Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

imus şişləri

Timus ya çəngələbənzər vəzi 2 paydan ibarət olub, döş sümüyünün yuxarı arxa hissəsində yerləşir. Timus vəzidə immun sistemin T hüceyrələrinin yaranması və differensasiyası baş verir. Timus şişləri aşağıdakılara bölünür.

Spesifik şişlər, timus vəzinin öz hüceyrələrindən yaranan, bunlara timoma və xərçəng aiddir.

Spesifik olmayan şişlər: bunlara limfoma, sarkoma, teratoma, fibroma, lipoma, neyroendokrin mənşəli şişlər aiddir.

Divararalığının ən çox rast gəlinən və bu nahiyədə bütün törəmələrin 10-20%- ni təşkil edən şiş timomadır. Timoma, adətən 50 yaşdan sonra əmələ gəlir, lakin kənaraçıxmalar da ola bilər. Kişilər və qadınlar eyni dərəcədə xəstələnirlər. Xoşxassəli şiş ətraf toxumaları zədələmir, lakin bədxassəli şiş ətraf toxumalar da sirayət edir. Xəstəlik simptomsuz keçir, şiş təsadüfən döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi zamanı aşkarlanır.

Simptomlar şiş yaxın orqanlara və plevral boşluğa sirayət edəndə meydana çıxmağa başlayır. Əlamətlər isə öskürək, təngnəfəslik, udqunmanın pozulması, çeçələmə, döş qəfəsində ağrıdır. Timoma nadir halda metastaz verir.

Diaqnoz klinik əlamətlər, o cümlədən miasteniya, döş qəfəsinin rentgenoqramması, KT, MRT müayinələrinin nəticəsində qoyulur.

Müalicə cərrahi yolladır, radioloji və kimya terapiyasının tətbiqi də mümkündür.

Timoma, limfoma, herminogen şişlərin müalicəsi tamamilə fərqlənir, ona görə də dəqiq histoloji diaqnoz qoyulduqdan sonra müalicəyə başlanılmalıdır.

Proqnoz isə timomanın növündən asılı olaraq dəyişir, belə ki, epitelial timomalar zamanı proqnoz yaxşı deyil, nəinki iyhüceyli timomalar.


Tarix: 24.12.2014 / 16:13 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Xərçəng
loading...