İdman sağlamlığın rəhnidir. Hər bir idmanın bədənin bir hissəsinə faydası olduğu danılmazdır. İdman yaşlanmanı ləngidir, qırışların qarşısını alır.
Bəziləri divanda yataraq gənclik dərmanı arzusunda olduğu bir zamanda Kanada universitetinin alimləri ilk sınağı siçanlar üzərində aparıblar.
Belə ki, bir qrup heyvan təkərdə bir həftədə 3 gün 45 dəqiqiə qaçır. 8 aydan sonra nəticələr yoxlanılıb.
Nəticədə bəlli olub ki, idman etməyən heyvanlar qocalıblar. Onların tükləri bozarıb, əzələləri yumşalıb, beynin həcmi kiçilib. Qaçanlar isə olduqları kimi qalıblar.
35-40 yaşdan sonra əzələ kütləsində azalma başlayır, bədən elastikliyini itirir. Lakin bəzi hərəkətləri vaxtında etməklə siz uzun müddət dərinizin gözəlliyini qoruya bilərsiniz.
Hansı idman növünün nəyə faydalı olduğunu təqdim edirik:
Qaçış, velosiped sürmək, üzgüçülük — dərini gəncləşdirir.
Çəkinmə, oturub-qalxma — əzələləri gəncləşdirir.
Sürətli gəzinti — ürək və damar üçün faydalıdır.
Qaçış — üzü, əzələləri gəncləşdirir.
Yoqa və pilates — onurğanı qoruyur.
Tarix: 04.12.2014 / 17:22 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: İdman və sağlamlıq