Xalq Tebabeti → Qan təzyiqi
Klassik Şərq əczaçılıq kitablarında, ayrıca başlıq altında qan təzyiqi üçün işlədilən dərmanlardan bəhs edilmir. Lakin sadə dərmanların müalicə-profilaktik xüsusiyyətləri izah olunarkən, onlardan bə”zilərinin qan təzyiqini sakitləşdirmək cəhətləri qeyd olunur. Həmin dərman vasitələrinin əksəriyyətinin, qan təzyiqini nizamlamaq xüsusiyyətləri, müasir baxımdan diqqəti çəlb edir.
Maraqlı haldır ki, bu dərmanlar qan təzyiqini sakitləşdirməklə yanaşı, digər müalicə tə”siri də göstərir. Həmin vasitələri yaxınlaşdıran ümumi cəhətdən ödü, susluğu yatırmaq, iştaha açmaq və mə”də üçün faydalı olamaq və s. məziyyətlərdir.
Turş və turşməzə alma yemək və ya onun şirəsini içmək qan təzyiqini sakitləşdirir. Bu baxımdan qan və öd şiddətini, susluzluğu yatıran albalı meyvəsi və ya Ardı »