Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SiyasətçilərAyaz Mütəllibov

Ayaz Mütəllibov — Azərbaycan Respublikasının 1-ci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi.

HEYATI


Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.

1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunur.

1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilir. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunur. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda nazirlər şurasının Ardı »

SiyasətçilərƏbülfəz Elçibəy

Əbülfəz Qədirqulu oğlu Elçibəy (əsl soyadı Əliyev; 24 iyun 1938 – 22 avqust 2000) — Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident.

Həyatı

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ardı »

SiyasətçilərFətəli xan Xoyski

Xoyski Fətəli Xan İskəndər Xan oğlu (1875-1920) — Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı, ADR-in Daxili İşlər Naziri (28.05.1918 – 17.06.1918), ADR-in Xarici İşlər Naziri (26.12.1918 - 14.03.1919) (24.12.1919 - 01.04.1920).

Həyatı

Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı.

1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdi. O, 22 dekabr 1806-cı il tarixdə[3] Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə Ardı »

SiyasətçilərHeydər Əliyev

[color=#b53dd2]Əliyev Heydər Əlirza oğlu (d. 10 may 1923-cü il, Naxçıvan, Azərbaycan SSR, SSRİ - ö. 12 dekabr 2003-cü il, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci Ardı »

SiyasətçilərHəsən Seyidov

Seyidov Həsən Neymət oğlu - mühəndis.
[redaktə]
Həyatı

Həsən Seyidov 16 avqust 1932-ci ildə Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1939-cu ildə Qaçağan kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1946-cı ildə Dağ Borçalının Cəlaloğlu rayonunun Çubuxlu (indiki Ermənistan Respublikası Stepanavan rayonunun Kuybışev kəndi) kənd natamam orta məktəbinin 7-ci sinfində təhsilini davam etdirmiş, 1951-ci ildə Cəlaloğlu orta məktəbini bitirmişdir.

Həmin ildə Bakıya gələrək, Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuş və 1956-cı ildə bu institutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə təhsil aldığı illərdə Həsən Seyidov əla oxumaqla yanaşı, institutun ictimai-siyasi həyatında fəal iştirak etmiş, fakültə komsomol komitəsinin katibi vəzifəsində işləmişdir.

Həsən Seyidov əmək fəaliyyətinə 1956-cı Ardı »

SiyasətçilərSabit Orucov

Sabit Atababa oğlu Orucov — neft-qaz sənayesinin görkəmli təşkilatçılarından biri, SSRİ Qaz sənayesi naziri (1972-1981), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1967), Sosialist Əməyi Qəhrəmanı (1980), Lenin (1970) və Stalin mükafatları (1951, 1951) laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi. Sov.İKP Mərkəzi Komitəsi üzvlüyünə namizəd (1976-1981), 1953—1954, 1958—1962-ci illərdə və 1974-cü ildən vəfatınadək SSRİ Ali Sovetinin deputatı.

Həyatı

1912-ci il mayın 30-da Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almış, 1929-31-ci illərdə orta məktəbdə dərs demiş, 1931-36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur.

1936-46-cı illərdə S.Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş Ardı »

SiyasətçilərHafiz Haciyev

Hafiz Ələmdar oğlu Hacıyev (d. 16
aprel 1956; Basarkeçər, Ermənistan SSR,
SSRİ) — siyasətçi; Müasir Müsavat
Partiyasının sədri.
Həyatı
Hacıyev Hafiz Ələmdar oğlu 1956-cı ilin
aprel ayının 16-da Ermənistan SSR,
Basarkeçər rayonunun Zod kəndində
anadan olmuşdur. 1962-63-cü dərs
ilində Zod kənd orta məktəbinə daxil
olub, 1973-cü ildə həmin məktəbi
bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının Zoomühəndis
fakültəsinə daxil olmuş, 1979-cu ildə
həmin ali məktəbi bitirmişdir. 1988-ci
ildən biologiya elmləri namizədidir.
1979-cu ildən 1982-ci ilədək
Azərbaycan LKGİ Kəlbəcər rayon
komitəsində təşkilat şöbə müdiri və
rayon komitəsinin II katibi işləmiş və I
katibi əvəz etmişdir.
1982-89-cu illərdə Azərbaycan Kənd
Təsərrüfatı Nazirliyində balıqçılıq
şöbəsinin ixtioloqu və şöbə müdiri
əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət
Aqrar-Sənaye Komitəsində balıqçılıq
idarəsinin rəisi, 1989-90-cı illərdə
Respublika Embrionköçürmə Mərkəzinin
direktoru, Respublika Süni Mayalanma
Mərkəzinin direktoru vəzifələrində,
1991-92-ci illərdə “Azərbalıq” İstehsalat
Kommersiya Ardı »

SiyasətçilərAtatürk

XX yüzillikdə biz dünyaya Üzeyir bəy və Məmmədəmini, osmanlılar isə Ənvər paşa və Atatürkü bəxş etmişdir.

Ənvər paşa erməniləri türklərin vətənindən qovdu, mərd-mərdanə müharibəyə girdi, azərbaycanlıları kütləvi qırğından xilas edib onlara müstəqillik yolu açdı və nəhayət əlində qılınc rus pulemyotu üzərinə yeridi.

İngilis tarixçisi Seton Lloyd Dəclə və Fərat hövzəsi ölkələrinin tarixinə həsr olunmuş əsərində Atatürkü makedoniyalı İsgəndərlə bərabər tutub, onların hər cəhətdən oxşar olduğunu bildirir.Axı Atatürk də makedoniyalı idi.Makedoniya isə o zaman türk əyaləti idi. Ardı »