beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qafqaz albanlarının şəxs adları

Qafqaz albanlarının şəxs adları – Müxtəlif mənbələrdə qeyd edilmiş Qafqaz albanlarına məxsus şəxs adları.

Yazılı mənbələrin yoxluğu üzündən Şimali Azərbaycan ərazisində yaşamış əhalinin eradan əvvəlki əsrlərdə siravi şəxs adları məlum deyil. Alban tarixçisi Moisey Kalankatlı ən qədim zamanlardan (əfsanəvi Yafətdən – Cənubi Qafqazda yaşayan xalqların ulu əcdadından) IX əsrə qədər yalnız albanların çarlarının adlarını vermişdir.

Antik alban çarları
A r a n – qədim türkcə ərən – igid, cəsur sözündən ibarətdir.

Ə r b a k – qədim türkcə ər – kişi, igid döyüşçü və bak – bəy, tayfa başçısı sözlərindəndir. Midiyada Arbak şəxs adı ilə eynidir.

Z a b a n – qədim türkcə zəban, çaban sözündəndir.

P a r n a k – qədim türkcə bar – var, özüdür və ınak – dost, etibarlı adam, yaxşı yoldaş sözlərindəndir.

Ə m b a k – qədim türkcə əm – bacarıqlı, məharətli və bak – bəy, tayfa başçısı sözlərindəndir.

Ə r n ə k – qədim türkcə ər – kişi, igid, döyüşçü və ınak – dost, etibarlı adam, yaxşı yoldaş sözlərindəndir. Attilanın oğlanlarından İrnak, Orta Asiyada Xivə xanı İrnak (1668-1688) şəxs adları ilə eynidir.

Ə n c a k – qədim türkcə ənq – irəlidə gedən, öndə dayanan (cərgədə, döyüşdə) və sak, çak – oyaq, huşyar, diribaş sözlərindəndir.

B a z u k – qədim türkcə bazuk – iri gövdəli, dolu bədənli sözündəndir. Hunlarda Əm-Bazuk şəxs adı ilə eynidir.

K o r n a k – qədim türkcə kür – səbatlı ər, möhkəm və ınak – dost, etibarlı adam sözlərindəndir. Yuxarıda dediyimiz kimi Kürdən şimalda mövcud olmuş Alban dövlətinin çarlarının adları Alban tarixçisinə məlum deyil. Həmin dövlətin bəzi çarlarının adları antik mənbələrdə çəkilir.

O r o y s – Er. əv. I əsrdə Alban çarı. Adın bu formasını Plutarx yazmışdır . Appian bu adı Oroz, Oriz, Dion Kassi isə Oris kimi qeyd etmişdir. Əsl forması Appianın qeyd etdiyi Orozdur ki, bu da əslində Oruz, yaxud Uruz adının fonetik şəklidir. Türkcə xoşbəxt əlamət, xoş nişanə, qismət, nəsib, xoş güzəran, sağlamlıq, sərvət, var-dövlət mənalarında olan orəz, oraz, orıs, ırıs, oruz sözündəndir. Firdovsinin Şahnaməsində Alp Arus (Alp Ər Tunqanın oğlu), Kitabi Dədə Qorqudda Uruz, XII əsrdə Orta Asiyada Uruzbək , Çingizxan dövründə qırğız inallarından biri Urus, Qırğız sultanlarının banisi Urusxan, XIV əsrdə Orta Asiya xalqlarının hakimi Orusxan (Qazaxıstanda Aq Orda xanı – 1361 – 1380) və b. şəxs adları ilə müqayisə olunur.

K o z i s – Oruzun qardaşının, Alban sərkərdəsinin adı . Latın dilinin fonetikasına uyğun şəkildə verilmiş bu adın əsl forması məlum deyil. Güman ki, türk dillərində Kozik ulduzu adlanan ulduzun adındandır (məsələn, qırğız dilində qütb ulduzu Altın kozık, Oğlaq bürcü Təmir kozik adlanır). Oğuznamənin uyğur variantında Kazuk şəxs adı vardır . Monqollarda və türklərdə Kuçuk şəxs adı da kozik sözünün fonetik formasıdır.

Z o b e r – Er. əv. I əsrdə, Alban çarının adı. Yunan və latın dillərində ç, c, ş səsləri olmadığına görə, güman ki, adın başlanğıcındankı z səsi əslində ç yaxud ş səsini ifadə edir. Lakin bu səs köklü s da ola bilər. Bir sıra türk dillərində çəpər (lakin xakasca sibət, başqırdca səbər, monqolca tsəbər, buryat-monqolca səbər) təmiz, gözəl qayda-qanunu sevən, intizamlı, ehtiyatlı, vicdanlı, nəcib, düz sözündəndir. Türk dillərində çəbər, çəvər, şəvər formalarında olan bu söz çoxmənalıdır. Məsələn, qırğızca çəbər – mahir, mərhəmətli, cəld, diribaş, zirək, çevik, fəndgir, qazaxca şəbər – usta‖, uyğurca çəvər – mahir, başqırdca sibər – qanışirin, suyuşirin, məlahətli, cazibəli, xakasca səbər – səliqəli, türkməncə çəpər – gözəl və s. mənalarındadır . Er. əv. V əsrdə sak çarı Sabar, hun Kuturqur tayfasının xanı (559-cu il) Zaberxan, VII əsrin ikinci yarısında Şərqi Türk xaqanlığında Şibir xaqan, VIII əsrdə türk bolqarların çarı Sabar, IX əsrdə Arsakda hakim Savar şəxs adları ilə eynidir.


Tarix: 02.02.2015 / 14:27 Müəllif: Feriska Baxılıb: 84 Bölmə: Qafqaz Albaniyası