beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dil xərçəngi

Əvvəlki mövzularda sizlərə dəri xərçəngi, qan xərçəngi, ağciyər xərçəngi, süd vəzi xərçəngi, düz bağırsaq xərçəngi,qaraciyər xərçəngi, yoğun bağırsaq xərçəngi haqqında məlumat vermişdik. İndi isə dil xərçəngi haqqında bəzi məlumatları sizlərə çatdıracayıq. Statistik məlumatlara əsasən, baş və boynun bəd xassəli şişləri VI yerdə olub, aqressiv gedişi ilə xarakterizə olunur. Bu qrupa həmçinin dil xərçəngi də aiddir. Dildə xərçəng ən çox dişlər tərəfindən mexaniki zədəyə məruz qalan hissələrində meydana çıxır. Ən çox dilin skvamoz-hüceyrəli karsinomasına rast gəlinir.


Dil xərçənginin simptomları:

- dilin üzərində sağalmayan ağ və qırmızı ləkələr, xoralar

- daima qıcıqlanan boğaz

- udqunma zamanı ağrı

- dilin qanaması

- bəzən qulaqda ağrı

Dil xərçəngində ağrı çox gec meydana çıxır və pasientlər bunu adətən, diş və ya damaq ağrısı ilə əlaqələndirirlər. Ağrı miqrasiya edir: dildə, ağız boşluğunda, qulaq, gicgah və ənsədə. Gec mərhələlərdə ağız suyunun ifrazı çoxalır və ağızdan xoşagəlməz iy gəlir. Dil xərçəngi 5-10% hallarda ağciyər, qaraciyər və baş beynə metastaz verir.

Risk faktoruna spirtli içkilər və siqaret daxildir.


Diaqnostika: baxış, sitoloji müayinə, biopsiya, KT, MRT.

Müalicə mərhələdən asılı olaraq aparılır: kimya və radioterapiyası, cərrahi və bərpaedici müalicə.


Proqnoz da o cümlədən, mərhələ, metastazların olmasından və pasientin sağlamlıq vəziyyətindən asılıdır. Erkən diaqnostika və düzgün aparılan müalicə şansı artıraraq yaşam müddətini uzadır.


Tarix: 24.12.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 967 Bölmə: Xərçəng