beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlilabad

Cəlilabad – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Cəlilabad şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 İdman
9 Mətbəx
10 Yerli media
11 Şəkillər
12 Mənbə
13 İstinadlar
14 Xarici keçidlər
15 Həmçinin bax


Tarixi

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eramızdan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala divarları ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

Coğrafi mövqeyi

Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Kür-Araz ovalığının sərhədində yerləşir. Rayonun ərazisi düzənlik və alçaq dağlıqdır, şərq hissəəsində bəzi yerlər dəniz səviyyəsindən aşağıdadır. Yayı quraqlıq keçən mülayim-isti yarımsəhra-və quru çöl iqlimə malikdir. Relyefinə görə Aran-düzənlik (Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay, Həməşəra və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvül-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və s növlüdür. Rayonun mərkəzi olan Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir.

Relyefi

Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvial-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və sair növlüdür.

Təbiəti

Cəlilabadda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və dovlaq yaşayır.

İqlimi

Cəlilabad yayı quraqlıq keçən mülayim-isti iqlimə malikdir. Orta temperatur qışda 1-3 °C, yayda isə 25-30 °C-dir. İllik yağıntı 400-600 mm-dir.

İri yaşayış məntəqələri

Cəlilabad rayonunun ən böyük yaşayış məntəqəsi Göytəpə şəhəridir. Müstəqilliyə qədər Göytəpə şəhəri Prişib adlanmış və müstəqillik əldə edildikdən sonra öz tarixi adı bərpa edilmişdir. Hərbi şəhər olduğu üçün Sovet hakimiyyəti dövründə çoxmillərli sakinləri olub. Hal hazırda təxmini olaraq 35 min nəfər sakini vardır. Şəhərdə zavodlar, fabriklər, xəstəxanalar, texniki peşə məktəbi, orta məktəblər və bu kimi çoxlu sayda ictimai elmi müəssisələr vardır.

Əhalisi
Milli tərkibEtnik qruplar1939[3] sa.1959[4] sa.1970[5] sa.1979[6] sa.1999[7] sa.2009[2] sa.
Cəmi57 39557 47984 380107 443169 960192 320
azərbaycanlı46 33049 35976 665100 383169 511192 136
rus10 2277 6396 7226 051351122
talış39............24
ləzgi4110556947
türk............56
tatar......3143206
ukraynalı179...361436536
erməni2531511791921...
yəhudi1787255323...
tat...19169......
udin.........2......
avar22824......
saxur......24......
gürcü6132027......
kürd1...2.........
alman16...............
digər82142641711213




Görkəmli şəxsləri
Teymur Mustafayev — Azərbaycanın xalq artisti.
Ağadadaş Ağayev — Azərbaycanın xalq artisti.
Nurəddin Mehdixanlı — Azərbaycanın xalq artisti.
Vaqif Abbasov — texnika elmləri doktoru, professor.
Eldar Həsənov — Azərbaycanın milli qəhrəmanı.
Faiq Cəfərov — Azərbaycanın milli qəhrəmanı.
Arif Qubadov — Azərbaycanın milli qəhrəmanı.
Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, 1-ci dərəcəli dövlət müşaviri.
Sabir Mirzəyev — Əməkdar artist

İqtisadi xarakteristikası

2010-cu ilin sonuna olan yekun məlumata əsasən 1 il ərzində rayonun ÜDM-u 398,3 milyon manat təşkil etmişdir .[8] Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı və yeyinti sənayesi təşkil edir. Cəlilabad Azərbaycanda ən böyük üzümçülük, taxılçılıq və kartofçuluq bölgəsidir. İqtisadiyyatında taxılşılıq və heyvandarlıq da mühüm yer tutur. Mal-qara və donuzkökəltmə birlikləri, quşçuluq kombinatı, inkubator-quşçuluq stansiyaları vardır. Həmçinin üzüm emalı, süd, çörək, asfalt zavodları, yerli sənaye kombinatı, xalça sexi və başqa müəssisələrdə mövcuddur. Bakı-Astara dəmir yolunun və Bakı-Astara avtomobil yolunun rayon ərazisindən keçməsi rayonun iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edir. [9]

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Cəlilabad rayonunda Azərbaycan Müəllimlər İnstitutunun rayon filialı, Astara Pedaqoji Texnikumunun rayon şöbəsi, peşə liseyi, peşə məktəbi, 18 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 126 ümumtəhsil məktəbi (ondan 75-i tam orta, 39-u ümumi orta, 12-si ibtidai), 1 Təhsil İşçiləri Evi, 94 kitabxana, 19 mədəniyyət evi, 24 klub, 1 uşaq incəsənət, 1 musiqi məktəbi, Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.

Rayonda 147 idman qurğusu, o cümlədən 112 sadə idman qurğusu var. Dövlət Proqramında nəzərdə tutulmuş Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Əhaliyə 5 şəhər, 3 kənd sahə xəstəxanası, 28 həkim, 40 tibb məntəqəsi, Təcili Tibbi Yardım Stansiyası, Müalicə-diaqnostika mərkəzi tibbi xidmət göstərir.

Maddi-mədəni irsi

Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.

İdman

Rayonda 2750 nəfərlik stadion, 110 sadə idman qurğusu, 7 kompleks idman qurğusu, 23 məktəb zalı, 4 atıcılıq tiri, şahmat məktəbi fəaliyyət göstərir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Cəlilabad şəhərində beynəlxalq standartlara cavab verən idman kompleksi inşa edilir.


Tarix: 16.03.2013 / 17:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 602 Bölmə: Tariximiz ve rayonlarimiz