nə Tamerlan(Teymurləng), nə Çingiz xan Lenin qədər şöhrətə layiq görülməyib. Onun məqsədi dünyanı xilas etmək, üsulu isə dünyanı partlatmaqdır. O hər şeyi, Allahı, Ardı »