beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd vəzisi xərçəngi əleyhinə profilaktik vaksin hazırlanmışdır

The Times ’ın yaydığı məlumata görə, amerikan alimləri siçanlar üzərindəki müşahidələrdə əhəmiyyətli profilaktik təsir göstərən vaksin hazırlamışlar. Premaratın insanlar üzərində klinik sınaqlarına iki ildən gec olmayaraq başlanılacaq. Tədqiqat haqqında ətraflı məlumat Nature jurnalında dərc edilmişdir.
Bir qayda olaraq, şiş əleyhinə vaksin hazırlanmasını çətinləşdirən odur ki, xərçəng hüceyrələrinin antigenləri orqanizm üçün yad deyil və həmin orqanizmin öz immun sistemi bu hüceyrələrə hücum etmir.
Yel və Klivlend universitetləri və Lerner tədqiqat institutunun alimləri vaksini hazırlayarkən antigen olaraq α-laktalbumin zülalını seçmişlər. Bu zülal süd vəzisi xərçəngi hüceyrələri tərəfindən və həmçinin, südvermə dövründə süd vəzisinin normal epitelində çoxlu miqdarda sintez olunur. Buna görə, preparat südverməyə hazırlıq və ya südvermə dövründə əks göstərişdir.
Təcrübə əsnasında gen mühəndisliyi üsulları ilə süd vəzisi xərçənginə meylliliyi süni surətdə artırılmış siçanlara tərkibində adyuvantlı (immun cavabı gücləndirən maddə) α-laktalbumin olan preparat yeridilmiş və eyni sayda heyvanlara (kontrol qrupu) da plasebo verilmişdir.
İnyeksiyadan sonrakı 10 ay ərzində kontrol qrupundakı bütün siçanlarda süd vəzisi xərçəngi inkişaf etmişdir. Vaksinlənmiş heyvanlarda isə heç bir şiş əlaməti müşahidə olunmamışdır.
Tədqiqatın rəhbəri Vinsent Tuohinin (Vincent Tuohy) dediyinə görə, yeni vaksin ilə 40 yaşdan yuxarı qadınların peyvənd edilməsi planlaşdırılır. Məhz bu yaş dövründə uşağı südlə bəsləmə ehtimalı azalır, süd vəzisi xərçənginin inkişaf riski isə artır.
“Bizim fikrimizcə, süd vəzisi xərçəngi – tamamilə qarşısı alına bilən bir xəstəlikdir”, – deyə Tuohi bəyan etmişdir.


Tarix: 07.01.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Xərçəng