Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Söyüş söyməyin sağlamlığa xeyir olduğunu bilirdinizmi?

Söyüş söymək sağlamlığa xeyirdi

Söyüş söyməyin ruh sağlığına qatdığı müsbət təsir elmi cəhətdən təstiqlənib.

Bildiyimiz kimi, söyüş söymək kiçik əsəb partlayışlarının nəticəsidir. Hər birimizin söyüş söyən bir tanışı, yaxını mütləq vardır. Elmi araşdırmalar da söyüş söyməyin dərdi, qəmi azaltdığını göstərir. Buna rəğmən söyüş söyməyin insanın hər şeydən öncə, özünə qarşı etdiyi hörmətsizlikdir.

Söyüş söymək dərdinizi yüngülləşdirir

İngiltərənin Keele Universitetindən Richard Stephen, 67 tələbəylə apardığı qəribə təcrübədə öncə əllərini buz kimi soyuq suda saxlayan tələbələrə söyməyə izin verilib. İkinci dəfə söyüşlü danışmaq qadağan edilib. Söyən tələbələrin soyuq suda 40 saniyə daha çox dözdüyü aşkarlanıb.

Söyüş söymək insanı güclü hiss etdirir

Stephensın çalışmaları, söyüş söyməyin təcavüzkar davranışları artırdığını güstərib. Bu cür davranışlarsa insanı olduğundan daha güclü göstərir.

Söyüş söymək şəxsin elmsiz axmaq olması anlamına gəlməz

Richard Stephensın çalışmasına görə, söyməyin zəkayla birbaşa əlaqəsi yoxdur. Yəni söyən insanlar düşünüldüyü kimi cahil olmaya bilər.

Söyüş söymək çətinliklərə sinə gərmək üçün əla üsuldu

Yuxarıda da bəhs etdiyimiz kimi, söymək canınızı sıxan bir çox məqamlarla başa çıxmaq üçün qalxan-dəbilqə rolunu oynayır.

söyüşlü filmlər daha çox izlənilir

Sidney Universitetində Monika Bednarek Amerikada hit olan bir çox filmin niyə bu qədər izləndiyini araşdırıb. Monika Bednareke görə bunun səbəbi, insanların həmin filmlərdə özlərindən daha artıq şey tapması idi. Həmin filmlərin hər bölümündə ortalama 100 dəfə söyüş söyülür.

Söyüşlü danışıqlar sizin nə qədər səmimi olduğunuzu göstərir

Adətən dostlarımızla, çox yaxın olduğumuz yaşıdlarımıza səslənərkən, onlar haqqında danışarkən “pəzəvəng” ,“bic” “ibnə” və bu qəbildən olan sözlərdən istifadə etməyimiz aradakı səmimiyyəti göstəricisidir.

Söyüş şəxsin özünü ifadəetmə şəkillərindən biridir

35 ilini söyüş söyülməklə bağlı çalışmalarla keçirən psixoloq Timothy Jaya görə, söyüş, şəxsin özünü ifadəetmə formalarından birisidir. Əsəbiliyini, xoşbəxtliyini, təəccübünü, əyləndiyini və sairi ifadə etdiyi bir yöntəmdir.

Söyüşlü ifadələr demək istədiyiniz əsas fikri vurğulamanıza kömək edir

Bəzən şirin dillə danışmaq ətrafdakıların bizi ciddiyə almamasına səbəb olur. Bir şəkildə əsəbimizi göstərmək və dediyiniz fikrin önəmini diqqətə çatdırmaq üçün söyüşdən istifadə etməyə məcbur qalırıq.
1. Söyməyin!

2. Söyəcəksənizsə bir az yaradıcı olun!


Tarix: 08.02.2015 / 14:59 Müəllif: ADMIN Baxılıb: 215 Bölmə: Ümumi Psixologiya
loading...