Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarSinəsindən ət yeyən böcək tapıldı

İngiltərədə yaşayan Natalie Tomasonun həyatı tətildə özünü dişləyən bir böcəklə kabusa dönüb.

Verilən xəbərə görə, əvvəl vəziyyətə çox əhəmiyyət verməyən Tomasonu cəmi 3 dəfə böcək dişlədikdən sonra sinəsi göyərib, şiddətli ağrılar və iy gəlməyə başlayıb.

Tomasonun ağrılarının səbəbinin isə Misirdə onu dişləyən ağcaqanaddan sonra sinəsinə ət yeyən böcəklərin yerləşdiyi aydın olub.

Ölümdən dönən bəxtsiz qadın yaşadıqlarını belə izah edib: böcəklərə qarşı özümü qorumağa çalışırdım. Qorunmaq üçün sprey istifadə etmişdik.
Ancaq görünən odur ki, kifayət qədər qorunmadım. Ardı »

Maraqlı MəlumatlarMaariflənmə piylənməni azaltmağa kömək edir

Məlumata görə təhsilsiz və ya gəlir səviyyəsi aşağı olan insanlarda daha çox piylənməyə meyillilik müşahidə edilib.
Sağlamlıq mövzuları ilə əlaqədar görülən maariflənmə işləri isə piylənmə xəstəliyini əhəmiyyətli ölçüdə azaldırmış.
Vaşinqtondan verilən xəbərə görə yüksək gəlirli ölkələrdə təhsil artdıqca əhalinin təhsil səviyyəsi və gəliri artır.
Maariflənmə nəticəsində bir çox insan piylənmə xəstəliklərinə səbəb olan faktorlardan uzaqlaşır və düzgün həyat tərzinə yiyələnir, öz bədənini gözəl görkəmə salır.
London Universitetindən Dr. Amina orta gəlirli ölkələrdən Misir, İordaniya və Kolumbiya ilə aşağı gəlirli ölkələrdən Nigeriya, Hindistan və Benin araşdırıb.
Bu ölkələrin ortaq xüsusiyyətlərini və gəlir səviyyəsini nəzərə alaraq bildirib ki, qadınların bir çoxu "enerji yüklü qidalardan" istifadə etməklə yüksək Ardı »

Maraqlı MəlumatlarHansı məhsullar optimizmi artırır

Tərəvəz və meyvələr insanı daha çox xoşbəxt və optimist edirmiş. Verilən məlumata görə bu fərziyyəni Harvard Universitetinin alimləri öz tədqiqatları nəticəsində bəyan ediblər. Bu tədqiqatlarda 1000-ə yaxın 25-74 yaşlı kişi və qadınlar iştirak ediblər. Könüllü qan analizlərinin nəticəsində müxtəlif antioksidantların səviyyəsi ölçülüb və xüsusi sorğudan istifadə etməklə həyatda yaşamaqla əlaqədar tədqiqatda iştirak edən insanların məmnuniyyət səviyyəsi də müəyyən olunub. Bütün bu tədbirlərin nəticəsində məlum olub ki, nikbinlik, məmnuniyyət, optimizim səviyyəsi yüksək olan insanlarda antioksidant karotinoidləri ən yüksək səviyyədə olmuşdur.
Buda tərkibində güclü antioksidant maddələri ilə zəngin olan meyvə və tərəvəzlərdə var.
Buna əsaslanaraq, alimlər meyvə-tərəvəzlə zəngin bir pəhriz resepti hazırlayaraq, optimizmini Ardı »

Maraqlı MəlumatlarÖskürdü... ağciyəri çölə çıxdı

Açıq ürək əməliyyatı olunduqdan sonra döş qəfəsi tikilən Süleyman Zehir tibb tarixində bir ilkə imza atıb. Milli.Az xəbər portalı Türkiyənin “Cihan” agentliyinə istinadən xəbər verir ki, təxminən bir ay əvvəl 71 yaşlı Süleyman Zehir nəfəs almaqda çətinlik çəkməsi ilə bağlı özəl xəstəxanalardan birinə müraciət edib. Həyati təhlükə olduğu üçün onun ürəyində əməliyyat aparılıb.

Xəstəxanadan çıxdıqdan sonra özünü yaxşı hiss edən Süleyman Zehir İzmit şəhərində yaşayan bacısıgilə gedib. Evdə oturduğu yerdə qəfil öskürək tutan Süleyman öskürəndə döş qəfəsi yarılıb və ağciyəri bayıra çıxıb. Onu Kocaelidəki xəstəxanaya aparıblar. Burada ilkin tibbi yardım göstərildikdən sonra Süleyman Zehiri təcili yardım maşını ilə başqa xəstəxanaya göndəriblər. Dərhal Ardı »

Maraqlı MəlumatlarAğrıkəsicilər infarkt və iflic ehtimalını artıra bilər

Adi məişətdə istifadə edilən ağrıkəsici dərmanlar böyük dozalarda və ya uzunmüddət qəbul edilərsə infarkt və iflic olma ehtimalını artıra bilər.
Ekspertlər 116 mindən çox adam üzərində 30-dan çox klinik sınaq apararaq ağrıkəsici dərmanların insan səhhətinə təsirini öyrəniblər.

Son sınaqlar zamanı ibuprofen, naproksen, diklofenak kimi geniş istifadə edilən dərmanlar tədqiq ediliblər.
Həkimlər mütəmadi surətdə artrit kimi halların müalicəsi üçün bu dərmanları qəbul etməyi məsləhət görürlər.

Özü də bu zaman daha böyük dozalar içmək tapşırılır.
British Medical Journal dərgisində dərc olunmuş son tədqiqata məlum olub ki, lumiracoxib infarkt ehtimalını, ibuprofen isə iflic halını üç dəfə çoxalda bilər. Ardı »

Maraqlı MəlumatlarHansı meyvə hansı xəstəliyin dərmanıdır?

Meyvə və tərəvəz insan orqanizmi üçün çox faydalıdır. Bir çox xəstəliklərin qarşısının alınması və bədənin möhkəmlənməsi üçün meyvə və tərəvəzin qəbul olunması məsləhətdir.

Alma xərçəng xəstəliyinin müalicəsində, xərçəngdən qorunmada, allergiya və ürək damar xəstəliklərində faydalıdır. Gündə ən az qabığı ilə birlikdə 2 alma yemək faydalıdır.

Nar da insan orqanizmi üçün çox faydalıdır. Tərkibindəki bəzi maddələr sayəsində xolesterol və şəkəri tarazlayır. Həmçinin, ürək sağlamlığını qoruyur, qanı artırır. Bu səbəbdən gündə 1 stəkan təzə sıxılmış nar suyunu içmək, yaxud da 2-3 dənə nar yemək faydalıdır.

Son 10 il ərzində alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, qara üzüm xərçəng xəstəliyinə çox faydalıdır. Ardı »

Maraqlı MəlumatlarŞəfaya ehtiyacı olan xəstələrin musiqi ilə müalicəsi

Verilən məlumata görə Türkiyənin SAÜ Təhsil və Araşdırma Xəstəxanası Sakarya Cəmiyyəti Ruh Sağlamlığı Mərkəzində müalicə görən yaşları 18 ilə 60 arasında dəyişən 400-ə yaxın xəstə əl işləri və musiqi ilə müalicə edilir.
Burada tətbiq olunan müalicələr sayəsində xəstələr mükəmməl işlər çıxarır. Şəkil çəkirlər, əl işləri ilə məşğul olur, proqrama əsasən müəyyən günlərdə musiqi təhsili alırlar.
Həkim. Tolun, aparılan işlərdən xəstələr və xəstə yaxınlarının məmnun olduğunu ifadə edərək müalicələrin pulsuz həyata keçirdiyindən də bəhs edib. Onun sözlərindən aydın olur ki, onlar xəstələrin düzəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Onların ictimailəşməsi üçün nizamlı proqramlar da tərtib ediblər. Xəstələr haqqında onlar bu sözləri deyiblər: onlar Ardı »

Maraqlı MəlumatlarQuş qripinin yeni növü aşkar edilib

Analizlər göstərib ki, bu virus quş qripinin təkmilləşdirilmiş forması H6N1-dir. Tayvanlı alimlər vəhşi quş qripinə yoluxmuş insanın diaqnozunu təsdiqləyiblər. Rusiya mətbuatının verdiyi məlumata görə, H6N1 virusu 20 yaşlı bir qızda aşkar edilib.

Virusun genetik analizləri göstərib ki, bu virus insanın yuxarı tənəffüs yollarının SAα-2,6 reseptoruna uyğunlaşma qabiliyyətini inkişaf etdirib.
Bu da potensial olaraq, virusa insan hüceyrəsinə uyğunlaşma imkanı verir",- deyə araşdırmanın aparıcı müəllifi həkim Xo Şen U bildirib.

Tayvanın mərkəzi hissəsindən olan yoluxmuş qadın 2013-cü ilin mayında qrip simptomları ilə xəstəxanaya çatdırılıb.
Qadın müalicə nəticəsində tamamilə sağalsa da onun boğazından alınmış yaxma onun A qripinə yoluxduğunu təsdiqləyib.
Analizlər göstərib ki, bu virus quş qripinin təkmilləşdirilmiş forması Ardı »