Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Məlumatlar40 yaşdan sonra aspirin içməyin, çünki...

Bu dərmanın heç bir faydası olmur.

Milli.Az xəbər portalı "Lancet"ə istinadən bildirir ki, ağrıkəsici dərman preparatı kimi tanınan aspirin eyni zamanda qanın laxtalıq səviyyəsini aşağı salaraq damarlarda daha rahat axmasını təmir edir. Buna görə də aspirin ürək-damar problemləri ilə iflicin də qarşısını qismən ala bilən dərman sayılır. Lakin aspirin həm də çox təhlükəli dərmandır. Belə ki, uyğun şəkildə istifadə olunmadıqda aspirin mədə və beyində qanaxmalara səbəb ola bilər. Mədə qanaxmaları isə bəzən ölümə də səbəb olur.

Eyni zamanda, 40 yaşdan sonra az qala hər kəsin xəstəliklərin, xüsusilə də ürək-damar sistemindəki problemlərin profilaktikası məqsədilə aspirin qəbul etmələrinin gərəkdiyi barədə geniş yayılmış təsəvvürlərin yanlış Ardı »

Maraqlı MəlumatlarHər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

İlk baxışdan, sərinkeşin səsi eşitmə qabiliyyətinə pis təsir edə bilməz.
Lakin çinli alimlərin apardıqları tədqiqatın nəticələri göstərir ki, hər gün eşitdiyimiz səslər eşitmə qabiliyyətimizi zəiflədir.

"New Scientist" bildirir ki, həkimlər pasiyentləri müayinə edərkən sakit səslərin uzunmüddətli təsirini nəzərə almırlar.

Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetinin əməkdaşı Çjou Syaomin həmkarları və ABŞ-dakı Kaliforniya Universitetinin professoru Maykl Merzeniçlə birlikdə aparılan tədqiqatı başa vurublar.

Onlar deyirlər: siçovullar üzərində aparılan sınaqlar eşitmə qabiliyyəti ilə bağlı mövcud təsəvvürlərin yanlış olduğunu göstərib.

Siçovullar 10 saat ərzində 69 desibellik səs "axını"na məruz qalıblar. Sonrakı iki ay ərzində isə gəmiricilər 14 saat sakitlik "alıblar". Bu eksperiment işdəki səs-küylü şərait və evdəki sakitlik modellərinin qurulmasına imkan Ardı »

Maraqlı MəlumatlarAybaşının pozulması

1 xörək qaşığı acıyovşanın ovulub toz halına salınmış yuxarı budaqları üzərinə ½ litr qaynar su tökərək bir nеçə saat saxladıqdan sonra süzürlər. Onu gündə 3 dəfə ½ stəkan aybaşının pozulmasında içirlər. Ağrılı aybaşıda bu bitkinin yarpaqları və köklərinin həlimindən istifadə еdirlər. Ardı »

Maraqlı MəlumatlarHəkimlər iflicin əlacını tapıblar?

Heyvanlar üzərində aparılan təcrübə uğurlu nəticələnib.
İsveçrə həkimləri onurğa beyninin zədələnməsi ilə iflic olan siçanların hərəkət fəaliyyətini bərpa edə bildikləri barədə məlumat yayıblar.

Təcrübə heyvanlarının onurğası kimyəvi maddələr və beynin hərəkət üçün göndərdiyi impulslara oxşar siqnal göndərən elektrik impulsları ilə stimullaşdırılıb.
Bundan bir neçə həftə sonra siçanlar yeriyə, hətta xüsusi kəmərlərin köməyi ilə belə olsa, qaça biliblər.

Alimlərin fikrincə kimyəvi və elektroterapiya metodunu onurğasının zədələnməsi ilə iflic olan insanlarda istifadə etmək olar. Ardı »

Maraqlı MəlumatlarAmerikalı həkimlər, xəstənin qulağından mirvari çıxarıb

O, bu vəziyyətdə 41 il yaşayıb. Corciya ştatının Atens-Klark əyalətindən olan 46 yaşlı Kelvin Raytın sözlərinə görə, camaat onun möhkəm danışdığını bildirir, lakin özü bunu hiss etmirdi. Rusiya mətbuatının verdiyi məlumata görə, Kelvin bundan sonra 2010-cu ilin dekabr ayında, bronxit şikayətilə Sent-Meri xəstəxanasına müraciət edir. İlkin müayinə aparan tibb bacısı Heyli Folkner, onun sağ eşitmə yolunu yoxladığı zaman, xəstəsinin qulaq təmizləyən pambıqdan istifadə edib-etməməsi barədə sual verir. Müsbət cavab aldıqdan sonra tibb bacısı, qulaqda pambıq ucluğu gördüyünü bildirib. Qulaqdan pambıq ucluğuna bənzər şeyi çıxartmaq istədikdə, Folkner bunun yumşaq deyil, bərk olduğunu qeyd edir. Daha sonra xəstəni, həkim Ceyms Demsinin yanına göndərərək, Ardı »

Maraqlı MəlumatlarABŞ-da 30 böyrək dalbadal köçürülərək transplantasiya olunub. Bu isə dünya rekordu sayılır

"The New York Times" bildirir ki, "transplantasiya dominosu" 60 cərrahiyyə əməliyyatından ibarət olub. Əməliyyatda 11 ştatın 17 klinika və hospitalı iştirak edib.

Transplantasiya əməliyyatları zamanı domino prinsipindən donor böyrəyinin resipientin orqanizminə uyğun gəlmədiyi zaman istifadə olunur. Əməliyyatlar seriyasında iştirak üçün həkimlər uyğun cütlükləri seçirlər. Bu insanlar hər resipient üçün başqa cütlükdən uyğun böyrəyin olması prinsipi ilə keçirilir.

"Transplantasiya" dominosu zəncirindəki ilk donor böyrəklərini 2011-ci ilin avqustun 15-də itirib.

Kaliforniya ştatındakı Riversayd şəhərində 44 yaşlı Rik Ruzzamenti donorluğa razılaşmışdı.
İki əməliyyat arasında ən uzun müddət isə 2 ay olub. Son transplantasiya əməliyyatı ötən ilin dekabrın 20-də Çikaqodakı Loyola Universiteti nəzdindəki Tibb Mərkəzində aparılıb.

Bu zaman Texas ştatının Ardı »

Maraqlı Məlumatlarİnsan xoruldayırsa, xərçəng riski 5 dəfə artır?

Xorultu xərçənglə əlaqəli ola bilər. Amerikalı mütəxəssislər hesab edir ki, əgər insan xoruldayırsa, xərçəng riski 5 dəfə artır. Rusiya mətbuatının verdiyi məlumata görə, yuxu pozğunluğu oksigen çatışmazlığına səbəb olur.
Qanda oksigenin konsentrasiyası az getdiyindən bu, orqanizmdə şiş xəstəliklərinin yaranmasına səbəb ola bilər. Bunu 1500-dən artıq xərçəng xəstəliyinə tutulmuş insan üzərində aparılan 22 illik tədqiqatların təhlili də sübut edir.

Viskonsin-Medison Universitetinin araşdırmalarına görə, ağır problemlər xərçəng riskinin 2 dəfə, az əhəmiyyətli hadisələr isə 10 % artırır.
Tədqiqatlara rəhbərlik edən həkim Xavyer Nieto hesab edir ki, xorultunu normal qarşılamaq düzgün deyil, buna ciddi problem kimi yanaşmaq lazımdır. Ardı »

Maraqlı MəlumatlarBəzi xəstəliklər dırnaqlarda gizlidir

Əyri dırnaqlarda olan çuxurluq, girinti və çıxıntılar bəzi xəstəliklərə şərait yaradır.

Ağciyər, qaraciyər və qəlbinizlə bağlı hər hansı bir problem, əvvəlcə dırnaqlarda özünü göstərir.

Çox solğun, ya da ağ dırnaqlar, çox vaxt yaşlılığa görə meydana gələn zərərsız bir vəziyyətdir. Ancaq, çox ciddi xəstəliklərin əlaməti də ola bilər: anemiya, ürək çatışmazlığı və qaraciyər xəstəliyi.

Dırnağın səthi tamamilə ağdırsa diqqət edin. Qaraciyərlə bağlı ciddi bir problem ola bilər. Məsələn, Hepatit çıxa bilər. Bu şəkildə barmaqların da saralmış olduğu gözə çarpır. Bu da yenə qaraciyərdə bir problemin olduğunun başqa bir işarəsidir.

Saralmış dırnaq çox vaxt göbələk xəstəliyinin xəbərçisidir. Dırnaq qalınlaşmış, dırnaq yataqları daxilə doğru çəkilmiş və dırnaqlar parçalanmış Ardı »