beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əzəmətli üçlük: işıq, hava və su

İşıq və hava bədənin ən başlıca enerji daşıyıcılarıdır. İnsanı soyuqdan, yad gözlərdən qoruyan paltar eyni vaxtda bizi enerji daşıyıcılarından təcrid etdirər. Nəticədə bədəndə karbon oksidi yaranır. Bunun qarşısını almaq mümkündür. K. Nişi təklif edir: hər gün azı 2 dəfə kontrast hava vannası qəbul etmək; gah istia paltarla bədəni qızdırmaq, gah da 12-15 dəq. lüt qalmaq. Bu prosedura dərinin nəfəs almasını gücləndirir, orqanizm bol-bol oksigen qəbul edir, bu da karbon oksidini öldürür, orqanizmin xəstəliklərə qarşı immunitetini gücləndirir. İnsan soyuğa və xəstəliklərə qarşı, o cümlədən xərçəngə qarşı davamlı olur. Nəticə: dərinizə mümkün qədər çox hava dəyməlidir.




Çoxumuz bilirik ki, uşaq “üzməyi” ana bətnində öyrənir. Əlbəttə ki bu bir zarafatdır.Əslində isə həqiqətən də uşağın yerləşdiyi “torba” su ilə dolu olur. Uşaq həmin su ilə bərabər dünyaya gəlir və su bütün həyatı boyu ona lazım olur. Təkcə onu qeyd etmək kifayətdir ki, insanın ümumi çəkisinin 71 faizni su təşkil edir.

Su orqanizmdə aşağıdakı şəkildə yerləşir: əzələlərdə 50 %, sümüklərdə 13, qanda 5, qara ciyərdə 16, dalaqda 0.4%. Bəs suyun orqanizmdə fizioloji funksiyası nədən ibarətdir? Su sadə kimyəvi formula ilə işarə olunsa da (H2O), onun tərkibi çox mürəkkəbdir.

Su – universal həlledicidir. Təbii suda oksigendən başqa müxtəlif üzvi maddələr vardır, həmçinin müəyyən miqdarda rodiaktiv şüa da mövcuddur. Öz nadir kimyəvi tərkibibə görə təbii su orqanizmdə xüsusi reaksiyay girir.Tərkibində daha çox əhəng daşı olan suya “ağır” yaxud “cod” su deyirik, az olana isə “yüngül”.

Qaynanmış su “ölü” sudur. Onun tərkibindəki mikroelementlər su qaynayandan sonra dəyişilir və faydasını itirir. Odur ki, təmiz bulaqlar olmayan yerdə su filtrindən istifadə etmək, suyu təmizləyib, çiy içmək məsləhətdir. Filtr olmasa bir stəkan suya bir az yod, alma sirkəsi yaxud bal əlavə edib için. Bilin ki, heç bir mikroorqanizm turş mühitdə yaşaya bilmir. Torpağında maqnizum olan rayonda çoxlu su içən və tərəvəz yeyən adamlar xərçəng xəstəliyinə çox nadir hallarda tutulur. Maqnizum xərçəng xəstəliyinin qarşısını alır, onu sağaldır. Maqnizum həm də əsəb, əzələ, endokrin, damar və digər sistemlərəyaxşı təsir göstərir. Ona görə də Nişi suyun maqnezum duzları ilə zənginləşdirilməsinə böyük əhəmiyyət verir.



Qidanın tərkib hissəsi olan su maddələr mübadiləsinin gedişində güclü təsir göstərir.Nəfəs verərkən ağ ciyərdən buxar şəklində, tər şəklində dəridən və nəhayət düz bağırsaqdan çıxır.Xaric edilən suyun sutkalıq həcmi 3500 qrama bərabərdir. Əlbəttə bu miqdar bədənin parametrlərindən, işin xarakterindən, şəxsin davranışından çox asılıdır. Amma bir şey hamı üçün eynidir: xaric edilən su qədər su içmək vacibdir!

Su içməyən adam bədənindəki zir-zibillin hüceyrələrdə və damarlarda yığılıb qalmasına və müxtəlif xəstəliklər törətməsinə gözəl şərait yaradır.
Su təkcə orqanizmi təmizləmək funksiyası daşımır, həm də insanı əhatə edən mühitin temperaturuna uyğun tənzimləyir. Eyni zamanda yağın mübadiləsinə kömək edir, piyi tər vasitəsilə bədəndən qovur. Normaya uyğun həcmə içilən su yoğun bağırsaqdakı bakteriyaların azalmasına səbəb olur. Su olmayanda maddələr mübadiləsi zamanı yaranan bir çox zərərli maddələr qana sorulur, beləliklə də damarların daralması, qan təzyiqinin yüksəlməsi baş verir.

Sual olunur: suyu necə içməli? Əvvəla səhər yerdən duran kimi. Mütləq. Lakin stəkanı ilıq su ilə doldurub başınıza çəkməzdən əvvəl tualetə gedin, sonra ağzınız və boğazınız təmiz-təmiz yaxalayın. Əgər dilinizin üstündə alt təbəqə əmələ gəlibsə, onu qaşığın qırağı ilə təmizləyin. İndi buyurub nuş edə bilərsiniz. Amma xəbərdarlıq edirəm: ürəyi yaxud da qara ciyəri xəstəliyə meylli olan adam suyu qurtum-qurtum içməlidir.



Fəal fəaliyyət göstərən sağlam adamların gündəlik su norması 2-3 litrdir. Səhərlər ürəyiniz istəyən qədər su içə bilərsiniz. Suduyə tez-tez gedən adam yatar qarnına su içərsə, qara ciyərini və böyrəklərini xəstələndirə bilər.

Suyu hamamda çimdikdən və vanna qəbul etdikdən sonra içmək çox faydalıdır. Bu, orqanizmə müxtəlif zibillərdən xilas olmaqda köməklik edir. Nişi belə hesab edir ki, isti vanna qəbul etməzdən öncə suyu o şəxs içə bilər ki, həmin adam düz və bərk yataqda yatır. Bunu etməyən şəxs suyu ən azı isti vannadan bir saat öncə içə bilər.

Bəzi adamlar soruşur: çörək yeyərkən su içmək məsləhətdirmi? Əsla yox. Zərərli vərdişdir. Fikir verin: yemək zamanı və ondan sonra su içən adam öz əli ilə həzm etmə prosesini pozur və qidanı öldürür. Çünki su 10 dəqiqədən sonra mədəni tərk edir, özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Mədə qalır şirəsiz. “Dəyirman” dəni üyüdə bilmir”. Zənnimcə bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur.

Gəzin vaxtı yaxud qaçarkən su içmək zərərlidir. Bu vaxt içilən su mədə divarlarını korlaya və zədələyə bilər. Suyun normadan çox içilməsi, orqanizmdə insulinin çatışmamasına və mədəaltı vəzin pis işləməsinə dəlalət edir...


Tarix: 10.01.2013 / 13:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 516 Bölmə: Saglamliq