Bizim bədənimizdə 600 müxtəlif əzələ vardır və əzələ liflərini təşkil edən ən əsas hissə isə zülaldır. Əzələ kütləsi yalnız yıgılma və boşalma zamanı saxlanıla və arta bilər, sakit vəziyyətdə isə əzələlər atrofiyalaşır. İnsan yaşlaşdıqca əzələ və piy toxmasının nisbəti potoloji olaraq, hətta qamətli insanlarda belə piy toxumasının artmasına yönəlir. Herontoloqlar əzələ kutləsinin itirilməsini qocalıq əlaməti hesab edirlər, lakin hal-hazırda gənclərin 30%-ə qədərinin əzələ kütləsinin çatışmamazlığı faktdır. Əzələlər təbiyətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar dərhal atrofiyalaşır. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.
Fiziki hərəkətlər nə üçün xeyirlidir?
-Depresiyadan çox gözəl müalicə vasitəsidir: intensiv fiziki fəaliyyət zamanı orqanizimdə endorfin və ya «xoşbəxtlik hormonu» yaranır;
-Streslərə davamlığı artırır: fiziki fəaliyət zamanı stress harmonu olan adrenalinin səviyyəsi aşağı düşür;
-«Pis» xolesternin, triqliseridlərin səviyyəsi enir, “yaxşı “ xolesterinin miqdarı artır ki, buda aterosklerozdan müdafiyədir;
-Arterial təzyiqi normalaşdırır, və nəticədə insultların və ürək tutmaları riskini azaldır;
-Kalori sərfi, iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəksinin aşağı düşməsinə kömək edir.
-Sümük və oynaqların davamlılığını artırır- osteoparozun profilaktika və mülicəsi;
-Orqanizmin adaptasion imkanlarını,insanın iradəsini inkişaf etdirir.
Tailand qızlarının aerobikasına baxmaqla çox şey qazana bilərsiniz,çalışın siz də təkrar edin:
Tarix: 04.12.2014 / 17:23 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: İdman və sağlamlıq