Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazik bağırsaq şişləri Nazik bağırsaq şişləri

Məlum olduğu kimi nazik bağırsaq şişləri xoşxassəli və bədxassəli olur. Nazik bağırsağın xoşxassəli şişlərinə mədə-bağırsaq şişlərinin 5 %-ə qədərini xoşxassəli şişlər təşkil edir. Bunlara leyomioma, lipoma, neyrofibroma, fibroma aiddir. Damarlı şişlər çox vaxt nazik bağırsaqda çoxsaylı lokalizasiyaya malikdirlər. Hemangiomalar qanaxma verib və ya invaginasiyaya uğraya bilərlər. Diaqnostika məqsədilə biopsiya və qanayan sahələrin koaqulyasiyası üçün enteroskopiyadan istifadə olunur.

Nazik bağırsağın bədxassəli şişləri aşağıdakılardır:

Adenokarsinoma, nadir halda rast gəlinir, adətən nazik bağırsağı zədələyən Kron xəstəliyi zamanı meydana çıxır. İlkin bədxassəli limfoma, qalça bağırsaqdan yaranır . Karsinoid şişlər, əsasən appendiksdə meydana çıxır, onlardan 55% çoxsaylı şişlərdir, ölçüsünə görə də böyük olub, 2sm-ə qədər olur. Yaxın orqan və toxumalara metastaz verir, xüsusilə də qaraciyərə. Kliniki olaraq özünü qanaxma, bağırsaq keçməzliyi və ağrı ilə biruzə verir.

Kapoşi sarkoması 20 % hallarda bağırsağın digər ilkin şişləri ilə birgə yarana bilər, bunlara limfasitar leykoz, limfosarkoma, Xodjkin xəstəliyi, adenokarsinoma aiddir. Mədə-bağırsaq traktının bütün şöbələri prosesə cəlb oluna bilər, mədə, nazik və yoğun bağırsaq.

Klinika uyğun olaraq, ya tamamilə simptomsuz ya da qanaxma, ishal və invaginasiyas ilə xarakterizə olunur.


Tarix: 24.12.2014 / 16:33 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Xərçəng
loading...