beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumurtalıq xərçəngi

Yumurtalıq xərçəngi bədxassəli şişlərə aid olub, yumurtalıq toxumasından əmələ gəlir. Qadınlarda iki yumurtalıq olur, hər biri çanağın bir tərəfində yerləşir. Statistikaya görə, hər 70 qadından biri yumurtalıq xərçənginə tutulur. Bu əsasən, 50 yaşdan sonra baş verir, lakin son zamanlar bu xəstəlik də "cavanlaşıb". Yumurtalar yumurta hüceyrə və hormon sintez edirlər: estrogen və progesteron. Yumurtalıqlar epitel qatla örtülü olur ki, şişlərin də əksəriyyəti məhz bu qatdan əmələ gəlir.

Bütün digər bədxassəli şişlərdə olduğu kimi, yumurtalıq xərçənginin də əsas səbəbləri tam öyrənilməyib. Statistik məlumatlara əsasən, aşağıdakılar risk faktoru kimi göstərilir:

- İrsi faktor: ailədə yumurtalıq xərçəngindən əziyyət çəkən qadın varsa və bu çox yaxın qohum, məsələn ana, bacıdırsa, bu zaman risk daha da artır.

- Uşaq doğmayan qadınlarda xəstəliyə tutulma riski daha yüksəkdir, nəinki doğan qadınlarda. Lakin kontraseptiv hormonal preparat qəbul edən qadınlar istisna təşkil edir.

- Yaş faktoru: əsasən, 50 yaşdan sonrakı qadınlar xəstələnirlər, pik nöqtə isə 60 yaşa düşür.

- İndividual tibbi anamnez: süd vəzi xərçəngindən əziyyət çəkən qadınlar da risk qrupuna aiddir.

Təəssüflə qeyd etmək lazımdır ki, yalnız 30-35% qadın yumurtalıq xərçəngi diaqnozundan təsdiqləndikdən sonra cəmi 5 il yaşayır. Səbəbi isə erkən mərhələlərdə heç bir simptomun olmamasıdır. Xəstəliyin diaqnozu adətən, artıq müalicəyə tabe olmayan vaxtda qoyulur, bu zaman da artıq gec olur. Lakin buna baxmayaraq tibbi tədqiqatlarla sübut olunub ki, simptomlar mövcuddur: qarın boşluğu nahiyəsində narahatçılıq və ağrı, ürək bulanma, qarnın köpməsi, halsızlıq, kürəyin və qarnın aşağı hissəsində ağrı. Yəni ki, bir çox xəstəlikdə müşahidə olunan simptomlardır. Lakin yumurtalıq xərçəngində bu simptomlar epizodik olaraq deyil, daimi olaraq özünü göstərir və 90-95% erkən yumurtalıq xərçəngi diaqnozu qoyulan hallarda bu simptomların biri də olsa müşahidə olunur. Ancaq çox zaman qadınlar bunu yumurtalıq iltihabı ilə əlaqələndirirlər. Buna görə də həkimə müraciət etməyin ilkin səbəbi qarnın böyüməsi olur. Qarnın böyüməsi isə şişin qarın boşluğuna yayılması, piyliyin zədələnməsi və bununla bağlı mayenin toplanması nəticəsində meydana çıxır.

Yumurtalıq xərçənginin diaqnoz və müalicəsi:

Diaqnoz: ginekoloji müayinə, transvaginal USM, qanda onkomarkerlərin CA-125-in yoxlanılması. Şiş tapıldıqda PET müayinə aparılır ki, şişin nə dərəcədə yayılması və metastazları aşkarlasın.

Müalicə: mərhələ, yaş, xəstənin ümumi vəziyyəti və şişin növündən asılıdır. Əsas müalicə üsulu cərrahi əməliyyat və kimya terapiyasıdır.

Proqnoz: bu xəstəlik zamanı yaxşı deyil, xəstəliyin ilkin mərhələsində 5 il yaşama 80% təşkil edir, lakin ən birinci mərhələdə (yalnız bir yumurtalıq zədələnib və digər orqanlara yayılmayıbsa),bu zaman göstərici 95% ə qədər yüksəlmiş olur. Üçüncü və dördüncü mərhələlərdə isə 5 il yaşama 25-30% təşkil edir.

Yumurtalıq xərçəngi zamanı ölümə səbəb assit, bağırsaq keçməzliyinin pozulması, orqanizmin üzülməsi halıdır. Ölümə həmçinin uzaq metastazlar olan sümük, ağciyər və baş beynin metastazları səbəb ola bilər.

Erkən mərhələdə qoyulan diaqnoz zamanı proqnoz daha yaxşıdır. Məhz buna görə də qadınlar ,xüsusilə də 50 yaşdan sonrakı xanımlar mütləq planlı şəkildə ginekoloqun müayinəsindən keçməlidirlər.


Tarix: 24.12.2014 / 16:21 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Xərçəng