İnsan bədəni hərəkət üçün yaranıb. Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əhval-ruhiyyənin enməsinə, bəzilərində isə depressiyaya gətirib çıxarır. Əgər indiki insanlar bir çox əsrlər əvvəl yaşasaydılar onlar özlərinə qida əldə etmək, yaşayış yeri düzəltmək, geyim hazırlamaq üçün çox çalışmalı olardılar. Bundan başqa, yürüşə çıxar, milli rəqslərlə məşğul olar, dağlardan sürüşər, yüksək fiziki hazırlıq tələb edən müxtəlif oyunlarda iştirak etməklə daim hərəkətdə olardılar.
Bugünkü gündə özünü geyim və yeməklə təmin etmək üçün böyük fiziki güc tələb olunmur. Lakin fiziki iş görmək, fiziki hərəkətlər etmək, piyada gəzmək sağlam olmaq üçün ən əsas şərtlərdən biridir.
Fiziki hərəkətlər nə üçün vacibdir?
1. İdmanla məşğul olmağın ən vacib səbəblərindən biri ürəyi möhkəmləndirmək, yüksəlmiş qan təzyiqini nəzarətdə saxlamaqdır. Belə ki, idman hərəkətləri qanda olan təhlükəli trombların sorulmasına kömək edir və orqanizmin qocalmasının qarşısını alır.
2. İnsan aktiv hərəkətlər etdikcə oksigen hər bir hüceyrəyə daxil olur. Bu zaman daxili üzvlərdə tənəffüs aktivləşir, dəri təravətlənir, qan dövranı yaxşılaşır, dəridə olan sızanaqlar azalır, reflekslər yüksəlir.
3. İdmanla məşğul olmaq əzələləri tonuslandırır, onlar daha çox elastik və möhkəm, insan özü isə cazibəli, xoşagəlimli olur. Fiziki hazırlıq almış oynaqlar yüksək amplitudalı hərəkətlər edə bilir. Daimi fəal hərəkət etmək isə pəhrizin köməyi ilə əldə oluna bilməyən ideal çəkiyə çatmağa və onu saxlamağa kömək edir.
4. Bununla bərabər, idman hərəkətlərinə görə insan iştahını da nəzarətdə saxlayır. Çünki bu zaman beyində endorfin adlı hormon ifraz olunur ki, bu da orqanizmi əsl aclıq anına qədər aclıq hissindən və deməli nəzarətsiz qida qəbulundan qoruyur.
5. İdmanla məşğul olmaq insanda ehtiyat qüvvələrini artıraraq xroniki yorğunluğu aradan qaldırmağa kömək edir. Bu zaman beyində əlavə oksigen ehtiyatı yaranır ki, bu da bütün gün ərzində insanı enerjili edir.
6. Daim hərəkətdə olmaq öz növbəsində dərin və sakit yuxu əldə olunmasına kömək edir. Çünki bu zaman endorfinlərin ifrazı stimulyasiya olunur, ki onlar da gün ərzində toplanmış sinir gərginliyindən uzaqlaşmağa kömək edir. Belə ki, insan bütün günü fiziki işləyir, günün sonuna fiziki olaraq qeyri-aktiv insanlardan fərqli olaraq yorğunluq, boşluq hiss etmir.
İdman gərginliyi insana depressiv vəziyyətdən çıxmağa və yuxusuzluğu dəf etməyə kömək edir. Çünki bu zaman orqanizmdə adrenalin və digər stress əmələ gətirən digər hormonların artıqlığı azalmış olur.
Dudi Sela (tennis player)
7. İdmanla məşğul olmaq insanda öz gücünə inamı artırır: siz hiss edirsiz ki, əhval-ruhiyyənizi və xarici görünüşünüzü müsbət tərəfə doğru dəyişə bilərsiniz. Yaşınızdan və fiziki vəziyyətinizdən asılı olmayaraq.
8. Hərəkətlər maddələr mübadiləsini və bağırsaqların peristaltikasını stimulyasiya edir. İdmanla məşğul olanlar üçün siqareti atmaq daha asandır. Məlumdur ki, siqareti atan idmançılar daha böyük işlərin öhdəsindən gələ bilirlər. Belə ki, onların qanında əlavə oksigen toplanır, siqaret çəkənlərdə isə bu, get-gedə azalır.
9. Yaxşı fiziki hazırlıq keçirilmiş ağır xəstəliklərdən, cərrahi əməliyyatlardan tez sağalmağa kömək edir. Çünki güclü əzələlərin oksigeni mənimsəmək qabiliyyəti daha yüksəkdir. Onlar nə qədər çox oksigen alsalar, orqan və toxumaların funksiyasının bərpası da bir o qədər tez gedər. Bəzi xəstələrə döş qəfəsində keçiriləcək planlı cərrahi əməliyyatdan əvvəl xüsusi idman hərəkətləri etmək məsləhət görülür.
10. Siz yəqin ki, istirahət etmək və əhval-ruhiyyənizi artırmaq üçün idmanla məşğul olmaq istəyirsiniz. Testlər göstərir ki, məhz bu səbəbdən idmanla məşğul olanlar fiziki məşğələdən daha çox qüvvə alırlır, nəinki buna özünü məcbur edənlər.
Hər bir qadın özündə bir səbəb tapıb idmanla məşğul olmağa başlamalıdır. Yadda saxlayın ki, bu, heç zaman və heç kəs üçün gec deyil.
Tarix: 04.12.2014 / 17:25 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: İdman və sağlamlıq