Şairlər və Yazıçılar → Camal Yusifzadə
Bağırov Camal Yusif oğlu - şair, dramaturq, nasir, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979).
Həyatı
Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil almışdır (1960-1965). Tələbəlik illərində bədii yaradıcılığa başlamış, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirmişdir.
Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olmuşdur (1965-1966). Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləmişdir (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə Ardı »