Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qida borusu şişləri

Qida borusunun yastıhüceyrəli xərçəngi əsasən qələvi məhlulların qəbulu nəticəsində qida borusunun daralması ilə əlaqədar olaraq, axalaziya, qida borusu membranı baş və boyun nahiyəsində yastıhüceylərli xərçəng, spirtli içki və siqaretdən istifadə nəticəsində meydana çıxır. Risk qrupuna o cümlədən çox qaynar qida və içki sevənlər, xırda sümüklü balıq, sərt soyuq ət, eyni tipli qidalanmaya üstünlük verib, meyvə tərəvəzi az qəbul edən şəxslər aiddir.

Qida borusu xərçənginin yaranmasının digər risk faktorları konserogen maddələrlə sistematik kontakt, xroniki şüalanma, qida borusu selikli qişasının normadan artıq mexaniki, termiki və kimyəvi təsirə məruz qalması, qida borusunun diafraqma yırtığı, reflüks-ezofagitdir. Demək olar ki, bütün hallarda qida borusunun ilkin adenokarsinoması Berret metaplaziyasından əmələ gəlir.

Qida borusunun mexaniki tutulmasını limfoma, leomiosarkoma və ya metastatik xərçəng yarada bilər. Disfagiyanın daha ciddi səbəbi bədxassəli şişlərdir və bunlar tədricən yaranaraq, bərk qida qəbulu zamanı udqunmada çətinlik törədir və bədən kütləsinin azalmasına səbəb olur.

Qida borusu xərçəngi özünü pasientlərin 70%-də disfagiya, 20%-də udqunma zamanı ağrı, 55%-də isə arıqlama ilə göstərir. Öskürək, səsin xırıltılı olması, döş qəfəsində ağrı az hallarda müşahidə olunur, lakin bu şişin daha uzaq məsafələrə yayıldığını göstərir.

Leyomioma, qida borusunun ən çox rast gəlinən xoşxassəli şişidir. Leyomioma çoxsaylı da ola bilər və əsasən, proqnozu yaxşıdır. Diaqnostikada rentgenoloji müayinə, biopsiya ilə birgə endoskopiya, sitoloji müayinə əsas rol oynayır.

Kimyəvi terapiya bəzi xəstələrin ömrünü uzada bilər. Əgər cərrahi müalicə mümkündürsə, bu halda xəstənin vəziyyəti yaxşılaşa bilər. Yastıhüceyrəli xərçəng həm cərrahi, həm də şüa terapiyası tətbiq etməklə, adenokarsinomanı isə yalnız cərrahi yolla müalicə edilir. Bundan başqa, palliativ üsullardan da istifadə olunur.


Tarix: 24.12.2014 / 16:14 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Xərçəng
loading...