beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Varaz Qriqor

Varaz Qriqor - Mehranilər sülaləsindən ilk Qafqaz Albaniyası çarı. Girdman knyazı II Vardın oğlu idi. Bizans imperatoru İraklinin Qafqaza yürüşü zamanı xristianlığı qəbul etmişdi və onun tərəfindən Qafqaz Albaniyası hökmdarı olaraq bərpa edilmişdi. Varaz Qriqor bundan əvvəl Girdman knyazı idi. Babalarından biri olan knyaz I Varsken Sasanilər dövründə Albaniya mərzbanı təyin olunmuşdu. Varaz Qriqorun Albaniya çarı olmazdan əvvəl yaşadığı həyatı bilinmir. Onun dövründə ərəblərin İranı işğalı başlamışdı və şahın bütün vassalları kimi Varaz Qriqor da öz ordusunu köməyə göndərmişdi. İran müharibələrindən sonra Varaz Qriqorun müstəqil olmaq istəyi ilə barışa bilməyən III Yezdəgird onu həbs etdirdi və Albaniyada mərzban hakimiyyətini geri gətirmək istədi. Ölüm tarixi məlum deyil və Cavanşirin elə onun sağlığında taxta çıxdığı güman edilir.

Ailəsi
Varaz Qriqor şahzadə Huriduxt ilə evlənmişdi. Övladları:

Varaz Peroz - Cavanşir ilə birlikdə İrana qarşı üsyan etmişdi.
Cavanşir - Albaniyanın XI çarı
Yelena Mehrani - Qriqor Mamikonyan ilə evlənmişdi.
Yezad Xosrov - Cavanşir ilə birlikdə İrana qarşı üsyan etmişdi.
Varazman


Tarix: 02.02.2015 / 14:43 Müəllif: Feriska Baxılıb: 147 Bölmə: Qafqaz Albaniyası