Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarSiqaret çəkənlər əməliyyatları ağır keçirir

Məlumata görə siqaret çəkənlər əməliyyatları daha ağır bir formada keçirirlər. Bu özünü cərrahiyə əməliyyatından sonra daha qabarıq göstərir.
Çünki əməliyyatdan əvvəl siqaret çəkənlər cərrahiyyədən sonra özünü siqaretdən istifadə etməyənlərə nisbətən pis hiss edir, ağır və riskli fəsadlarla üzləşir.
Bunu Kaliforniya Universitetinin araşdırmacıları tərəfindən aparılmış tədqiqatın nəticələri sübut edir. Həmçinin onların 1950-ci ildən başlayaraq siqaretin təsiri haqqında cərrahiyyədən sonrakı xəstələrin vəziyyəti haqqında məlumatlar topladığı bildirilir. Həmin məlumatların təhlili göstərib ki, siqaretdən istifadə edənlərdə fəsadlara daha çox rast gəlinir. Bundan başqa, onlara iri həcimli qanköçürülmə prosesi də çox vaxt alır. Siqaret çəkənlərdə beyin şişi əməliyyatı zamanı ölüm riskinin çox olduğu deyilir. Onurğadan əməliyyat Ardı »

Maraqlı MəlumatlarMobil telefonu nə zaman kənara qoymalı?

ABC News bildirir ki, Nyu-Yorkdakı Rensselaer Polytechnic Institute-da aparılmış araşdırmanın nəticələri belədir.

Mobil telefonlar və planşet kompüterlərin ekranlarında arxadan işıqlandırmadan istifadə olunur ki, bu da insan orqanizmində melatonin ifrazı prosesinə mənfi təsir edir, yuxunu pozur. Melatonin təbii sutkalıq rejimi nəzarətdə saxlayır və axşam saatlarında orqanizmə yuxuya hazırlaşmaq əmrini verir.
Lakin qacetlərin ekranlarındakı qısa dalğalı işıq nəticəsində melatonin ifrazı zəifləyir, hətta dayanır.

Bunun nəticəsində yuxu pozuntuları daimi hal almaqla yanaşı, piylənmə və II tip şəkərli diabet də başlaya bilər.
Qısa dalğalı işığın uzunmüddətli təsiri və xroniki yuxu pozuntuları zamanı isə döş xərçəngi yarana bilər. Ardı »

Maraqlı MəlumatlarTibb tarixində bir ilk: Nəbzsiz insan

Çexiyalı kişi tibb tarixinə adını yazdırıb. Buna səbəb isə onun nəbzi olmadan yaşamasıdır. Türkiyə mətbuatının verdiyi məlumata görə, Çexiyanın paytaxtı Praqada yanğınsöndürən olan 37 yaşlı Jakub Halik dünyada nəbzi olmadan 6 ay yaşayan yeganə insandır.

Jakub Halik ürəyindəki şişlə əlaqədar əməliyyat edilib. Əməliyyatla onun ürəyi iki mexanik nasosla dəyişdirilib.

Xəstənin 6 aydır yaxşı vəziyyətdə olduğunu deyən, həkimlər onun hər 5-10 ildən bir nasosu dəyişdirməli olduğunu bildiriblər. Ardı »

Maraqlı MəlumatlarQ əslində nədir?

Məlumata görə ABŞ-da edilən bir araşdırma gözün arxasında yerləşən retinadakı damarların genişliyi ilə beyin sağlamlığı arasında bir əlaqə olduğunu üzə çıxarıb.
Bu məlumatın Psychological Science jurnalında yayımlandığı da deyilir. Mütəxəssislər bəzi gənclərdə olan aşağı IQ səviyyəsinin sağlamlıq vəziyyətindəki problemlərlə bağlı olduğunu ifadə ediblər.
Duke Universitetində fəaliyyət göstərdiyi bildirilən Idan Shalev zəkanın beyin sağlamlığının bir göstəricisi olduğunu, beyni oksigen və qida ilə təmin edən damarların vacibliyini bildirib.
Məlumata görə Yeni Zelandiyanın Dunedin şəhərində 1972 və 1973 illər arasında doğan 1000 adam araşdırılıb və sonunda maraq oyandırıcı nəticələr ortaya çıxıb.
Nəticədə retinadakı damarların genişliyi ilə 38 yaşdan aşağı olan kəslərdə IQ aşağılığı arasında bir Ardı »

Maraqlı MəlumatlarBu alzheimerə səbəb olur

Məlumata görə bəzi karbohidratlı yeməklərin beyinə zərər verdiyi söylənilir. Bunu nevrologiya sahəsində fəaliyyət göstərən Amerikalı mütəxəssislər bildirib.
Onun sözlərindən aydın olur ki, "Glikemik indeksi" aşağı olan karbohidratlar beynin inkişafına mənfi təsir göstərir və alzheimer kimi xəstəliklərə yol açır.
Həmçinin bu problem 21-ci əsrdə baş ağrıları və depressiya kimi hallarla müşahidə olunub.
"Grain Brain" adlı kitabın müəllifi David Perlmutter ağ unla birgə müxtəlif karbohidratların, şəkərin beyin üçün təhlükəli olduğunu bildirib.
Onun fikrincə daş dövründən istifadə olunan ət ağırlıqlı və yağlı qidalanma düzgündür. Kitab bu xəstəliklərin yaranma səbəbini düzgün qidalanmamaqda görür. Perlmutter hesab edir ki, qidalanmanın 75%-i yağ, 5%-i karbohidrat 20%-i zülal olmalıdır. Ardı »

Maraqlı Məlumatlarİnsan beyinini qoruyan bitki hansıdır ?

Mütəxəssislər, bu bitkinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngin olduğunu bildirir

Göbələk, tərkibindəki vitamin və minerallar sayəsində yaşlanmanı gecikdirir, beyin və sinir sistemini alzheimer kimi xəstəliklərdən qoruyur Göbələyin, bitki mənşəli qidalar arasında ən bəsləyicilərdən biri olduğunu söyləyən mütəxəssislər, ətə yaxın miqdarda və çox dəyərli bir zülal qaynağı olmasıyla yanaşı, göbələyin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngin olduğunu bildirib. Ardı »

Maraqlı Məlumatlarİnsan beyninə müsbət təsir edən daha bir faktor

Məlumata görə aparılan araşdırmalar göstərib ki, saqqız təkcə dişlərə deyil, həmdə insan beyninə fayda verirmiş.
Saqqız nəfəsi təravətləndirməklə bərabər insana müsbət təsir bağışlayır.
Həmçinin aparılan bəzi tədqiqatlardan məlum olub ki, saqqız çeynəmək hafizəni gücləndirməyə də kömək edir.
Araşdırmada 38 adamı əhatə edən iki qrupa dinlənti və ədədlərdən ibarət olan bir yaddaş testi tətbiq olunmuşdur.
Araşdırmanın sonunda saqqız çeynəyən qrupun daha müvəffəqiyyətli olduğu ortaya çıxmışdır.
Bundan əlavə saqqız çeynəməyin ürək döyüntülərini artıraraq beyinə daha çox oksigen alınmasını təmin etdiyi də məlumatda əks olunub. Ardı »

Maraqlı MəlumatlarƏbədi məhəbbət nağıl deyilmiş

merika alimləri bunun gerçək olduğunu sübut ediblər.


Hər 10 cütlükdən biri münasibətlərinin başlanmasından keçən 20 il ərzində ilkin sevgisini qoruyub saxlayır. Lent.az-ın “Sunday Times”-a istinadən məlumatına görə, Nyu-Yorkdakı Stouni Bruk Universitetinin alimləri gənc və 20 il birgə yaşamış cütlüklərin beynindəki kimyəvi proseslərin maqnit-rezonans metodu ilə müqayisəsindən sonra bu qənaətə gəliblər.


Alimlər aşkar ediblər ki, sevgilisinin şəklini görən yaşlı cütlərin bəzi nümayəndələrinin beynində, yenicə vurulmuş insanın beynindəki prosesin tam eyni olan kimyəvi reaksiya baş verir.


Alimlərin bu kəşfi, sevgi həyəcanının birgəliyin ilk 15 ayından sonra azalması və 10 il ərzində tamamilə yox olması barədə ənənəvi baxışı təkzib edir. Əbədi məhəbbət barədə deyilənlər heç Ardı »