Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaçış zamanı edilən səhvlər

1. İsinmə və soyuma hərəkətlərinə keçid
Hamımız idmançıları hoppanarkən, tullanarkən, çox yavaş qaçarkən və ya qəribə hərəkətlər edərkən görə bilərik. Bunlar qaçışa başlamazdan əvvəl etdikləri isinmə hərəkətləridir. Qaçışdan sonra edilən bənzər soyuma məşqləri də isinmə hərəkətləri qədər əhəmiyyətlidir. Əgər soyuma hərəkəti edilməsə, bu, əzələlərin ağrımasına səbəb olacaq. İdmana başlayarkən isinmə hərəkətinin edilməməsi ən çox edilən xətadır və saysız narahatlıqlara səbəb olar.

2. Çox uzaq məsafə
Bu səhv yeni idmançılar arasında ən məşhur olanıdır və səbəbini görmək isə çox asandır. Daha çox məsafəni daha sürətli bir şəkildə qaçmaq olduqca təbii bir hədəfdir, deyilmi? Amma bu məsafələri uzatmaq çox zaman təhlükəlidir. Mütəxəsislər yaralanmalardan qaçınmaq üçün qaçma məsafəsinin üzərinə ən çox 10%-i qədər məsafə əlavə olunması lazım olduğunu söyləyir. Ən yaxşısı isə üç həftə boyunca 10% artırmaq, dördüncü həftə isə yeniləmə həftəsi kimi düşünülərək azaltmaqdır.

3. Səhv ayaqqabı
Qadınlar qaçış üçün ümumiyyətlə bahalı, seksual, yaxşı görünüşlü, cazibəli paltarlar geyinirlər. Lakin təəssüf ki, ucuz, ya da qaçış üçün uyğun olmayan ayaqqabılar seçirlər. Qaçmaq bir idmandır, dəb nümayişi deyil. Digər bütün idmanlar kimi doğru avadanlıq tələb edir. Ən əhəmiyyətli avadanlıq isə paltara uyğun olub-olmadığına baxmadan bir cüt yaxşı idman ayaqqabısını geyinməkdir.

4. Ağrıya əhəmiyyət verməmək
Yorğunluqdan qaynaqlanan ağrı ilə şiddətli ağrı arasında olduqca böyük bir fərq vardır. Ağrı bədəninizin narahatlığı olduğunun ifadə formasıdır. Şiddətli ağrı isə sizin dayanmağınızı istəyər. Bu ağrıya əhəmiyyət verməmək yaralanmağınıza səbəb ola bilər. Ağrı mövzusunda bədəninizə qulaq asın!

5. Səhv qidalanma
Qaçışa yeni başlayırsınızsa, qidalanmaya fikir verməlisiniz. Zamanla təbii olaraq daha yaxşı yeməklər seçdiyinizin fərqində olacaqsınız və bu sizin nəticələrinizin artmasına köməkçi olacaq. İdmançılar hərəkətsiz həyat tərzinə sahib insanlardan daha çox qidaya ehtiyac duyarlar. Süfrənizdə yağlı və hazır qidalar əvəzinə yumurta, balıq, lobya kimi zülallar, kəpəkli yeməklər, taxıllar, çox sayda və növdə meyvə-tərəvəzdən istifadə etməlisiniz.

6. Başqasının tempində qaçmaq
Yarışın sonlarına doğru idmançılar diqqətlərini öndə qaçanlardan bir neçə addım qabaqda olmasına cəmləyər. Yavaş-yavaş ona yaxınlaşmağı sınayar və templərini çox az artıraraq önlərindəkiləri keçməyə çalışarlar. Bu, başqa birinin başlanğıc xəttindəki tempiylə qaçmaqdan olduqca fərqlidir. Əgər səhərlər yalnız yüngül qaçış edirsinizsə, hər kəsin özünəxas tempi olduğunun fərqinə varmalısınız. Bəli, yarış günündə bunu artırmaq lazım ola bilər, amma başqasının tempiylə başlamaq yarışı qalibiyyətlə başa vurmağınıza mane olar.

7. Rehidrasiya
Rehidrasiya — bədənin həddindən artıq su itkisindən sonra lazımi suyu təkrar qazanmasıdır. Qaçışın sonunda inanılmaz dərəcədə susamış olmaya bilərsiniz, amma əgər özünüzü məcbur etsəniz, tərləyərsiniz və rehidrasiyaya ehtiyacınız olar. Son zamanlar şokoladlı südün də bu iş üçün uyğun olduğunu deyirlər. Lakin əsas içki hər vaxt üçün sudur! Təbii ki, uzun məsafə qaçışlarında rehidrasiya üçün idmançı içkiləri əhəmiyyətlidir, amma siz səhər qaçışından sonra bol miqdarda su içdiyinizə əmin olmalısınız.

8. Qaçmağı dayandırmaq
Bir qaçışcının edəcəyi ən pis səhvlərdən biri də qaçmağı dayandırmaqdır. Bir neçə həftə qaçmadıqda bədənin buna dərhal necə öyrəşdiyini görəcəksiz. Bunu ən yaxşı düzəltmə yolu isə təbii ki, yenidən qaçmağa başlamağınız olacaq. Əgər motivasiya əskikliyiniz varsa, qaçış saatını dəyişdirin ya da sizə hər gün yol göstərəcək, yoldaşlıq edəcək bir yoldaşınızla qaçmağa başlaya bilərsiniz.
İndi etiraf zamanıdır! Siz bu səhvlərdən neçəsini etmisiniz? Yoxsa bu siyahıda olmayan başqa səhvlər də bilirsiniz?

Amma məncə, idman edəndə bunların öhdəsindən gələ bilərsiniz.


Tarix: 04.12.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: İdman və sağlamlıq
loading...