beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəng xəstələrinin psixoloji xüsusiyyətləri

Xərçəng xəstələrinin psixoloji xüsusiyyətləri: Xərçənglə üzləşmək Xərçəng xəstələri üçün xəstəliklərini ilk öyrəndikləri andan müalicənin qurtarmasına qədər olan proses özü ilə bərabər psixoloji problemləri də gətirir. Yaşanan narahatlıqlar (həyəcan) və müalicənin əks təsirinin (mənfi təsirinin) yaratdığı problemlər bu prosesi daha da çətinləşdirir. Ancaq bu nöqtədə həm xəstələrin, həm də xəstə yaxınlarının şüurlu olması xəstəliklə mübarizə aparmağı asanlaşdırır. Klinik psixoloq Aslıhan Kurtun verdiyi məlumata görə xəstələr kemoterapiyaya başladıqlarında nə yaşayacaqlarını bilmədikləri üçün qeyri-müəyyənlik halında olur. Çünki xəstələrə nə qədər məlumat verilsə, əks təsirlərin nələr olacağı ilə bağlı fikirlər yaşayırlar. İlk şok isə diaqnoz mərhələsində yaşanır. Xəstə ,,Niyə mən?” sualını verir Xəstə əvvəlllər əstəliyinə inanmır. Diaqnozu eşitdiyi vaxt öz-özünə ,,Niyə mən?”, ,,Mən indi nə edəcəyəm, öləcəyəmmi?” kimi suallar verir. Yata bilmir, iştahı kəsilir, işinə qapanır və yalnız qalmaq istəyir. Nəzarət hissini itirir. Müalicə prosesi başlayana qədər, yəni ilk şoku üstələyib müalicə planı çıxana qədər xəstələr əksər zamanlarda bu tip reaksiyalar verməyə davam edirlər. Xəstə fiziki dəyişikliklərlə mübarizə aparmağa çalışır Müalicələrin bir sıra əks təsirləri olur. Bu mənfi təsirlər xəstənin bədən tərzini (imicini) və özümlülük qavramını pozacaq tipdə olduğu üçün (məsələn, saç töülməsi), xəstə bir tərəfdən bu ,,qəbuletmə” prosesini yaşayarkən, bir tərəfdən də bu mənfi təsirlərlə bağlı dəyişikliklərə qarşı mübarizə etməyə çalışır. Bununla bağlı müalicələrinin hər mərhələsində hisslərini ifadə etmələri ilə bağlı cəsarət verilməlidir. Həmçinin ətrafdakılardan alcağı dəstək, kömək də vacib olduğundan, xəstəyə bu tipli narahatlıqlarını yaxınları ilə bölüşməsinin vacib olduğu vurğulanmalıdır. Şəxs ətrafdakılarla bunu nə qədər bölüşərsə, həm həqiqəti qəbul etməsi, həm də onlardan alacağı dəstəklə xəstəliklə mübarizə etməsi asanlaşır. Müalicə prosesinə təsir edən faktorlar Xəstə müalicə prosesini necə keçirdiyi, xəstəliyin nə olduğu, hansı mərhələdə olduğu, xəstənin yaşı, cinsi, sosial dəstəyinin kifayət edib-etməməsi, keçmişdəki mübarizə aparma bacarıqları, psixiyatrik keçmişin olması və ağrısının nəzarəti ilə yaxından əlaqəlidir. Xəstənin keçmişdə yaşadığı digər stressli hadisələr, məsələn, itkilər və ya ailədə xərçəng xəstəliyinin olması vacibdir. Xəstələrin verdiyi reaksiyalarda fərqli olur Xəstələrin verdiyi reaksiyalar diaqnoz, müalicə və təkrarlanma dövründə fərqli olur. Yəni bunu bir proses kimi nəzərdən keçirmək lazımdır. Diaqnoz mərhələsində şok olan şəxs müəyyən dövrlərdə sağlam insanlara qarşı aqressiv ola bilər.Müalicə prosesi başladığında yaxşılaşmağı ilə bağlı özünü və ətrafdakıları sorğu-suala tuta bilər. Təkrarlama vəziyyətində intensiv müalicə prisesindən çıxdığı üçün özünü yorğun, gər şeyə yenidən başlamış kimi hiss edib ,,Bu mənim bədənimdir, artıq müalicə istəmirəm” kimi reaksiyalar verə bilər. Bu uzun və əziyyətli prosesin sonunda təkrarlanma xəbəri şəxsdə ikinci şok yaradır ki, əksər xəstələr bu nöqtədə ağır reaksiyalar verib depressiyaya düşə bilər. Xəstədən həqiqət gizlədilməməlidir Bəzən ailələr müdaxiləedici olub xəstəyə diaqnozu söyləmirlər. Bu narahatlıq yaradan bir mövzudur. Hər xəstənin özü ilə bağlı hıəqiqəti bilmə haqqı var.Xəstə ancaq belə bir vəziyyətdə öz məsiliyyətini dərk edərək müalicənin bir hissəsi olur. Xəstəliyin hər mərhələsində xəstələrin başa düşüldüklərini hiss etdikləri, hisslərini rahatlıqla ifadə edə biləcələri mühitə ehtiyyacları var. Bu prosesdə xəstələrə ehtiyyacları olan psixoloji dəstəyi təmin edən müalicəyə uyğunlaşmaqları artır.


Tarix: 22.08.2012 / 02:01 Müəllif: [Ram] Baxılıb: 861 Bölmə: Xərçəng