Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Motivasiya nədir?
Motivasiya nədir?

İnsanların hədəflərinə necə çatdıqları ilə heç maraqlanmısız?

Bill Geyts kimi sıfırdan böyük şirkətlər quranları, inadkar idmançıları, unudulmaz kəşflərə imza atan onlarla insan tanıyırıq. Bunu necə edirlər? Onları bizdən ayıran nədir?

Ən yuxarıya doğru irəliləmək və hədəfinizə çatmaq üçün belə bir israra sahib olmaq istəyirsiniz? Bunun üçün güclü bir motivasiyaya ehtiyac var. Bəs bu motivasiya nədir?

Motivasiya ən sadə mənası ilə "bir şeyləri etmə arzusu"dur. Motivasiya hərəkətə başlamanız üçün bir qüvvədir. Susadığınızda suya uzanmaq, görünmək üçün gözəl paltarlar almaq, məlumat əldə etmək üçün kitab oxumaq motivasiya sayəsində olur. "Motivləşdirmə" latın sözü olub "sövqetmə", "oyatmaq" mənası verir. İlk dəfə bu termini A.Şopenqauer öz məqaləsində işlətmişdir.

Motivasiyanın üç əsas hissəsi vardır:

Hərəkətə keçmə (aktivasiya)

Davamlılıq (israr)

Sıxlıq (məşğulluq)

Hərəkətə keçmə (aktivasiya) bir davranışı başlama qərarını bildirir. Məsələn, riyaziyyat fənni ilə məşğul olmaq üçün bir riyaziyyat kursuna hazırlığına yazılmaq....


Davamlılıq (israr) mane ortaya çıxsa da, hədəfə çatmaq üçün səy göstərməyə davam etməkdir. Psixologiya nümunəsindən bir misal gətirək, Universitetə daxil olmaq üçün daha çox zaman və enerji sərf etmək lazımdır.

Son olaraq, sıxlıq (məşğulluq) hədəfi nə qədər coşğulu və güclü olduğunuzdur. Məsələn, bir şagird çox enerji sərf etmədən, başqa biri dərslərdəki müzakirələrə qatılaraq, dərs xaricində araşdırma imkanlarını istifadə edərək, hədəfə nə qədər yaxın getdiyini göstərir.

Motivasiya əsas 2 yerdən ilham alır: daxili və xarici motivasiya

Daxili motivasiya insanın daxilindən qaynaqlanır, şəxsin işindən məmnun olması, həz alması, özü-özünü motivləşdirməsi, düşüncə və davranışlarının cəmini təşkil edir.

Xarici motivasiya insanın ətrafı, çevrəsi və onu daim ruhlandıran insanlardır.


Tarix: 27.04.2015 / 11:58 Müəllif: Aziza Baxılıb: 197 Bölmə: Ümumi Psixologiya
loading...