Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yardımlı

Yardımlı – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Yardımlı şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 Əhalisi
3.1 Görkəmli şəxsləri
4 İri yaşayış məntəqələri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 İstinadlar
11 Xarici keçidlər
12 Həmçinin bax


Tarixi

Yardımlının xəritəsi

Yardımlı Vərgədüz dairəsi kimi 1921-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının tərkibində olmaqla Azərbaycan SSR-nin inzibati-iqtisadi ərazisi olmuşdur. 1930-cu ildən 1938-ci ilədək Vərgədüz rayonu kimi qeydə alınmışdır. 1938-ci ildən Yardımlı rayonu kimi Azərbaycan SSR-nin inzibati ərazisi olmaqla 1991-ci ilədək bu tərkibdə qalmışdır. Yardımlı inzibati ərazi kimi 1918-1920-ci illərdə AXC-nin tərkibində olmuşdur. 1991-ci il 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildiyi tarixdən sonra Yardımlı müstəqil Azərbaycan Respublikasının inzibati ərazisi-rayonudur.

1930-cu ildə təşkil edilmiş və 1938-ci ilədək Vərgədüz adlandırılmış indiki Yardımlı rayonu B.Budaqovun fikrinə görə VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən –li şəkilçisindən ibarətdir. XII-XIII əsrlərdə Şimali Qafqazdan qıpçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə, erdem tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişlər.

Yardımlı rəmzi sufilikdə Yar-Adəm kimi izah olunur ki, bu rəmzlər qədim Misir yazılarında ən qüdrətli rəmzlər hesab olunur. Yar rəmzi qədim Misir yazılarında Yaru (Yalu) çölləri kimi qeyd olunur və bu ilkin materiya mənasında, göydə yaradılmış ruhlar dünyası ilə bağlı rəmzdir. Yardımlı sözünün Yar-Adəm şəklində izahı bir konsepsiya kimi yeni görünür. Bəs onda Yardımlı sözünün peçeneqlərin bir qolu kimi ertim/yartım etnonimi ilə nə əlaqəsi var? Belə məlum olur ki, Yartım qəbiləsinin indiki Yardımlı adlanan ərazidəki tarixi tədqiqatçıların qeyd etdiyindən çox-çox qədimdir. Və tanınmış tədqiqatçı Q.Kazımovun qeyd etdiyi kimi "gəlmə" tayfalar çox-çox sonralar öz əcdadlarının yurduna dönmüşdülər. Hər iki müəllifin ideyası özünü doğruldur. Həqiqətən də, bizə məlum olan qədim etnosların ulu əcdadları teonim mənşəlidir. Təsadüfi deyildir ki, qədim dövrlə məşğul olan tədqiqatçılar tayfa adlarını müxtəlif qruplara bölürlər. Məsələn, tanrı adlarından yaranan etnonimlər, tanrı eçilərinin adlarından yaranan etnonimlər, ruhların adları əsasında yaranan etnonimlər, səma və yer cisimlərinin ilahiləşdirilməsi nəticəsində yaranan etnonimlər.. Məsələn, Hunların (xun) və göy türklərin baş tanrısı Tenqri, şumerlərin baş tanrısı Tenqir adlanırdı; Bel tayfa adı- şumer-akkat tanrısı; Çor/çar tayfası- bədxah ruhun adı və s.

Yardımlının təbiəti

Yardımlı rayonunda şəlalə

Ə.Fərzəli Yardımlı toponiminin "yardam" sözündən yarandığını və həmin sözün Ərdəbil şəhərinin adı ilə eyni köklü olduğunu yazır. Lakin Ərdəbil qədim mənbələrdə Artavil şəkilndə qeyd olunur. Bundan başqa, sözün bu şəkildə fonetik dəyişikliyə uğraması inandırıcı görünmür. S.Rüstəmxanlının fikrincə, "yartım" qədim türk yozumunda xalqın bir hissəsi, ulusun bir qolu deməkdir. Ertim sözü ertəm, ərdəm, ərdəmli (cəngavər) sözlərini də yada salır. Müəllif "Göy Tanrı" romanında bu barədə yazır: "Oğlu Ərdəm Oğuz xanla sona qədər birgə oldu. Amma bir bölük yaxınları- başda yaşa dolub, yeriməz olmuş tanrıçı Ulubaba olmaqla, Ərdəmlilər ayrılıb, Xoca döngənin ətəklərində yurd saldılar". [2] Fikrimizcə, peçeneqlər Azərbaycana, o cümlədən indiki Yardımlı ərazilərinə daha əvvəllər gəlmişdilər. Bu fikri təsdiqləmək üçün bəzi tarixi faktları nəzərdən keçirək.Q.Qeybullayev "VII əsr erməni coğrafiyası"na istinad edərək yazır: Maraqlıdır ki, III-II əsr hadisələri ilə əlaqədar olaraq paçanik (peçenek) etnonimi xatırlanır.("Toponimiya Azerbaycana", s.31) Q.Kazımov peçeneqlərin oğuz mənşəli qədim tayfa olduğunu və onların Azərbaycan xalqının və dilinin təşəkkülündə mühüm rol oynadığını qeyd edir. Q.Qeybullayev müəyyən etmişdir ki, peçeneqlər eramızın ilk əsrlərində Albaniyaya hunlarla birlikdə gəlmişdir.Bolqarlar və suvarlar kimi, peçeneqlər də hun tayfalarından olmuşlar.( K этногенезу азербайджанцев, Баку, 1991, с.549) Ertem (irtim, ərdəm, erdim) fonetik dəyişmə ilə ( y səsartımı) Azərbaycanın cənub-şərqində – Yardımlı oykonimində saxlanılmışdır. XIX əsrdə Quba qəzasında Yardım-oba kəndi qeydə alınmışdır. Q.Qeybullayev Adam Oleariyə (XVII əsr) istinad edərək göstərir ki, Muğan düzündə arden-dovşanlı tayfaları mövcud olmuşdur. Müəllif hər iki tayfanı (ərdəm və dovşanlu) peçeneqlərin qolu hesab etmişdir.("Azərbaycan toponimləri", Bakı, 1986, s.41) Müəllif qeyd edir ki, kəngər və peçeneqlər hələ hunlarla birgə Albaniyada mövcud olub. Lakin peçeneqlərlə əlaqə Cənub rus çöllərində VIII əsrdən sonra görünür. (yenə orada.s.31) Q.Kazımov peçeneqlərin səkkiz əyalətdə yerləşdiklərini, səkkiz qola ayrıldıqlarını göstərir: "Bu qollar aşağıdakı şəkildə dəqiqləşdirilmişdir: erdim, çur, kil, kuloba, kuyər, karabay (ümumtürk dilində "q" səsi peçeneqlərdə "y" kimi tələffüz olunur), kapan, çopan."( göstərilən əsəri, s.361) Q.Qeybullayev Yardımlı ərazisində peçeneqlərin qollarından biri olan çur tayfasını da qeyd edir. Müəllif Çur tayfasının"Albaniya tarixi" əsərində qeyd olunduğunu yazır.Çur etnonimi Qutqaşen ərazisindəki Corlu (Çorludan), Yardımlıdakı Çoryurt, Kəlbəcər və Laçındakı Çorman toponimlərində, Tovuzdakı Çuratan kənd adında qalmışdır" (s.106) Müəllif çur sözünün türkcə "qəhrəman", "güclü" mənası olduğunu qeyd edir.(s.364) Hazırda Çoryurd Yardımlıda dağ adında qalmaqdadır. Tədqiqatçılara görə, toponim çor (peçeneqlərə aid tayfa) və yurd komponentlərindən düzəlib "çorlara məxsus yurd yeri" deməkdir. Azərbaycan dilinin dialektlərində çor sözü eyni zamanda "topa" mənasında da işlənir. Odur ki, oronim yaylaq yeri kimi istifadə olunan bu dağda insanların toplaşması ilə də bağlı ola bilər. (ATEL, I c.səh.125) Qeyd edək ki, Sumqayıt i.ə.v.-dəki Corat və Qəbələ r-nun Mirzəbəyli i.ə.v.-dəki Corlu yaşayış məntəqələrinin adları da çor tayfalarının adıyla bağlıdır. Q.Kazımov yazır ki, "peçeneq" sözünün türk dillərində baca "ərin bacısı" və ad düzəldən –aq şəkilçisindən (qazax, qıpçaq, gəncək, sirak, şamaq, kaymaq və s. etnonimlərdə olduğu kimi) ibarət olduğu müəyyən edilmişdir. Oğuzların "Üç ox" adlanan 12 qolundan biri peçeneqlərdən ibarət idi. Onlar Göytürk dövləti dağıldıqdan sonra qərbə irəliləmiş, müxtəlif vaxtlarda Azərbaycana gələrək Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Başqa bir məlumata görə, qıpçaq soyundan olan peçeneqlər (patsaanaklar//paçanaqlar) Azərbaycanda daha əvvəllərdən olmuşlar.( yenə orada.səh.361). F.Zeynalov yazır ki, "Peçeneq" etnonimi mənbələrdə bəzi fonetik dəyişikliklərə uğramışdır. Məsələn, Mahmud Qaşqarlıda –beçenek, Rəşidəddində beçene, Yazıçıoğlu Əlidə -biçene, Əbülqazi xan Xivəlidə -beçene və s.(Türkologiyanın əsasları, s.95). E.Əhmədova bu barədə yazır: M.Kaşğari, Rəşidəddin, VV.Bartold, F.Sümər və sairəninfikir və mülahizələrinə əsaslanaraq, peçeneg etnoniminin də Göy xanın ikinci oğlu Biçənə/Beçənə adından törədiyi məlum olur. Eyni fikrə M.H. Vəliyevin (Baharlının) "Azərbaycan..." əsərində rast gəlirik." (E.Əhmədova Azərbaycan etnonimləri, Bakı, 2007, s.65-66). Yardımlı, Ərdəbil və Füzuli şivələrində "ana" mənasında işlənən baccı// bacı sözü məlumdur. Bu söz peçeneq/piçənək adındakı bacanaq (bacının əri) sözünün köküdür. Qənaətimizə görə, "yegən//yegan"- "bacı uşağı", "bacı oğlu" və "yengə"- "köçərkən gəlini müşayət edən qadın" mənalı sözlər məhz o zamandan etibarən peçeneqlərin və ertim// ərdəm// yardımların dilindən bu tayfanın adını daşıyan indiki Yardımlı şivələrinə keçmişdir. Azərbaycan dili türk mənşəli bir dil olduğu üçün onun qrammatik quruluşu və əsas lüğət fondu digər türk sistemli dillər ilə ümumilik təşkil edir. S.Cəfərov qeyd edir ki, Azərbaycan xalqının da daxil olduğu oğuz qəbilə ittifaqları uzun müddət bir sıra digər türk tayfaları, xüsusilə qıpçaqlarla (qazax, qaraqalpaq, qırğız, altay, noqay, Krım tatarları- Ş.M) ictimai-siyasi əlaqədə olmuşdur. Odur ki, müasir Azərbaycan ədəbi dilində bu qrup dillərin leksik xüsusiyyətlərini daşıyan bir sıra sözlərə təsadüf edilir: çalağan, torağay, qırqovul, ulu, aş, bağırsaq, çəyirtkə, süpürgə, yapalaq və s. Müəllif nümunələrdəki sözdüzəldici şəkilçilərin (-ağan, -ğa, -gə) müasir qıpçaq qrupu dillərində sözdəyişdirici funksiya daşıdığını qeyd edir. (Leksika, II h.səh.44) Göründüyü kimi "yengə" sözündəki –gə şəkilçisi də təkcə peçeneqlərdə deyil, digər qohum türk dillərdə də məhsuldar şəkilçilərdən olmuşdur. Qıpçaqlar tarixdə müxtəlif adlarla tanınmış və çoxsaylı tayfa birliyindən ibarət olmuşdur. N.A.Baskakov qıpçaqların ən qədim inkişaf dövrünü hun dövrünə aid etmiş və onları qıpçaq-bulqar, qıpçaq- noqay və qıpçaq-poloves qruplarına ayırmışdır.(Vvedenie v izuçenii tyurkskix yazıkov, M.,1969, s.267) Q.Kazımov yazır ki, qıpçaqlar çox olduqları üçün sonralar Azərbaycana gələn monqolların türkləşməsində böyük rol oynamışlar (göstərilən əsəri, s.36).

Coğrafi mövqeyi

Yardımlı rayonu Azərbaycanın cənub-şərq hissəsində, dağlıq ərazidə yerləşir. Yardımlı rayon İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir. Cənubdan Lerik rayonu ilə sərhədinin uzunluğu 40 km, Şərqdən Masallı rayonu ilə 11 km, Şimal-şərqdən Cəlilabad rayonu ilə isə 20 km-dir. Şimal və Qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km-dir.

Relyefi

Təbiəti

İqlimi

Əhalisi

Yardımlı rayonunda əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. [3]
Yardımlı rayonu : 1939-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı[4] (Nəfər)
Azərbaycanlılar22.818 (97,5%)
Ruslar294 (1,3%)
Talışlar147 (0,6%)
Ermənilər27 (0,1%)
Ləzgilər13 (0,1%)
Avarlar9 (0,1%)
Yəhudilər8 (0,1%)
Digər1 (0,1%)
Bütün rayon üzrə23.415 (100%)




Görkəmli şəxsləri
Sabir Rüstəmxanlı - Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, xalq şairi, istiqlalçı deputat;
Mirmahmud Mirəlioğlu - Klassik Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat;
Mətləb Mütəllimli - Sosial Ədalət Partiyasının sədri, istiqlalçı deputat, keçmiş baş prokror əvəzi;
Fəzail İbrahimli - Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Milli Məclisin deputatı;
Samir Əsədli - Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini;
Musa Qasımlı - Milli Məclisin deputatı.
İbrahim Yusifzadə - Milli Məclisdə şöbə müdiri.
Mir Şahin Ağayev - ANS Şirkətlər Qrupunun vitce-prezidenti.
Əlövsət Əliyev - Keçmiş polis rəisi.
Firudin Gilarbəyli - Qorqud Partiyasının sədri.
Anar Yusifoğlu - İTV-də depertament rəhbəri.
Elman Eldaroğlu - "Yardımlı" Cəmiyyətinin sədri.


Tarix: 16.03.2013 / 17:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 583 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...