Adətən eyni ailədə böyüyən uşaqların fərqli xasiyyətdə olması ilə bağlı çox danışılır.
Tək uşaq olanlar – Çox hərəkətli, işləri yönləndirən, yaxşı təşkilatçılıq qabiliyyətinə sahib, diqqətcil və ətrafındakılara inam hissi bəxş edən olurlar. Məsuliyyəti çox sevirlər. Diqqət və qayğıya möhtacdırlar, günahlarını etiraf etməyi və müzakirə olunmağı sevmirlər. Həssasdırlar, tez inciyirlər.
Ailənin ilk uşaqları - Onlarda liderlik xüsusiyyətləri çox olur. Fədakardırlar. Hər şeyi nəzarətdə saxlamaq üçün fərqli metodlardan istifadə edirlər. Əsasən duyğularıyla hərəkət edirlər. Adətən qüsursuzdurlar. Detallara xüsusi fikir verirlər. Təşkilatçı və bacarıqlıdırlar. Bəzi şeyləri ilk dəfə etməyi xoşlayırlar. Sürprizləri sevmirlər. Xasiyyətləri tez-tez dəyişən və küsəyəndirlər. Məsləhəti sevmirlər. Bəzən "Hər şeyi mən özüm bilirəm” ab-havasında olurlar. Özlərinə inandıqları qədər başqalarına inanmırlar.
Ortancıl uşaqlar – Münasibət qurmaqda ustadırlar. İnsanların hər şeydən razı qalmasına çalışırlar. Sakit, həlim xasiyyətlidirlər və qarşısındakını diqqətlə dinləyirlər. Problemə hər iki aspektdən yanaşmağı sevirlər. Hamını xoşbəxt görmək arzusundadırlar. Hər kəsin onlardan xoşu gəlməsinə çalışırlar. Bəzən sərhədləri düzgün müəyyən edə bilmirlər. Doğru qərarlar qəbul etməkdə çətinlik çəkirlər. Başqalarının səhvlərinə görə özlərini günahkar bilirlər.
Ailənin kiçik uşaqları – Güclü insanlara xas olan bütün xüsusiyyətlərə sahibdirlər. Əyləncəyə, insanlarla ünsiyyətə meyillidirlər. Getdikləri yerlərdə özlərini evlərindəki kimi hiss edirlər. Ətrafındakılara müsbət enerji ötürən, riskə getməkdən qorxmayandırlar. Bir qədər özlərini düşünəndirlər. Münasibətlərində reallığa uyğun gəlməyən gözləntiləri səbəbindən adətən uğursuz olurlar. Bu səbəbdən əlaqələri uzun müddət davam etmir.
Tarix: 27.04.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 369 Bölmə: Ümumi Psixologiya