Siyasətçilər → Mirzə Davud Hüseynov
Mirzə Davud Hüseynov (mart 1894 – 21 mart 1938) — Azərbaycan İnqilabi komitəsi sədrinin müavini, Azərbaycanin xarici işlər naziri (05.1921 – 12.1921), Azərbaycan SSR Xalq Maliyyə naziri, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə Komissarı, Tacikistan KP MK-nin birinci katibi (1930-1933).
Həyatı
Mirzə Davud Bağır oğlu Hüseynov 1894-cü ilin martında Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur.
1906-cı ildə ödənişsiz şəhər məktəbini bitirmiş və Bakı realnı məktəbinə daxil olmuşdur. 1913-cü ildə oranı bitirərək Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. M. D. Hüseynov 1918-ci ilin noyabrından Rusiya Kommunist(bolşeviklər0 Partiyasına üzv olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, Azərbaycan tələbələri arasında inqilabi iş aparmış, Ardı »