Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarHüseyn bəy Mirzəcamalov

[color=#fd5b36]Mirzəcamalov Hüseyn bəy Məmiş bəy oğlu - müəllim, şair, tərcüməçi. ictimai xadim

Həyatı

Hüseyn bəy Mirzəcamalov 1878-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ailənin üçüncü oğlu idi. Şəhər real məktəbini bitirmişdi. Ali pеdoqoji təhsili vardı. ADU-da riyaziyyatdan dərs dеyirdi. Hüsеyn bəy şair və yazıçı idi. Jurnalistika ilə də məşğul olurdu.

Hüseyn bəy Mirzəcamalov Azərbaycan Demokratik Respublikası parlamentinin dəftərxanasında çalışmışdı. Parlamentin qanunvericilik şöbəsinin rəisi idi.

Məmmədəmin Rəsulzadə ilə dost idi. Rəsulzadə onun haqqında yazırdı: "Yaxın zamanlara qədər Azərbaycan elmində adı tez-tez çəkilən pedaqoq Hüseyn Camal Yanar (Hüseyn Mirzəcamalov) adlı bir dostumuz vardı. Rəhmətlik Hüseyn Camal Yanar əslən şuşalıdır. Bütün azərlər ona "dayı" – deyə müraciət edərdilər".

Yusif Vəzir Ardı »

Şairlər və YazıçılarFikrət Qoca

Qocayev Fikrət Göyüş oğlu (Fikrət Qoca) — şair, Azərbaycan xalq şairi (1999), Əməkdar incəsənət xadimi (1978).
[redaktə]
Həyatı

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur.

1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, AYİ-də beynəlxalq əlaqələr üzrə məsul katib olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən AYB-nin katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr Ardı »

Şairlər və YazıçılarAbdulla Faruq

Əfəndiyev Abdulla Musa oğlu – şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Abdulla Faruq 1907-ci il aprelin 24-də Azərbaycanın Göyçay rayonundakı Poti kəndində əkinçi ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı müəllimlər seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedaqoji fakültəsinə dəyişirlər. Burada ictimai-tarix şöbəsini qurtarır. Göyçay rayonunda pedaqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya ezam olunur (1930). Ailə vəziyyətinə görə bir ildən sonra Bakıdakı Azərbaycan Dövlət ELmi-Tədqiqat İnstitutuna dəyişilir Ardı »

Şairlər və YazıçılarVaqif Bəhmənli

Quliyev Vaqif İttifaq oğlu (Vaqif Bəhmənli) — şair, tərcüməçi, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1986).
[redaktə]
Həyatı

Vaqif Bəhmənli 1955-ci il mayın 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirib Bakı şin zavodunda fəhləlik etmiş (1972), S.M.Kirov adına ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1973-1978). Tələbəlik dövründə ilk oçerk və şerlərini dərc etdirmişdir. Azərbaycan Yazıçılar İttifaqının "Yaradıcılıq studiyası"nın seminarlarında fəal iştirak etmişdir. "Sovet kəndi" qəzeti redaksiyasında xüsusi müxbir kimi əmək fəaliyyətinə başlamışdır (1978). Sonra həmin qəzetdə mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləmişdir (1979-?). "Kommunist", "Ədalət", "Odlar yurdu", "Humanitar" qəzetlərində, "XXI gənclik dərgisi", "XXI Yeni Ardı »

Şairlər və YazıçılarHəsən Merac

Həsən Merac – milli azadlıq hərəkatı fəalı, "Sabir" Yazarlar Ocağının başqanı, şair-publisist.

Həyatı

Həsən Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib.

1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və "Azkinovideo" Birliyində redaktor kimi çalışıb. Bəzi nəşrlərə baş redaktorluq edib. Milli Məclisin aparatında çalışıb.

2000-ci ildə "Sabir" Yazarlar Ocağını yaradıb və ömrünün sonuna qədər onun başqanı olub.

1990-cı ilin ortalarından mətbuatda şeirləri vaxtaşırı çap olunub. "Qobustan", "Ulduz", "Azərbaycan" və başqa dərgilərlə əməkdaşlıq edib, Rusiya, Ukrayna və Çexoslovakiyada şeirlər toplusu işıq üzü görüb.

"Şairlər qərib olur bu yer üzündə" adlı şeir kitabı 1993-cü ildə nəşr olunub.

2010-cu il 25 Ardı »

Şairlər və YazıçılarQantəmir

Qantəmir, Qafur Sədrəddin oğlu Əfəndiyev (1888, Göyçay qəzası, Potu k. – 1944, Orta Asiya) – Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı.

Həyatı

1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıq Ardı »

Şairlər və YazıçılarAleksandr Puşkin

Aleksandr Sergeyeviç Puşkin (rus. Александр Сергеевич Пушкин; 26 may (6 iyun) 1799 – 29 yanvar (10 fevral) 1837) – dahi rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru.Mündəricat [gizlə]
1 Həyatı
2 Bəzi əsərləri
2.1 Poemaları
2.2 Şeir-roman
2.3 Dram əsərləri

[redaktə]
Həyatı

Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır.

Əsərlərində xalq danışıq dilindən geniş istifadə etməklə həm doğma dilini zənginləşdirmiş, həm də rus ədəbiyyatına dram, xalq qəhrəmanlıq dastanları və satira kimi həm şifahi-xalq, həm də yazılı ədəbiyyat janrlarının üzvi sintezindən yaratmış olduğu yeni bir üslub gətirmişdir.

Moskvada anadan olan Puşkin ilk şeirini on dörd yaşında ikən Ardı »

Şairlər və YazıçılarVüqar Dəmirbəyli

Vüqar Dəmirbəyli — yazıçı, jurnalist.Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
2.1 Azərbaycan dilində nəşr olunan əsərləri
2.2 Rus dilində nəşr olunan əsərləri
2.3 Alman dilində nəşr olunan əsərləri
3 Filmoqrafiya
4 Mükafatlar/Stpendiyalar
5 İstinadlar
6 Xarici keçidlər

[redaktə]
Həyatı

Vüqar Dəmirbəyli (Vüqar Nurəddin oğlu Aslanov) 1964-cü ildə Goranboy şəhərində anadan olub. 1982-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olduqdan sonra 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağrılmışdır. 1985-ci ildən təhsilini davam etdirmiş və 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir.

1990-cı ildən başlayaraq "Tərəqqi", "Vışka", "Addım" və "Yol" kimi qəzetlərdə işləmiş və ya yaxından əməkdaşlıq etmişdir. 1995-ci ildə "Kompas" ədəbi-ictimai qəzetini və 1996-cı ildə "Səmt" informasiya agentliyini təsis etmiş, həm də onların Ardı »