Sağlam həyat yaşamaq üçün ən vacib amillərdən biri də müntəzəm olaraq idman etməkdir. İdmanın faydalarından hər birimiz xəbərdarıq. İndi təqdim edəcəyimiz bu idman növləri müntəzəm olaraq edilərsə, möcüzə yaradar.
İplə tullanmaq
Ən təsirli yağ yandırma hərəkətlərindəndir. Hər dəqiqə üçün 10-20 kalori yandırmanıza kömək edəcək bu hərəkət bədəndəki bütün əzələləri hərəkət etdirməklə yanaşı, qadınlarda sellüliti azaldır, ayaq, baldır əzələlərini işlədir, qan dövranını artırır.
Squat (çöməlmə hərəkətləri)
Bədəni şəkil və formaya salan idman hərəkətlərindən biridir. Omba əzələlərini gücləndirib daha qalxıq və yuvarlaq ombaya sahib olmaq istəyən qadınların sevimlisi olan bu idman hərəkəti, yağ yandırmaq üçün ideal seçimdir. Jumping Squat (Tullanma) bədəninizi çalışdırır və ürək ritminizi sürətləndirər. Dumbell squat ( ağırılıqlı squat ) bədəninizin müvazinətini artırır. Squatı müntəzəm olaraq etsəniz, sağlam və dik bir duruşa sahib bədənə nail olacaqsız.
Jim etmək
Klassik idman hərəkətlərindən olam jim bədəni inkişaf etdirmək üçün ən təsirli hərəkətlərdən biridir. Fərqli şəkildə edərək qol və çiyin əzələlərinizin fərqli-fərqli bölgələrini çalışdıra bilərsiniz.
Lunge
Ayaq əzələlərinizi gücləndirmək üçün lunge çox təsirlidir. Müvazinəti artıran möhtəşəm idman hərəkəti olan lunge ağırlıq qaldırmaqla da və tullanmaqla da edilə bilər. Gündə 3 dəfə olmaqla hər dəfəsində 10 dəfə lunge edin.
Üzmək
Yay aylarının ən böyük əyləncəsi olan üzmək bədənin bütün əzələlərini çalışdırır, həm də əyləncəlidir.
Qaçış
Qaçmaq sadəcə idman deyil, eyni zamanda müalicə növüdür. Stress və depressiya riskini azaldır. Dəniz kənarında edilə biləcək ən əyləncəli idmandır.
Velosiped sürmək
Nə qədər tərləsəniz bir o qədər kalori yandırmış olacaqsınız. Ayaq və omba əzələlərini işlətməyə kömək edir.
Tarix: 04.12.2014 / 17:20 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: İdman və sağlamlıq