Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşgil birləşməsi

İşgil birləşməsi – Hissələri (məsələn, qasnaq, dişli çarx, mufta və s.) ox və vallara bərkitmək üçün istifadə edilir.Mündəricat
1 Ümumi məlumat
2 Növləri
2.1 Prizmatik işgil birləşməsi
2.2 Seqmentşəkilli işgil birləşməsi
2.3 Pazvari işgil birləşməsi
3 Mənbə
4 Həmçinin bax


Ümumi məlumat

Bu birləşmələr burucu momenti valdan çarxa və əksinə ötürə bilir. Konstryksiyasının sadəliyi tez yığılıb sökülə bilməsi, çox böyük momenti ötürə bilməsi birləşmənin əsas üstünlüyüdür. Mənfi cəhətləri isə val üzərində işgil və ya şlis yuvası açılması nəticəsində valın və çarxın topunun zəifləməsi, gərginlik konsentrasiyası mənbələrinin əmələ gəlməsi, çox böyük yüklərdə konstruksiyanın dağılmadan qorunmaması və s-dir.

İşgil birləşməsi gərginlikli və gərginliksiz olmaqla iki qrupa ayrılır. Yığma əməliyyatı nəticəsində işgildə gərginlik yaranmazsa, belə birləşməyə gərginliksiz işgil birləşməsi deyilir. Prizmatik və süqment şəkilli işgilləri bua misal göstərmək olar. Gərginlikli işgil birləşməsində yığma əməliyyatı zamanı hissələrdə başlanğıc gərginlik yaradılır. Bunlara pazvari işgil birləşməsi aiddir.

İşgillərdən təkçə burucu momenti ötürmək deyil, həm də çarxları val boyu sürüşdürmək üçün istiqamətverici kimi də istifadə olunur.

Standart işgillər orta karbonlu xüsusi çeşidli tarım dartılmış poladlardan hazırlanır. Xüsusi təyinatlı işgillər üçün legirlənmiş poladlar götürülür.

Növləri

Prizmatik işgil birləşməsi

Prizmatik işgildə burucu moment onun yan səthi ilə ötrülür.Kənar uclarının formasına görə işgillər dairəvi, müstəvi şəkilli və bir ucu dairəvi, digər ucu isə müstəvi şəkilli olur. Prizmatik işgillərin vasitəsilə hissələr val üzərində yaxşı mərkəzləşir. Prizmatik işgillərin əsas ölçüləri diametrə əsasən seçilir. İşgilin uzunluğu l<1.5d qəbul etmək məsləhətdir.

Kənar ucları dairəvi

Müstəvi şəkilli

Bir ucu dairəvi digər ucu müstəvi şəkilli

Seqmentşəkilli işgil birləşməsi

Kiçik diametrli vallarda (d<44 mm) seqmentşəkilli işgillərdən istifadə olunur.

Pazvari işgil birləşməsi

Bütün pazvari işgillər 1:100 mailliyi ilə hazırlanır. Bunlar bir ucuna çəkiclə vurmaqla yuvaya oturdulur. Onda işgilin alt üzü vala, üst üzü çarxın topuna söykənir. Yığma zamanı işgilin alt və üst səthlərində başlanğıc oturtma gərginliyi yaranır.


Tarix: 22.03.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...