beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş beyin şişləri

Bu növ şişlərin yaranması müxtəlif səbəblərdən yarana bilər və çoxlu növləri var. Qeyd edək ki, mərkəzi sinir sisteminin şişləri təəssüf ki, geniş yayılmışdır və orqanizm şişlərinin 5%-ni təşkil edir. Baş beyin şişləri yaranmasının bir çox səbəbi var bunlara kəllə-beyin travmaları, zərərli mühit, kəllənin rentgen şüalarına və yüksək sürətli cərəyana çox məruz qalması. Baş beyin şişləri aşağıdakılar bölünür:


Baş beyin şişləri- İlkin şişlər: kəllə sümüyünün şişləri

- Kəllə sümüyü şişlərin: osteoma, qranuloma, hemangioma, ksantoma, deformasiyaedici ostit.

- Beyin qişalarının şişləri: meningioma, sarkoma, qliomotoz.

- Hipofiz və epifizin şişləri: adenoma, pinealoma

- Kəllə sinirləri şişləri: görmə sinirinin qlioması, V və VIII sinirlərin şvannoması

- Neyroqliya şişləri: qlioma və epindioma

- Anadangəlmə şişlər: kraniofaringioma, xordoma, herminoma, teratoma, dermoid kista, angioma, hemangioblastoma.

Metastazlar: digər bir şişin nəticəsi olaraq meydana çıxırlar, həm kəllə sümüyü, həm də kəllədaxilində törəmələr əmələ gətirə bilərlər. Hər şey erkən diaqnostika və müalicədən asılıdır. Məhz buna görə də, artan baş ağrıları, qusma, görmənin, yaddaşın, psixikanın pozulması kimi əlamətləri diqqətdən yayındırmaq olmaz.


Tarix: 24.12.2014 / 16:17 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Xərçəng