Məlumata görə erkən saatlarda ac qarına idman etmək artıq çəkini azaltmağa kömək edir. Səhər qalxdıqda 8 — 12 saatlıq aclıqdan sonra qanda dolaşan sərbəst yağ turşuları yüksək səviyyədə olur. Bu səbəbdən də ac qarına edilən yüngül hərəkətlər, üzmə, qaçış və velosiped məşqləri artıq yağları əridir.
Eyni zamanda səhər edilən idmanla günə müsbət başlamaq və iştahı nizamlamaq olar.
Ağır məşq proqramları əvəzinə uzun və davamlı məşqlər seçilməlidir. Beləcə məşqə olan adaptasiya və motivasiya orqanizmə daha çox fayda verir.
Lakin, artıq çəkidən əziyyət çəkməyənlər üçün bu vəziyyət fərqlidir. Çünki, səhər erkən oyandıqda gecə enerjisiz qalan orqanizm ac olur.
Buda idman etməyə və qidalanmaya təsir göstərir. Başqa sözlə naharda insan daha çox acır və normaldan çox qida qəbul edir.
Daha çox maddələr mübadiləsinin hərəkətli olduğu saatlarda idman etmək məsləhətdir.
Deyək ki, bütün günü işlə məşğul olmusunuz və sizin idmana ayıracağınız 1 dəqiqəniz belə yoxdur.
O halda axşam saatlarında idman edə bilərsiniz. Tədqiqatlara görə axşam saatlarında idman maddələr mubadiləsini sürətləndirir.
Hər insanın özünə uyğun bədən ritmi var. Bu baxımdan özünü yaxşı hiss etdiyi vaxtlar seçilməlidir.
Məsələn nahar fasiləsindən 1.5 — 2 saat sonra idman etmək faydalıdır.
Tarix: 04.12.2014 / 17:20 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: İdman və sağlamlıq