beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəng xəstəsi britaniyalı qadının uşaqlığı özünün icazəsi olmadan məcburi surətdə çıxarılacaq

Xərçəng xəstəsi britaniyalı qadının uşaqlığı özünün icazəsi olmadan məcburi surətdə çıxarılacaq. Məlumatı The Daily Telegraph yayıb. Bu barədə qərarı, ruhi xəstələrin maraqlarının qorunması ilə məşğul olan Böyük Britaniya Hamilik məhkəməsinin ailəvi işlər üzrə şöbəsinin sədri Nikolas Voll (Nicholas Wall) vermişdir.
Məhkəmə, uşaqlıq xərçəngindən başqa həmçinin, öyrənmə qabiliyyətinin inkişaf pozğunluğundan əziyyət çəkən 55 yaşlı qadınının cərrahi əməliyyat barədə düzgün qərar verə bilmək iqtidarında olmadığını təsdiqləmişdir. Deyilənə görə, qadın əvvəlcə şişin cərrahi müalicəsinə razılıq vermiş, sonra isə fikrini dəyişmiş və bunu həkimlərdən və iynədən qorxması ilə izah etmişdir.
Psixi pozğunluğun mövcudluğunu nəzərə alaraq və həmçinin, uyğun müalicə almadıqda onkoloji xəstəliyin pasiyentin həyatı üçün təhlükə törədəcəyini nəzərə alaraq, məhkəmə uşaqlığın, uşaqlıq borularının və yumurtalıqların məcburi olaraq çıxarılması hökmünü vermişdir. Xəstənin tibb müəssisəsini tərk edə bilməməsi üçün həm cərrahi əməliyyatdan əvvəl, həm də sonra həkimlərin ona fiziki zor tətbiq etməsinə və yuxugətirici preparatlardan istifadəyə icazə verilmişdir.
Hamilik məhkəməsinin qərarı britaniya ictimaiyyətində birmənalı qarşılanmayıb. Bəzi hüquq müdafiəçiləri bu qərardan duyduqları narazılığı bildirib və hər hansı bir müalicə növünün zorla icra edilməsinin hüquq normalarının pozulması kimi qəbul etdiklərini bəyan etmişlər.
Elm və texnologiyalar üzrə parlament komitəsinin keçmiş üzvü Evan Harris öz növbəsində bildirmişdir ki, bir çox əmək qabiliyyətindən məhrum britaniyalı, o cümlədən alkoqolizm, narkomaniya, psixi pozğunluqlar və bu kimi digər xəstəliklərdən əziyyət çəkən bir çox şəxs gündəlik olaraq məcburi müalicə alır. Onun sözlərinə görə, xərçəng, psixi pozğunluq və həkimlərin ehtiyatlı davranması kimi faktorların üçü birlikdə eyni xəstədə çox az rast gəlinən bir hal olsa da, həkimlik etikasında diqqət edilməsi vacib olan məsələlərdəndir.


Tarix: 07.01.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Xərçəng