beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəbil kilsə məclisi

506-ı ildə Dvin (Dəbil) şəhərində çağırılıb.Bu yığıncaqda erməni,alban və gürcü iyerarxiyaları Bizans hakimlərinin unional,yəni diofizitlərlə monofizitləri sazişə çağıran siyasətini müdafiə etdilər.551-ci ildə erməni kilsəsi kimi alban kilsəsi də Bizans kilsəsi ilə əlaqələrini kəsərək,hüquqi cəhətdən avtokefal kilsə oldu.Bu ölkələrdə monofizit cərəyanı Sasanilərin fəal köməyi sayəsində qələbə çaldı.Sasanilər həqiqi,ardıcıl xristianları təqib etməyə və öz ölkələrindəki rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başlamışdılar.Gürcü kilsəsi isə özünün əvvəlki platformasında-mötədil xalkidonçuluqda qalmaqda davam edirdi.551-ci ildən başlayaraq alban katolikosluğunun patriarxları “Albaniyanın,Çolanın,Lpinanın katolikosu”adını daşıyırdı.


Tarix: 30.01.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Qafqaz Albaniyası