Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xalq TebabetiQurd və parazitləri tökmək üçün

* 3-4 diş sarmısağı bir stəkan suda saxlayın,süzün və imalə edin.

*1stəkan süddə bir necə diş sarmısağı yumşalana kimi qaynadın.Südü süzün,soyudun və və imalə edin.Bu üsulu uşağa da etmək olarş. Ardı »

Xalq TebabetiBronxit

10 q biyan kökü üzərinə 1 stəkan qaynar su tökürlər, 20 dəqiqə dəmləyirlər, 45 dəqiqə soyudurlar, süzürlər, sıxırlar və həcmini 200 ml-ə çatdırırlar. Ondan gündə 3 dəfə 1 xorək qaşığı bəlğəmgətirici vasitə kimi qəbul еdirlər.

3-5 illik əzvayın yarpaqlarını kəsərək, 4-8oC- tеmpеraturunda qaranlıq yеrdə 2 həftə saxlayırlar. Sonra şirəsindən ½ stəkan sıxaraq ona 500 q xırdalanmış qoz və 300 q bal qatmaq lazımdır. Bronxitə qarşı gündə 3 dəfə yеməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığını qəbul еdirlər.

1 çay qaşığı qaraqınıx otunu 1 st . qaynar su ilə dəmləyirlər, 2 saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3 dəfə ¼ stəkana qədər Ardı »

Xalq TebabetiQan azlığı və zəiflik

Baş gicələnməsi, zəiflik, yorğunluq, yuxusuzluq, həzmin pozulması amilləri ilə müşahidə olunan qan azlığı üzüm və üzüm şirəsi işlətməklə müalicə olunur. Üzüm mövsümü olmadıqda onun şirəsindən və ya kişmişdən istifadə etmək olar. Qanazlığı olan şəxslər bədəninə (xüsusilə bel, qarın nahiyəsi, böyrək və ayaqlar) abqora sürtməli, sonra günəş vannası qəbul etməlidirlər. Banan belə adamlar üçün yaxşı qida maddəsi hesab olunur. Bir həftə müddətində hər gün günortadan qabaq 1 ədəd banan əzib 2 qaşıq bal və qaymaqla qarışdırıb yeyirlər. Qanazlığı olan uşaqların bədənini zeytun yağı ilə sürtmək məsləhətdir.
Qanazlığı olanlar çiyələk vaxtı hər gün 300-500q çiyələk yeməlidirlər. Bir müddətən sonra onlar bədənlərin qüvvətləndiyini Ardı »

Xalq TebabetiBaş ağrısı

Başağrılarının səbəbləri müxtəlif ola bilər: qan azlığı və ya qan təzyiqi, həzm prosesinin pozulması, əsəbi narahatlıq, soyuqdəymə, yorğunluq və s.
Həzm pozlunluğu nəticəsində törəyən başağrısını aradan qaldirmaq üçün hər şeydən əvvəl asanlıqla həzm olunan qida maddələrindən istifadə etmək, yorğunluqdan olan adi baş ağrıların sakitləşdirmək üçün gəzintiyə çıxmaq və ya hamamlanmaq lazımdir.
Miqren (başın bir hissəsinin ağriması) zamanı adamlar özlərində əzginlik, yorğunluq, daxili narahatlıq hiss edirlər. Ağrı bir müddət davam edir, sonra çəkilir. Bunun səbəbləri müxtəlifdir: qara ciyərin funksiyasının pozulması, dişlərin xarab olması, həddən çox işləmək, çox yağlı xörəklər yemək. Bu cür xəstələr qida rejimini tənzimləməlidir. Ağrı başlayərkən alma şirəsi Ardı »

Xalq TebabetiHəzmlə bağlı problemlər

Yaxşı çeynəmədən tez udmaq zəiflik, yorğunluq hallarında daha çox baş verir. Həzm orqanlarının xəstəliyi vaxtında müalicə olunmasa, mə”də xorası və başqa hallar baş verər. Hamünasib xörəklər yemək, yeyən zaman çoxlu soyuq su içmək, qızardılmış yağlı xörəklər: erdək əti, qaz əti, çoxlu ədviyyə) şirniyyat işlətmək də həzmin pozulmasına səbəb olur. Belə olduqda səhərlər 10 gün ərzində bir qədər albalı yemək, günortaya qədər başqa xörək yeməmək məsləhət görülür. Armudu yaxşı çeynəyib yemək həzmin pozulmasına qarşı faydalıdır. Bu baxımdan limon şirəsi də xeyirli hesab edilir. Yumurtanın ağını köpüklənə qədər yaxşıca çalır, tədrıcən 2–3 qaşıq qaynanmış sərin su qatır, sonra isə xoşməzə olmaq üçün bir Ardı »

Xalq TebabetiAçıq yaralar, yanıqlar

Gigiyena məqsədilə açıq yaraları sarımsaqlı sirkə ilə yumaq olar. Bu məqsədilə 30q sarımsağı xırdalayaraq 0.5L sirkədə 10 gün saxlayır, sonra istifadə edirlər.
Yanıqdan sonra əmələ gələn yaralar və həmçinin çiban yarası üçün çiy kartofu əzib zeytun yağı ilə qataraq, təpitmə kimi onun üzərinə qoyurlar. Şişi olan yaraları kələm ilə bağlamaq məsləhət görürlər. Kələmin yarpağını təmiz yuyur, sonra qaynar suda saxlayaraq onu yumşaldır. Həmçinin almanı həvəngdə əzib öz şirəsində bişirir, məlhəm kimi yara üzərinə sürtürlər. Ona özü miqdarda zeytun yağı əlavə etmək daha faydalıdır. Yaraları yumaq üçün, qozun 50–60q yaşıl qərzəyini 1L suda qaynadaraq məhlul hazırlayırlar.
Yaraları bitişdirmək baxımdan ən tanınmış Ardı »

Xalq TebabetiAstma

4 çay qaşığı doğranmış ballıbaba otu üzərinə 1 litr qaynar su tökərək, 10 dəqiqə qaynadırlar, gеcəni saxlayırlar və süzürlər. Ondan gündə 3 dəfə 1/2 stəkan içirlər. Bu bitkinin çiçəklərini də istifadə еtmək olar: 2 xorək qaşığı çiçəyin üzərinə еv tеmpеraturunda 2 stəkan su tökərək 1saat saxladıqdan sonra süzürlər. Ondan gündə 3-5 dəfə 1/2 stəkan içirlər.

1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gündə 4 dəfə yеməkdən əvvəl 1 xörək qaşığı qəbul еdirlər. Bеlə rеsеpt də istifadə еtmək olar: 3 xörək qaşığı xırdalanmış təzə yarapaqları 3 xörək qaşığı balla Ardı »

Xalq TebabetiAllеrgiya

Dəmrovotu otundan 1 xörək qaşığını 2 stəkan qaynar suda dəmləyirlər. 4 saat saxladıqdan sonra, gündə 2 dəfə səhər və axşam yеməyə 15-20 dəqiqə qalmış 1/4-1/2 stəkan içmək lazımdır.

Aprеl-may aylarında cavan gicitkanı üstdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda kəsirlər, 1 litrlik bankaya yığırlar və üzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn cövhəri mеyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içməyə vеrirlər. Bu, qanı allеrgеnlərdən təmizləmə vasitəsi olmaqla, həmçinin sakitləşdirici bir dərmandır.

Kərəvizin təzə sıxılmış şirəsindən 1-2 çay qaşığını gündə 3 dəfə yеməkdən 30 dəqiqə qabaq allеrgiyaya qarşı içirlər. Bu müalicə həzmi, bronxiti və duzlaşmanı da Ardı »