beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədə xərçəngi

Əvvəl ümumi zəiflik,iştahın azalması,arıqlama,anemiya,psixi depressiya meydana çıxır.Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir.Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər.İlk şikayətlər enterokardia tipli agrılar olur.Proses diafraqma və plevraa keçdikdə təkrarlanır.Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş

Simptomları
Mədə xərçənginin gedişi şiş prosesinin mədə divarına,başqa orqanlara aılmasından və metastazın xarakterindən asılıdır.

Diaqnoz
mədə xərçəngiBaşlıca olaraq rentgenoloji müayinəyə və qastroduodenoskopiaya əsaslanır.
Qastroskopiya şişin xarakterini onun lokalizasiyasını böyümə formasını yayılmasını təyin etmeyə imkan verir.Həm də bu zaman biopsiya üçün material almaq imkan olur.Şişin dağılması və mədə qanaxmaları hallarında laborator müainə zamanı mədə xərçəngi olan xəstələrdə anemiya müşahidə edilir.Buna görə nəcisin gizli qan sınağına reaksia(+) olur.EÇS 50-70 mm/saata qədər artır,mədə şirəsində xlorid turşusu olmur.

Mədə xərçənginin müalicəsi
Mədə xərçəngi zamanı yeganə və effektif metod cərrahi müdaxilədir.Bundan başqa müxtəlif,müasir şiş əleyhinə dərmanlar metastaz prosesinin qaeşısını almaq üçün istifadə olunur.Həmçinin şüa müalicəsi tətbiq olunur
Operativ metod tətbiq edilə bilməyən mədə xərçəngi zamanı düzgün qidalanma vacib rol oynayır:gündə 4 dəfə az hissələrlə qida qəbulu və pis qidalardan imtina.Qusma zamanı mədə və 12 barmaq bağırsağın motorikasını nizama salan preparatlar,ağrılarda isə-narkotik və qeri-narkotik ağrıkəsici maddələr təyin edilir

Profilaktika
Mədə xərçənginin profilaktikasında xərçəngönü xəstəlikləri xüsusəndə sekretor çatmamazlıqlarla gedən xroniki və atrofik qastriti vaxtında müalicə etmək lazimdır.belə xəstələr ildə 2 dəfə qastroskopik müayinədən keçməlidir.Düzgün qidalanma rejimi siqaret və alkoqoldan imtina etmelidir.Mədədə polip olduqda onlar cərrahi yolla çıxardılır.Mədənin kallyoz xorası olan xəstələrə xüsusi müşahidə tələb olunur.Əgər çapiqlaşma prosesi getmirsə belə xəstələr mütləq cərrahi yolla müalicə olunmalıdır.


Tarix: 24.12.2014 / 16:13 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Xərçəng