Şairlər və Yazıçılar → Nurməmməd Ağa
Həyatı
Ağa Nurməmməd Mir Heybət oğlu Ağayev (Nurməmməd Ağa) - şair, yazıçı və publisist.
1957-ci il may ayının 2-sində Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsini bitirib. Masallı rayonunun Oncakələ, Şatıroba kənd məktəblərində müəllimlik edib. 1989-cu ildən Boradigah qəsəbəsindəki 2 saylı orta məktəbdə pedoqoji fəaliyyətini davam etdirir. Hazırda həmin məktəbin direktorudur.
1991-ci ilin yanvarında "Qala" qəzetində şöbə müdiri təyin edilib. Şeirləri və bədii-publisistik yazıları ilə 1972-ci ildən dövri mətbuatda çıxış edir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
[redaktə]
Əsərləri
1."Boradigah"
2."Boradigahım mənim"
3."Ağa Mirtağı – Nur ocağı"
4."Anamın əlləri" Ardı »