beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəngin qarşısını alan meyvələr

Xərçəng əsrin ən bəlalı xəstəliklərindən biri hesab edilir. Tibb gündən-günə inkişaf etsə də bu xəstəliyin bəzi növlərinin müalicəsi hələ də mümkün olmayıb. Ancaq xəstəliyə tutulmağın qarşısını almaq üçün sağlam qidalanma, təmizliyə riayət, siqaretdən uzaq durmaq, aktiv həyat tərzi kimi müəyyən sadə vasitələr var. Müəyyən qidalar xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, xəstəlik riskini bir neçə dəfə azaldır.

Alma - xərçəngin müalicəsinə, ondan qorunmaqda, allergiya və ürək-damar xəstəliklərində faydalıdır. Gündə qabıqlı şəkildə 2 alma yeyilməlidir.

Nar - son araşdırmalar bu meyvənin xərçəng maddələri verilən siçanların genlərində 30 faizlik sağalma göstərdiyini ortaya çıxarıb. Xolestrol və şəkəri tənzimləyir, ürəyi qoruyur. Bunun üçün gündə ən azı 1 stəkan təzə nar suyu və ya 2 nar qəbul edilməlidir.

Qara üzüm - son 10 ildə aparılan araşdırmalar meyvənin xərçənglə mübarizəsində əhəmiyyətli rolunu müəyyən edib. Bundan əlavə ürək damar xəstəliklərindən də qoruyur. Gündə 1-2 salxım qəbul edilə bilər.

Böyürtkən - tərkibindəki maddələr xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Onun yarpaqlarını çay şəklində dəmləyib içmək olar.

meyvələr

Qaragilə- bədəni xərçəngən qoruyan maddələri aktivləşdirir, xəstəliyə tutulma riskini azaldır. Qandakı xolestrol miqdarını salaraq infarkt riskini salır.

Gilas - xərçəngin yaranmasına və inkişafına mane olur. Xüsusilə süd vəzi, dəri və qaraciyər xərçəngində təsirli vasitədir.

Qarpiz - A ve C vitamini ilə zəngindir. Tərkibindəki maddələr orqanizmi xərçəngə qarşı müdafiə edir, bədəni toksik maddələrdən təmizləyir.

Qirmizi turp - ağciyər xərçəngi riskini azaldır, süd vəzi xərçəngindən qoruyur.

Qirmizi bibər - C vitamini ilə zəngindir. C vitamini xərçəng hüceyrələrinin böyüməsinin qarşsını alır.

Brokoli - C vitamini, kalsiumla zəngindir. Xərçəngdən qoruyan maddələr var. Xüsusilə bağırsaq, süd vəzi xərçəngindən qoruyur. Xüsusilə çiy şəkildə yeyiləndə daha çox vitaminlə təmin edir. Ancaq həftədə 2 dəfədən artıq qəbul etmək olmaz.

Pomidor - prostat problemlərindən 40 faiz müdafiə edir.

Sarimsaq - xərçəngin yayılmasının qarşısını alır. Xərçənglə mübarizə aparan maddələrlə zəngindir. Bu qida həm xəstəliyə yaxalanmaqdan qoruyur, həm də müalicə zamanı müsbət təsir göstərir. Heyvanlar üzərində aparılan araşdırmalar onun mədə, süd vəzi, bağırsaq, yemək borusu, prostat və dəri xərçənginin yaranması və irəliləməsinə mane olduğunu ortaya çıxarıb.

Yerkökü - gündə 2 stəkan yerkökü suyu içmək prostat vəzi xərçəngidən 20 faiz qoruyur. Onun tərkibindəki betakaroten maddəsi ağız, yemək borusu və mədə xərçəngindən qoruma özəlliyinə sahibdir.


Tarix: 24.12.2014 / 16:12 Müəllif: Aziza Baxılıb: 191 Bölmə: Xərçəng