Müntəzəm idman hər insanın gündəlik həyat rejiminin əsas hissəsi olmalıdır. Ancaq yaşlı fərdlər üçün bəzi idman hərəkətləri digərlərindən daha faydalı olur.
Sağlam idman rejiminə davam etmək hər yaşda həyatın əsas təməli olmalıdır. Xüsusən də 50 və yuxarı yaşda olan insanlar üçün daha yaxşıdır.
Müntəzəm idman əzələ və ürəyi gücləndirməklə xəstəliklərdən mühafizə edir. Bu da yüksək qan təzyiqi və xolesterolun azalmasına kömək edir. Müntəzəm idman və sağlam pəhriz infarkt və iflic riskini yarıya qədər azaldır.
Güc məşqi
Ağır çəki çalışması, ya da idman əzələ yığmaq üçün edilən idman hərəkətləri qan şəkərini nəzarətdə saxlayan maddələr mübadiləsini atrırır.
Balanslaşdırma
Hər il 300 min yaşlı insan sınıq omba şikayəti ilə həkimə müraciət edir. Əgər idmanınızı həkimlə məsləhətləşsəniz, fərqli balanslaşdırılmış idmanı təcrübədən keçirə bilərsiz.
Məsələn, qollarınızın hərəkəti üçün gözlərinizi yumub əllərinizi düz başınız üstündən yuxarıya qaldırın, tenis oynayın, rəqs edin, yüngül qaçışla məşğul olun.
Gərilmək
Həvəsləndirmək və davam etmək əsasdır. Asiya mədəniyyəti, Çin cəmiyyəti artıq neçə əsrdir Tai Chi idman növündən yararlanır. İdeal idman aspektlərindən olan Tai Chi gücləndirir, gərilmə, balanslaşdırma üzərində çalışmağa kömək edir.
Dözümlülük
Skelet və əzələlərin güclülüyü vacibdir. Ürək sisteminin də güclülüyü həmçinin. Həkimlər bunun üçün piyada gəzintinin faydasına diqqət çəkirlər. Çox sadə idman növü olsa da, faydalı bir hərəkətdir.
Üzgüçülük, velosiped sürmək, dağ turizmi, hətta ev işləri ürək ritmini artırır. Bunun üçün 5 dəqiqəlik idmanla başlayın.
Gün ərzində idman üçün vaxtınızdan çox az ayırmaqla mükafat olaraq yaxşı sağlamlıq qazanmış olarsız.
Tarix: 04.12.2014 / 17:20 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: İdman və sağlamlıq