Heç kəs deyə bilməz ki, həyatında yalan danışmayıb. Bəs, birinin yalan danışıb danışmadığını necə anlamaq olar?
Hamımız özəl keçmişimizə baxdığımızda söylədiyimiz bir yalanla qarşılaşarıq. Təbii ki, yenə eyni keçmişdə gerçəkləri söylədiyimiz vəziyyətlərlə də qarşılaşarıq. Kimsə bu keçmişində daha çox yalan danışdığını, kim isə daha çox gerçəkləri söylədiyini deyə bilər. Bu səbəbdən də hər birimizin həm yalanlı, həm də dürüst bir şəxsiyyətimizin olduğunu söyləyə bilərik. Zamanı gəldiyində şəxsiyyətimiz uyğun olan davranışı bir daha ortaya qoya bilər.
Belə ki, adətən insan özünü fiziki və ya psixoloji təhlükədən qorumaq üçün yalan danışmalı olur. Amma bir də patoloji yalançılıq da var ki, bu psixoloji pozğunluğun təzahürüdür.
İstərsə də psixoloji pozğunluqla ortaya çıxan yalan danışmanın ən çox qarşılaşılan səbəblərini bu şəkildə sıralayır:
Məşhurluq və bəyənilmək istəyi:
Yalnız digərləri tərəfindən bəyənildiyi, sevildiyi təqdirdə qiymətli olduğu inancı vardır. Bu dəyəri əldə etmək, ya da itirməmək üçün marağı özünə çəkən yalanlar deyər.
İdarə istəyi:
İstəklərinə və hədəflərinə çatmaq üçün digər insanlara nəzarət etmə ehtiyacı ilə yalan danışar.
Öz güvən əskikliyi:
Özündə qəbul etdiyi bir əskikliyi, ya da pis olaraq gördüyü bir xüsusiyyətini gizləmək üçün yalan danışar. Bu "əskik" və ya "pis" istiqamətlərinin aşkar olunacağı təqdirdə rədd ediləcəyi, sevilməyəcəyi inancı vardır.
Səhvləri gizləmə istəyi:
Edilən ən kiçik səhvinin belə ətrafdakılar tərəfindən müvəffəqiyyətsiz olduğu şəklində qəbul ediləcəyi inancı vardır. Müvəffəqiyyətli, güclü etiketinə sahib olma, ya da bu etiketləri itirməmək üçün yalan danışar.
Birinin yalan danışdığı necə bilmək olar?
Xoş niyyətliyalanlardan patoloji yalanlara qədər, insanlar müəyyən bir səbəbdən yalan danışarlar. Bu nöqtədə, ağılımıza gələn bir sual da bizim bu yalanları fərq etməmiz, ətrafımızdakıların nə vaxt yalan danışdıqlarını anlamamızın mümkünlüyüdür.
Birinin yalan danışdığının qəti bir yolu olmasa da yalan danışanlarda, ümumiyyətlə hiss olunan bəzi işarələr vardır. Bu işarələri də bu şəkildə sıralaya bilərik:
Danışma şəkli:
Yüksək tonlarda danışma, kəkələmə, tez-tez boğazını təmizləmə, dayanma, dil dolaşmaları və "eeee", "şey" kimi sözlər istifadə etməsi...
Sualları təkrarlama:
Yalanı düzüb qoşmağa zaman qazanmaq üçün suala cavab vermək yerinə sualı təkrar etmənizi istər.
İnkar:
Yayınan bir şəkildə, qarşısındakını günahlandırmağa çalışan və yalan danışmadığına razı salmağa çalışan, davranışları...
Mövzunu ya da hekayəni dəyişdirmə:
Yalan danışdığı mövzularla əlaqədar danışılarkən sürətlə mövzunu dəyişdirmə səyi...
Ayrıca izah etdikləri hekayədə əskikliklər və bir-biriylə ziddiyyət təşkil edən ifadələr olar.
Əgər bu kimi işarələr diqqətinizi çəksə yalan danışdığını düşündüyünüz adama mövzuyla əlaqədar suallar verə bilər və bir-birini tutmayan detalları araşdıra bilərsiniz.
Tarix: 27.04.2015 / 12:16 Müəllif: Aziza Baxılıb: 221 Bölmə: Ümumi Psixologiya