Yüksək məhsuldarlıqlı emal - (və ya Qərbdə yayılmış: High Performance Cutting -HPC) adi emala nisbətən həddən artıq yüksək kəsmə sürəti və verişlə aparılan emal üsuludur. Yüksək sürətli emaldan fərqli olaraq burada kəsmə sürəti nisbətən aşağı, kəsmə dərinliyi isə çox yüksək olur. Bununla vahid zamanda iri həcmdə material qatı çıxarmaq mümkündür. Texnoloji sistemdə yaran yüksək qüvvə nəticəsində proses zamanı səthin keyfiyyəti nisbətən pis alınır. HPC təkcə kəsmə prosesini yox, həm də istehsal prosesinə təsir edən bütün faktorları birləşdirərək məhsuldarlıq və etibarlığın təmin olunmasını qarşısına məqsəd qoyur.
Bu üsul əsasən ştamp və tökmə avadanlıqlarının formalarının hazırlanmasında tətbiq olunur. Böyük material həcmi əsasən yüksək verişlə əldə olunduğundan, emal zamanı kəsmə qüvvəsi artır və dəzgahın düyümlərinə və alətə düşən yükün artmasına gətirib çıxarır. Buna baxmayaraq, bu üsullu HSC-yə nisbətən uyğun alətlə adi dəzgahlarda da yerinə yetirmək mümkündür. Buna görə də, yüksək kəsmə qüvvəsi kələkötürlüyün qiymətinin artmasına səbəb olur və nazik divarlı hissələrin emalına imkan vermir. Minimal həddə yağlamaya ehtiyac yoxdur, çünki kəsmdə yaranan istilik yonqarla kənarlaşdırılır.
Tarix: 22.03.2013 / 15:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari