beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazax

Qazax – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Qazax şəhəridir.Mündəricat
1 Tarixi
2 Qədim insan məskəni
3 Coğrafi mövqeyi
3.1 Relyefi
3.2 İqlimi
4 İri yaşayış məntəqələri
5 Əhalisi
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Görkəmli şəxsləri
9 Şəkillər
10 İstinadlar


Tarixi

Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixзisi əl – Kufi (IX əsr) də məlumat vermiєdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-20–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Turkdilli əhali sayca çoxluq təєkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Boyuk turk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir. [2]

XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır[Mənbə göstərin]. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir[Mənbə göstərin].

Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir [Mənbə göstərin].

Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı [Mənbə göstərin].

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. [Mənbə göstərin] 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir. [3]

Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Soflu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir. [4]

Qədim insan məskəni

Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində,əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi -dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir.

Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Xristian məbədləri adətən əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. "Aveydağ" sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş.

Coğrafi mövqeyi

Qazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Gürcüstan Respublikası ilə , Ermənistan Respublikası ilə məsafədə həmsərhəddir.

Relyefi

Səthi əsasən düzənlikdir. Cənub hissəsi alçaq dağlıqdır və dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir. Şimalda Qarayazı çöllüyü və Ceyrançöl düzənliyi yerləşir. Rayonun mərkəzi hissəsindən Ağstafa çayı keçir, şimal-qərbdən İncəsu, qərbdən Coğaz və şimal sərhəddi boyunca Kür çayları axır. Rayonda Coğazçay, Ağstafaçay və Abbasbəylı su anbarları və Candargöl (Ağgöl) gölü yerləşir.

İqlimi

İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Orta aylıq temperatur yanvarda 0-5°С, iyunda 22-27°С-dir. Qışı quraq keçir. İllik yağıntı 350--dir.

İri yaşayış məntəqələri

Yaşayış məntəqələri — 1 şəhər və 34 kənd/qəsəbə: Xanlıqlar, Ağköynək, Qarapapaq, Daş Salahlı, Çaylı, Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli.

Hal-hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni işğalı altındadır.

Əhalisi

Əhalinin 23,7%-ni şəhər, 76,3%-i isə kənd əhalisi təşkil edir. Rayon ərazisində 6 851 məcburi köçkün məskunlaşmışdır. . Şəhər əhalisi 21 106 nəfər, ümumi əhali sayı 91 491 nəfərdir (2012).

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 1 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Maddi-mədəni irsi

Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.

Rayonun məşhur abidələri aşağıdakılardır:
Səməd Vurğunun Poeziya Evi — Yuxarı Salahlı kəndində yerləşir. 17 noyabr 1976-cı ildə şairin anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır.
Tarix-Diyarşünaslıq muzeyi — 1984-cü ildə yaradılmışdır.
Qazax Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi — 1970-ci ildə M.P.Vaqifin xatirə muzeyi kimi yaradılmışdır.
Qazax Müəllimlər Seminariyasının binası — 1910-cu ildə inşa edilmişdir.
Damcılı mağarası — Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8 mindən artıq arxeoloji materiallar tapılıb. Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.
Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — Qazax rayonunda Aslanbəyli kəndindədir. 1896-cı ildə inşa edilmişdir.
Sınıq Körpü — Qazax rayonunun İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir. XII əsrdə inşa edilmiş bu körpü dörd aşırımlıdır.
Didevan dağı — Xanlıqlar kəndi ərazisində yerləşir. VI-VII əslərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına daxildir.
Baba Dərviş yaşayış məskəni — Dəmirçilər kəndi ərazisindədir. Baba Dərviş yaşayış məskənində dini abidə olan 3 türbə var.
Cümə məscidi — Qazax şəhərindədir. 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilmişdir. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur.
Alban Avey məbədi — Avey dağının cənub zirvəsində 992,5 m yüksəklikdədir. Məbəd V-VI əsrlərə aiddir.
Şıxlı insan düşərgəsi — Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir.
Əskipara məbədi — Aşağı Əskipara kəndi ərazisndə yerləşən məbəd V-VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.

Görkəmli şəxsləri
Molla Pənah Vaqif (1717-1797) – görkəmli Azərbaycan şairi və ictimai xadim. Qarabağ xanının vəziri olmuşdur.
Səməd Vurğun (1906-1956) – Azərbaycanın ilk xalq şairi.
Mirzalı ağa Kosalı (Kosaoğlu)-16 – 17-ci əsrlər. Qədim əsərlərdə ərəb əlifbasında "ı" hərfi olmadığına görə, bu soy ad Kosalu şəklində yazılmışdır.
Vəkil Kazım ağa Mirzalı ağa oğlu Kosalı (Kosaoğlu)-17- ci əsr. Vəkil-müəyyən inzibati vahiddə işləri idarə edən, diplomatik funksiyalara da malik olan şəxs.
Vəkil Səfixan bəy Kərim ağa oğlu- 18-ci əsr.
Vəkil Məhəmməd Şərif ağa Molla Əhməd oğlu Kosalı (Kosaoğlu)-18-ci əsr.
Vəkil Pənah bəy Məhəmməd Şərif ağa oğlu Kosalı (Kosaoğlu)- 18-ci əsr.
Vəkil Alı ağa- mayor – Pənay bəy oğlu Kosalı (Kosaoğlu)- 18-19-cu əsrlər.
Hüseyn Əfəndi Qayıbov – (1830-1917) Qafqaz müftisi, Qafqaz Ruhani İdarəsinin rəisi.
Əliağa Şıxlinski – (1865-1943) artilleriya general-leytenantı, "Rus artilleriyasının Allahı" adı ilə məşhurdur.
İbrahim ağa Vəkilov – (1853-1934) general, ilk azərbaycanlı hərbi topoqraf.
İbrahim ağa Usubov – (1872-1920) genaral-mayor, diviziya komandiri.
Cavad bəy Şıxlinski – (1876-1940) general-mayor, diviziya komandiri.
Osman ağa Gülməmmədov – Üç dəfə Georgi xaçı kavaleri, polkovnik.
Sayad Zeynalov – (1886-1942) "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi ilə təltif edilmişdir.
Fərrux ağa Qayıbov – (1889-1916) ilk azərbaycanlı hərbi təyyarəçi, ölümündən sonra 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.
Mirzə Xudadat bəy Vəkilovun ata yurdu – polkovnik. Əlimərdan bəy Topçubaşovun dayısı.
Mədət bəy Alinaqov- Salhlı bəylərindən, Səməd Vurğunun "Komsomol poemasında" Gəray bəy obrazının prototipi (prof. Mehdixan Vəkilovun xatirələri üzrə).
Məmmədrza ağa Vəkilov – (1884-1944) ADR Parlamentinin üzvü, Bakıda ilk poliklinika xidmətinin təşkilatçısı.
Mustafa bəy Vəkilov – ADR Parlamentinin üzvü, Daxili İşlər Naziri, Moskva Universiteti hüquq fakültəsinin məzunu, görkəmli siyasi xadim.
Rəhim bəy Vəkilov – ADR Parlamentinin üzvü, görkəmli siyasi xadim.
Məmməd ağa Vəkilov- ADR Parlamenti dəftərxanasının rəisi, Qori seminariyasının məzunu, türkoloq.
Faris bəy Vəkilov – ADR-in Gürcüstanda diplomatik nümayəndəsi. İbrahim ağa Vəkilovun oğlu.
Məşədi İbrahim bəy – xeyriyyəçi. 17 otaqdan ibarət mülkünü 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına bağışlamışdır.
Çingiz ağa Dilbozov – (1857-1942) xeyriyyəçi. Qazax şəhər Poliklinikasının binasını tikdirmişdir.
Molla Vəli Vidadi – (1707-1809) görkəmli Azərbaycan şairi.
Əbdürəhmanağa Dilbazoğlu – Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
Mustafa ağa Arif – şair.
Kazım ağa Salik – (1781-1842) gökəmli Azərbaycan şairi. Molla Pənah Vaqif ənənələrini öz şerlərində yaşatmaqdır.
Hacırəhim ağa Vəhidi – (1822-1874) sufi dünyagörüşlü şair olmuşdur.
Abbas ağa Nazir – (1849-1919) şair-tərcüməçi.
Şahniyar ağa Rənçur – (1850-1890) sufi ruhlu şerlər yazıb.
Hacı Kərim Sanılı – (1878-1938) şair-pedaqoq.
Abdulla bəy Divanbəyoğlu – (1883-1936) yazıçı.
Yəhyabəy Qazaği – (... - 1941) şair. Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsidir.
Osman Sarıvəlli – (1905-1990) Azərbaycanın xalq şairi.
Mehdi Hüseyn – (1909-1964) Azərbaycanın xalq yazıçısı. Görkəmli yazıçı-dramaturq, tənqidçi.
Mirvarid Dilbazi – (1912-2001) Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür).
Maqsud Şeyxzadənin ata yurdu – yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri.
Əlazan Baycan (Hacı Həsənzadə) – (1913-1989) şair-həkim. Almaniyanın Freyburq şəhərində şəxsi klinikası olmuşdur.
İsmayıl Şıxlı – (1919-1995) Azərbaycanın xalq yazıçısı, alim-pedaqoq, ictimai-siyasi xadim.
Vidadi Babanlı – şair, tərcüməçi.
Yusif Səmədoğlu – (1935-1998) Azərbaycanın xalq yazıçısı. İlk çağırış Milli Məclisin üzvü olmuşdur.
Vaqif Səmədoğlu – (1939) Azərbaycanın xalq şairi. Dramaturq-publisist. Milli Məclisin üzvüdür.
Mənsur Vəkilovun ata yurdu. Şair, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru. Fəxri Vəkilovun oğlu.
Mustafa ağa Vəkilov – Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu.
Mehdixan Vəkilov (1902-1975) – görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Səməd Vurğunun böyük və yeganə qardaşı,diplomat Cavanşir Vəkilovun atası. Səməd Vurğunun "Komsomol poemasında" Cəlal obrazının prototipi.
İlyas Abdullayev- akademik, bioloq, Azərbaycan SSR Ali Sovetinin sədri.
Teymur Bünyadov – (1928) akademik, tarixçi-etnoqraf.
Əhməd Seyidov – (1892-1977) professor, əməkdar elm xadimi, Azərbaycanda pedaqoji fikir tarixinin ilk tədqiqatçılarından biri.
Fuad Şıxıyevin ata yurdu – SSRİ miqyasında tanınmış hidrotexnik alim, professor. Maqsud Şeyxzadənin kiçik qardaşı.
prof. Leyli Qalib qızı Vəkilova
Fatma Vəkilova – (1912-1987) professor, geologiya-minerologiya elmləri doktoru.
Şamil Vəkilov – görkəmli riyaziyyatçı alim, professor. Fatma xanım Vəkilovanın qardaşı.
Əfrasiyab Vəkilov- görkəmli sovet türkoloqu, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsi
Zülfüqar Qayıbov – tanınmış pedaqoq, bioloq.
Nazim Əfəndiyev (həkim) – (1926-1998) professor, Respublikanın əməkdar həkimi. Uzun müddət akademik Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunun direktoru işləmişdir.
Sabir Qayıbovun ata yurdu – görkəmli hüquqşünas alim. İsmət Qayıbovun böyük qardaşı.
Məqsəd Qocamanov - (1960), BDU-nun kafedra müdiri, professor, geodeziya və kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru.
Elçin Şıxlı – tanınmış jurnalist, "Ayna" qəzetinin redaktoru.
İsmayıl Umudlu – tanınmış jurnalist, tarixçi-etnoqraf. Qazaxın, o cümlədəm Qazax Salahlı kəndinin tarixi haqqında bir sıra fundamental əsərlərin müəllifi.
Möhsün Poladov- uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri.
Fəxri Vəkilov – görkəmli səhiyyə təşkilatçısı, Azərbaycanın Səhiyyə Naziri. Məmmədrza ağa Vəkilovun oğlu. Mənsur Vəkilovun atası.
Muxtar Hacıyev – (1876-1938) 1921-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri seçilmişdir.
Şahbala Məmmədov – Azərbaycanın əməkdar iqtisadçısı, Dövlət Statistika Komitəsi Sədrinin müavini, Baş Hesablama Mərkəzinin Direktoru.
İsmət Qayıbovun ata yurdu – Azərbaycanın ilk Baş Prokuroru. Ədlliyyə general-moyoru. Sabir Qayıbovun kiçik qardaşı.
Musa Qocayev – (1932-1993) yazıçı, uzun müddət Dövlət Təhlükəsizlik orqanlarında işləmişdir.
Məmməd Namazov – Dövlət Maşınqayırma və Konversiya Komitəsinin Sədri. 1990-95-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı. Milli hərbi sənaye kompleksinin yaradıcılarından biri.
Hacı Vəkilovun ata yurdu – SSRİ XİN-in Bolqarıstan, ABŞ, İsveçrədə fəaliyyət göstərən diplomatı. Diplomatlar İsrafil Vəkilov (Azərbaycan Respublikasının Misirdə səfiri (1994-2004) və Azad Vəkilovun atası.
Cavanşir Vəkilovun ata yurdu – diplomat. Azərbaycan Respublikasının Təbrizdə ilk Baş Konsulu vəzifəsini icra edən. Mehdixan Vəkilovun oğlu.
Nigar Şıxlinskaya – (1878-1931) ilk azərbaycanlı tibb bacısı.
Nigar xanım Usubova – görkəmli musiqişünas-pianoçu, Konservatoriyanın prorektoru və professoru. Sergey Raxmaninovun dostu və məsləkdaşı məşhur professor, Moskva Konservatoriyasının rektoru, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Aleksandr Borisoviç Qoldenveyzerin tələbəsi. Əməkdar incəsənət xadimi. İbrahim ağa Usubovun qızı.
Xədicə Qayıbova – (1893-1938) ilk azərbaycanlı pianoçu qadınlardan biri.
Leyla Vəkilovanın ata yurdu – SSRİ Xalq Artisti.
Əminə Dilbazi – (1919) baletmeyster. Azərbaycanın xalq artisti.
Elmira Hüseynova – (1933-1995) heykəltəraş.
Ədalət Nəsibov – (1939) saz ustası, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü.
Süleyman bəy Qayıbov- görkəmli pedaqoq.
Əhməd ağa Mustafayev- Azərbaycanın görkəmli pedaqqoqu, maarif fədaisi.
Badisəba xanım Vəkilova – görkəmli maarif xadimi, qadın təhsilinin təşkilatçısı, Firidun bəy Köçərlinin xanımı.
Sadıq Vəkilov- Zaqafqaziya Müəllimlər Seminariyasının (Qori) məzunu. Tanınmış rus dili pedaqoqu.
Mədinə Qiyasbəyli (Vəkilova) – Azərbaycanın görkəmli maarif xadimi, qadın təhsilinin təşkilatçısı.
Müseyib Allahverdiyev - (1909-1969), Sovet İttifaqı Qəhrəmanı.
Tahir İsayev "Serafino" – (1922-2001) İtaliyanın Milli Qəhrəmanı.
Alı Mustafayev – (1952-1991) Azərbaycanın Milli Qəhrəmanı.
Aqil Musayev – (1974-1994) Azərbaycanın Milli Qəhrəmanı.
Mərifət Nəsibov – (1972-1992) Azərbaycanın Milli Qəhrəmanı.
Şamoy Çobanov – (1965-1990) Azərbaycanın Milli Qəhrəmanı.
Firudin Şamoyev – (1962-1992) Azərbaycanın Milli Qəhrəmanı.
Bəxtiyar Allahverdiyev – (1909-1974) Sosialist Əməyi Qəhrəmanı.
Əsgər Eminov – (1924) Sosialist Əməyi Qəhrəmanı.
Cahandar Yaqubov – (1892-1967) Sosialist Əməyi Qəhrəmanı.
Əsmər Məmmədova – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
Hacımurad Murğuzov – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
Alı Süleymanov (1880-1959) Sosialist Əməyi Qəhrəmanı.
Murtuz Carçıyev – (1910-1985) Sosialist Əməyi Qəhrəmanı.
Məcid Şərifzadə – (1908-1995) Sosialist Əməyi Qəhrəmanı.
Məhəmməd Əliyev – (1910-1996) Sosialist Əməyi Qəhrəmanı.
İmran Mirzəyev – (1910-1983) Sosialist Əməyi Qəhrəmanı.


Tarix: 16.03.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2532 Bölmə: Tariximiz ve rayonlarimiz