beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yevlax (şəhər)

Yevlax — Azərbaycanda şəhər. 6 yanvar 1965-ci ildən respublika tabeli şəhərdir. 2010-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Yevlax şəhərində 64.524 nəfər əhali yaşayır .[1]Mündəricat
1 Coğrafiyası
2 Tarixi
3 İqtisadiyyatı
4 İdman
5 Tanınmış şəxsləri
6 İstinadlar


Coğrafiyası

Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var.

Tarixi

Ötən əsrin 80-ci illərində stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. 1939-cu ilin fevralın 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər statusu verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.

İqtisadiyyatı

2004-cü ilin mart ayından başlayaraq şəhərdə bir sıra sənaye obyektləri yenidən qurulmuş və ya tikilmişdir. «Təmir» ATSC yenidən qurulmuş və burada müxtəlif markalı traktorlar yığılır və təmir edilir. Həmçinin “Lalə-Tekstil“ tikiş, “Arfa“ mebel fabrikləri, “Gilan“dəri emalı, “Dan“ kərpic zavodları, “Qida“ MMC, konserv sexi və başqa yeni istehsal müəssisələri fəaliyyət göstərir. Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Bakı-Tbilisi dəmiryolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri də Yevlaxdan keçir. Yevlaxda həmçinin daxili uçuşlara xidmət edən Yevlax Hava Limanı yerləşir. Son illər çəkilişinə başlanılmış Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir.

İdman

Karvan Futbol Klubu 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmişdir. Klub üçün 5000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin ehtiyat meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infrastrukturla təchiz olunmuşdur.


Tarix: 16.03.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 345 Bölmə: Tariximiz ve rayonlarimiz