beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncəli Xosrovun əzablı həyatı

Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər.Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar.Əlyazmada əsərin adı belədir:"Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə".
Əsər quruluşuna görə iki hissəyə bölünür-Giriş və Xosrovun zahidliyi,şəhidliyi tarixi.Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın,zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir.Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xlat və Gəncə arasında gedən,Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzun -uzadı müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir.
Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq.onun əhalisini və heyvan sürülərini məhv etmək istədi;bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu.Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir:Patriarxlar,hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər.Və hamısı da heç kimdən,heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər.
Əsərin əsas önəmi bundadır ki,Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.Müəllif belə hesab edir ki,knyazlar,işxanlar birləşərək düşmənə qarşı dursalar,ölkəni əsarətdən xilas edə bilərlər.Onun bu fikri erməni işxanların münasibətində də hiss olunur:"... Onlar hər hansı başqa xalqın xidmətində durmağı bir-birinə boyun əyməkdən və azad olmaqdan üstün tuturlar.


Tarix: 02.02.2015 / 13:47 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Qafqaz Albaniyası